Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


16.03.2018  11:18 

Orqan mafiyası Azərbaycandan neçə min insan oğurlayıb? - Sensasiyalı faktlar





A+  A-

Azərbaycanda neçə illərdir fəaliyyətdə olan cinayətkar şəbəkənin əməlləri: itkin düşən 9 min azərbaycanlının neçəsi orqan mafiyasının qurbanıdır?
Dövlət Təhlükəsizlik Xidməti (DTX) insan orqanı alveri ilə məşğul olan dəstəni ifşa edib, bir nəfər həbs olunub. Bu barədə DTX-nin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, insan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında DTX tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Vahib Fəxrəddin oğlu Xudadatov müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. Vahib Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Həbs edilən Vahib Xudadatov “Qarabağ” futbol klubunun baş məşqçisi Elşad Xudadatovun qardaşıdır. E.Xudadatov APA-ya açıqlamasında məlumatı təsdiqləyib: “Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harada olduğundan xəbərim yoxdur”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə modern.az-a deyib ki, bu cür dəstələrin fəaliyyəti kifayət qədər ciddi məsələdir: “DTX əməkdaşları tərəfindən belə bir faktın aşkar olunması və fakt üzrə cinayət işinin başlanması, müəyyən şəxslərin artıq istintaqa cəlb edilməsi olduqca vacibdir. Çünki dünyada artıq bir neçə hallar üzrə mütəşəkkil cinayət dəstələri anlayışı yaranıb. Bunların içərisində silah, narkotik satışı, eyni zamanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan şəxslər və ya dəstələr var.



Azərbaycanda tutaq ki, bir nəfər həbs edilib, digərləri istintaqa cəlb edilirsə, bu, həmin şəxslərin mütəşəkkil cinayət dəstələrinin ölkəmizdə nümayəndələrinin olduğunu göstərir. DTX-nin əməliyyatla bağlı açıqlamasından da məlum olur ki, insan orqanlarının alqı-satqısı ilə məşğul olan dəstə həm də digər ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarını xaricdə transplantasiya ediblər. Bu kifayət qədər ciddi məsələdir. Bu, cür halların aşkarlanması və şəxslərin məsuliyyətə cəlb edilməsi, həmçinin cəmiyyətə açıqlanması digər törədiləcək cinayətlərin qarşısının alınmasına xidmət edən məqamlardan biridir”.

Deputat qeyd edib ki, bu gün dünyada insan orqanlarının alqı-satqısı üçün hətta adam oğurluğu və insanların yoxa çıxması halları müşahidə edilir: “Qeyd etdiyim proseslər onu göstərir ki, bu qəbildən olan cinayətlər daha geniş vüsət alıb və çox böyük mütəşəkkil dəstələrin tam nəzarəti altındadırlar. Ölkələrdən insanlar oğurlanır, başqa adlarla müxtəlif ölkələrə aparılır. Məsələn, Azərbaycan vətəndaşının xarici ölkəyə iş adı ilə aparılıb onun həmin yerdə yoxa çıxmasını, öldürülərək orqanlarının başqa adamlara satılmasını təşkil etməklə də törədilən cinayətlər ola bilər. Bu cür halların Azərbaycanda olduğunu demirəm, lakin digər ölkələrdə mütəmadi olaraq müşahidə etdiyimiz proseslərdir. Özəlliklə də kasıb dövlətlərdən insanlar başqa ölkələrə aparılır və qətlə yetirilərək orqanları imkanlı şəxslərə satılır”…



Deputatın vurğuladığı kimi, orqan mafiyası insan oğurluğu ilə də məşğul olur və oğurlanmış şəxslərin orqanları çıxarılaraq özləri qətlə yetirilirlər. Azərbaycan Dövlət Statistika Komitəsinin ötən il yayımladığı rəsmi məlumata görə, 2000-ci ildən 2016-cı ilə qədər ölkəmizdə nə az, nə çox, düz 9 min nəfər itkin düşüb. Təkcə 2016-cı ildə ölkəmizdə 712 şəxs itkin düşüb. Dövlət Statistika Komitəsinin xəbərində qeyd olunurdu ki, onların 119 nəfəri 14-17 yaşda olan uşaqlardır.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3811 nəfərin itkin düşdüyü bildirilir. Qeydiyyata alınan həmin şəxslərdən 3098 nəfəri hərbçilər, 713-ü mülki şəxslər, 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaqlar, 255-i qadınlar, 304-ü isə (158 nəfər qadın) qocalardır.

Dağlıq Qarabağ münaqişəsində itkin düşən 3811 nəfərin düşmən tərəfindən qətlə yetirildiyi və ya əsir saxlandığı haqda ümumi məlumatlar var. Bəs itkin düşən 9 min nəfərdən yerdə qalan 5 min 189 nəfər hara yoxa çıxıb?

5 min 189 nəfərin itkin düşməsində kriminal izlər axtarılması vacib məsələdir. Bu qədər insan hara yoxa çıxıb?



XəzərNews.az bildirir ki, Azərbaycanda orqan mafiyasının fəaliyyəti haqda “Yeni Müsavat”ın 1 avqust 2010-cu il tarixli sayında araşdırma yazı dərc edilmişdi. O dövrdə Bakının mərkəzindəki Nizami küçəsi 102 ünvanında olan qul bazarında insan orqanlarının alış-verişi ilə məşğul olan şəxslərin varlığını təsbit edə bilmişdik. Məlum olmuşdu ki, qul bazarında insan orqanlarının alış-verişi ilə məşğul olanların vasitəçiləri fəaliyyət göstərir. O dövrdə Sahil adlı vasitəçi əməkdaşımıza “böyrəyi 7-8 minə, qaraciyərin də bir parçasını 10 min manata alırıq” demişdi. Hətta böyrək sövdələşməsi edən Naimə adlı həkimlə də tanış etmişdi. Topladığımız məlumatlar əsasında hazırladığımız reportajdan sonra Sahil adlı şəxs yoxa çıxmışdı. Araşdırmanın dərcindən 3 gün sonra Ukrayna DİN Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer mətbuat konfransı keçirərək Azərbaycanla əlaqəsi olan transmilli orqan mafiyasının 14 üzvünü həbs etdiklərini açıqlamışdı. Bildirmişdi ki, orqan mafiyası toruna düşən şəxsləri Azərbaycan və Ekvadordakı tibb ocaqlarına yollayıb və bu ölkələrdə qurbanların əzaları çıxarılıb. Y.Kuçerin bu açıqlamasından sonra Belarus hüquq-mühafizə orqanları da Azərbaycanla əlaqəsi olan orqan mafiyasının üzvlərini ifşa etmələri barədə açıqlama yayıblar. O zaman Azərbaycana istintaq qrupu da ezam edilmişdi. Sonrakı araşdırmalarımız zamanı Bakıdakı qul bazarlarından “ovlanan” məzlum vətəndaşların Badamdardakı “Nur” klinikasına aparıldığı haqda məlumatlar əldə etmişdik. Məlum olmuşdu ki, həmin şəxslər klinikada Yusif Ersin Sönməz adlı bir həkimin pasiyentlərinə çevrilirlər. Yusif Ersin Sönməz isə o dövrdə artıq orqan mafiyasının əsas həkimlərindən biri kimi tanınırdı. O, daha çox “doktor Frankeşteyn”, “Quzğun doktor” ləqəbləri ilə tanınır.



Türkiyədə orqan mafiyası ilə əlaqədə suçlu bilinərək haqqında dəfələrlə həbs qərarı verilən, hər dəfəsində isə müxtəlif vasitələrlə həbs edilməkdən canını qurtaran “Frankşteyn” Kosovada da belə qanunsuz transplantasiya ilə məşğul olub. Hətta Kosova onun haqqında İnterpol xətti ilə qırmızı bülletenlə axtarış elan edib. Məlumatda deyilir ki, Yusif Sönməz bir neçə il əvvəl Kosovadakı özəl klinikalardan birində 20 min dollar qarşılığında 23 yaşlı bir türk gəncin böyrəklərini İsrail vətəndaşına köçürüb.

Bundan sonra cinayətin üstü açılıb və onun haqqında axtarış elan edilib, yaxalanmadığı üçün isə İnterpol xətti ilə qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. 1999-cu ildə Kosova müharibəsi zamanı 300 serb əsgərin qaçırılmasının BMT tərəfindən ortaya çıxarılmasından sonra aydın olmuşdu ki, bu işin də arxasında “Frankşteyn” ləqəbli Yusif Sönməz dayanır. Serb əsgərləri öldürərək, daxili orqanlarını çıxaran və bunları başqa ölkələr göndərdiyi iddia edilən Yusif Erçin Sönməz həmin işdən sıyrıla bilmişdi. Qeyd edək ki, Yusif Erçin Sönməz adını ilk dəfə 1997-ci ildə jurnalist Uğur Dündar “Arena” proqramında “Kasıbların böyrəklərini varlılara satır” iddiası ilə ortaya çıxarmışdı. Bundan sonra 2000-ci ilə qədər 3 dəfə cərrahiyyə masası başında orqan çıxararkən yaxalanan Yusif Sönməz dünya çapında da məşhurlaşdı. Xaricdən kimsəsiz və imkansız insanları Türkiyəyə gətirib, onların daxili orqanlarını ucuz qiymətə alıb baha qiymətə satmaqla ad qazanan Yusif Sönməz haqqında ilk məhkəmə qərarı 2005-ci ildə çıxarılıb. O, qanunsuz transplantasiya əməliyyatları keçirdiyi üçün 1 il 10 gün həbs cəzası alıb. Türkiyə məhkəməsi 2005-ci ildə Yusif Erçin Sönməzin orqan mafiyası lideri olduğunu təsdiqləyib. Ancaq həmin il Türkiyədə çıxarılan yeni cəza qanununa əsasən Yusif Erçin Sönməz müəmmalı şəkildə həbsdə yatmaqdan qurtulub. Belə ki, 2 ildən az həbs cəzasına çarpdırılmış şəxslərin cəzaları ertələndiyi üçün “Frankşteyn” də həbsə göndərilmədi.



Fəaliyyətini axsatmayan Yusif Sönməz növbəti dəfə 2007-ci ildə Ankarada yenə özəl bir klinikada, lakin bu dəfə öz adını daşıyan “Sönməz Hospital”da polis əməliyyatı nəticəsində yaxalandı. Hətta həmin əməliyyat zamanı orqan mafiyasının üzvləri bir müddət polislə atışmışdı. İki nəfər polis məmurunun yaralandığı atışmada yaxalanan Sönməzin klinikada 5 nəfəri əməliyyata hazırladığı öyrənilmişdi. Bu dəfə yaxalandıqda isə iki ay istintaq müddətində həbsdə yatdı. Lakin yenə məhkum edilmədən azadlığa buraxıldı. Yusif Sönməzin Avropanın bir çox ölkələrindəki kasıb insanların böyrək və ciyərlərini ucuz qiymətə alaraq, qat-qat baha qiymətə alıcılara satması faktları da mövcuddur. Belə ki, onun Rumıniya, Bolqarıstan, Belarus, Kosova, Serbiya, Moldova və s. kimi ölkələrdən ucuz orqan alaraq, onları fransız, italyan, ingilis və yəhudilərə baha qiymətə satdığına dair yüzlərlə məlumat var. Hətta 2004-cü ilin əvvəllərində bolqar hökuməti Türkiyəyə hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edərək, Bolqarıstan vətəndaşlarının daxili orqanlarını qanunsuz şəkildə əməliyyat edərək çıxarıb satan Yusif Erçin Sönməzin yaxalanaraq Bolqarıstana təslim edilməsini tələb etmişdi. Yusif Erçin Sönməzin orqan mafiyasından əldə etdiyi pullar İsraildə fəaliyyət göstərən banklara köçürülür. Onu da qeyd edək ki, “Frankşteyn” Yusif Erçin Sönməz 1999-cu ildə yenə eyni ittihamla – qanunsuz orqan dəyişdirmək ittihamı ilə Türkiyə qanunlarına əsasən cərrahlıqdan uzaqlaşdırılıb və fəaliyyətinə qadağa qoyulub…

DTX-nin son əməliyyatı “mafiya ölməzdir” fikirlərini bir daha təsdiqləmiş oldu. Hər haldaz Azərbaycanda orqan mafiyasının bu günlərədək fəaliyyətini davam etdirdiyi bir daha təsdiqləndi.



Xəbər 2653 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +