Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


06.03.2018  11:52 

Kərəm Həsənov Yasamalda “at oynadır” - İcra başçısı narahadır





A+  A-

Əziz Əzizov yaranmış vəziyyətdən heç də xoşhal deyil. Çünki kadrların birbaşa Kərəm Həsənov tərfindən seçilməsi onun başçı kimi nüfuzuna zərbə vurur…
Bir neçə gün öncə Yasamal rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Əziz Əzizovun icra hakimiyyəti aparatında bir sıra kadr dəyişiklikləri etdiyi barədə məlumat yayıldı. İlk baxışdan adi bir informasiya kimi görünsə də əslində bu təyinatların arxasında Kərəm Həsənov un ciddi planlarının olması ilə bağlı planlpr var.

XəzərNews.az bildirir ki, MilliYol-a Yasamal İcra Hakimiyyətindən daxil olan məlumata görə yeni təyin olunmuş başçının bu təyinatlarının əksəriyyəti, xüsusilə də strateji postlarda edilmiş dəyişikliklər Əziz Əzizovun iradəsinə zidd həyata keçirilir. Belə ki, Yasamalda aparıcı vəzifələrə təyin olunmuş şəxslərin əksəriyyəti Əmlak Komitəsinin sədri Kərəm Həsənovun kadrları olduğu söylənilir. Yəni bu kadrları birbaşa Kərəm Həsənov iərəfindən seçilir və təyinat qəaraını da, o, verir. Əziz Əzizova isə sadəcə hamisinin seçimini imzası ilə təsdiqləmək qalır.

Burda bir haşiyə də çıxaq ki, Əziz Əzizovun özü də Kərəm Həsənovun kadrıdır. Onun Yasamal İcra Hakimiyyətinin başçısı təyin edilməsi və icra hakimiyyəti aparatındakı dəyişikliklər məhz Kərəm Həsənovun yeni qazanc planlarının tərkib hissəsidir.

Yasamaldan aldığımız məlumatda o da vurğulanır ki, Əzizov yaranmış vəziyyətdən heç də xoşhal deyil. Çünki kadrların birbaşa Kərəm Həsənov tərfindən seçilməsi onun başçı kimi nüfuzuna zərbə vurur. Əziz Əzizov yeni kadrların onun tərəfindən deyil, Kərəm Həsənov tərfindən seçilməsini həmin şəxslərin ona qarşı saymamazlıq nümayiş etdirəcəyi ilə bağlı təşviş keçirir və bəzi məlumatlara görə, Yasamalın yeni icra başçısı təşvişində əslində haqqlıdır. Çünki bəzi “yenilər” artıq “özfaliyyətə” meyl edirlər və özlərin ilk gündən elə aparırlar ki, onlar Əziz Əzizovun qarşısında deyil, Kərəm Həsənovun qarşısında məsuliyyət daşıyırlar. Digər tərəfdən isə kadrları özünün seçməməsi, həm də Kərəm Həsənovun ona qarşı etimadının tam olmamasından xəbər verir. Eyni zamanda kadrların yerləşdirilməsindən kənarda qalması Əziz Əziovu hazırda əsas “gəlir” mənbəyindən məhrum edir.

Bəs Kərəm Həsənovun Yasamalda əsas hədəfləri nədən ibarətdir? Bilindiyi kimi, dövlət başçısı paytaxtın simasının gözəlləşdirilməsi üçün köhnə tikililərin sökülərək yerində yenilərinin tikilməsi barədə göstəriş verib. “Pilot layihə” adı verilən bu yenidənqurma işlərinin həyata keçirilməsində iştirak edən şirkətlərə vergi və rüsum məsələlərində xüsusi güzəştlər nəzərdə tutulub ki, bu imtiyazlar belə layihələr həyata keçirəcək iş adamlarına əlavə qazanc imkanları verir.

Nəzərə alsaq ki, şəhərdə söküləcək binaların əksəriyyəti Yasamal rayonun ərazisindədir,onda Kərəm Həsənovun planları barədə ehtimallar irəli sürmək heç də çətin deyil. Qeyd edək ki, Kərəm Həsənova bağlı tikinti şirkətləri daha əvvəldə Yasamal rayon ərazisində yeni binalar tikməklə məşğul idilər. Lakin Həsənovun birbaşa öz kadrının bu rayona başçı gətirilməsi cənab komitə sədrinə bağlı tikinti şirkətlərinin əl-ayağını açır, onlara daha sərbəst hərəkət etmək imkanı verir.

Belə ki, artıq həmin şirkətlər mənzillərini tərk etmək istəməyən sakinlərin üstünə daha ürəkli gedirlər və bu zaman icra hakimiyyətinin mövqeyi artıq həmin şirkətlər üçün önəmli deyil. Önəmli olan bu şirkətlərin Kərəm Həsənova birbaşa bağlı olmalarıdır.

Nəzərə çatdıraq ki, ölkə rəhbərinin söküləcək binaların sakinlərinə hər kvadrat metr üçün 1500 azn ödənilməsi göstərişini versə, işbazlar bu tapşırığı həyata keçirmirlər, sakinlərə daha az vəsait təklif edirlər. Bundan əlavə, sakinlərə köhnə evlərinin əvəzində sökülmüş binanın yerində tikiləcək yeni binalarda mənzil verilməlidir ki, prezidentin göstərişinə görə, mənzil sahiblərinə sökülən mənzillərin ümumi sahəsindən 20 kvadrat metr artıq olmalı və həmin mənziddər təmirli olmalıdır. Lakin Kərəm Həsənovun tikinti şirkətləri sakinlərə artıq 20 yox, 15 kvadrat metr əlavə mənzil sahəsinin veriləcəyini bildirir, razılaşmayan əmlak sahiblərinə isə müxtəlif vasitələrlə hədə-qorxu gəlirlər. Kərəm Həsənovun Yasamala İcra Hakimiyyətini idarə etməsi isə onları daha da cəsarətləndirir və bu da şirkətlərin sökmək istədikləri binaların sakinlərinə qarşı daha amansız olmalarına rəvac verir.

Daxil olan məlumatda bildirilir ki, Əziz Əzizov Kərəm pul qazanmaq üçün Yasamalda fəaliyyət göstərən cəbrayıllı, (Əziz Əzizov Cəbrayıl rayonundandır), iş adamları ilə də bəzi maliyyə əməliyyatlarına start verib. Məsələn, bu yaxınlarda rayon ərazisində Novruz bayramı ilə bağlı ənənəvi kənd təsərrüfatı yarmarkası təşkil edilib. Bu bazarda qiymətlər heç də ucuz deyil. “Meyvəli” bazasından çox baha, adi bazar qiymətlərinə satılan məhsulların satıldığı yarmarkaya demək olar ki, çox az sayda müştərilər müraciət edir. Yarmarkanın yerləşdiyi ərazi Ə. Əzizovun yaxın adamı olan bir iş adamına məxsusdur. Sayta daxil olan məlumatda bildirilir ki, bəzi layihələr də Yasamal İH başçısı ilə həmin biznesmenin arasındakı qeyri-rəsmi razılaşmaya görə, ərazidən istifadəyə görə İH tərəfindən iş adamına ödəniləcək məbləğin yarısı hesabdan çıxarılaraq nəqd şəkildə başçıya qaytarılmalıdır. Yəni ərazinin icarə qiyməti sənədlərdə real dəyərindən çox baha göstərilir ki, bu məbləğ də İH başçısının yaxın adamının əli ilə nəğdləşdirilərək Yasamalın yeni sahibinə geri dönür.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Xəbər 1899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +