Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif


07.03.2018  18:23 

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı





A+  A-

Bu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub.

Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu “Bu mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.

İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra bir sıra qərarlar qəbul edib.

Zeynal Zeylanov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Futbol veteranlarından Müzəffər Qasımov və Gündüz Cəfərova AFFA-nın xüsusi təqaüdü, Vaqif Davudov, Nadir Qasımov, İsmayıl Hüseynov və Ağarza Rzayevə isə təqaüd verilməsinə dair qərar qəbul olunub.

Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü təyin olunub.

İclasda qərara alınıb ki, AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.

İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.

Xəbər 1321 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +