Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.02.2018  16:48 

Avropada Sibir şaxtaları həyatı iflic edib





A+  A-

Avropada yağan intensiv qar və şaxta ölkələrə öz mənfi təsirini göstərib.
XəzərNews.az Modern.az-a istinadən bildirir ki, İngiltərənin şərq və cənub bölgələrini,Şotlandiya və Uelsi təsir altına alan soyuq hava bu gün və sabah Şimali İrlandiyaya da təsirsiz ötüşməyəcək. İngiltərə Meterologiya Qurumu qarın Britaniyanın bəzi bölgələrində 8, Şotlandiyada 5 santimetrə çatdığını açıqlayıb.Hava temperaturunun isə bəzi yerlərdə mənfi 15 dərəcəyə qədər düşəcəyi ilə bağlı xəbərdarlıq edib. Ölkənin bəzi hissəsində soyuq səbəbilə məktəblərdə tətil elan edilib. "Şərq əjdaha" adlı həddən artıq soyuq hava dalğası dəmir yolu nəqliyyatında da axsamalara səbəb olub. Meteorologiya mütəxəssisləri, Birləşmiş Krallıqda son 27 ildə ən soyuq havanın yaxın günlərdə baş verəcəyini vurğulayıb. Sabah gecə radələrində İngiltərənin şərq bölgələri ilə Şimali İrlandiyada qarın 20 santimetrə çatacağını, xalqın nəqliyyatdakı axsamalara hazırlıqlı olmasını və daha çox məktəbin tətil elan etməsinin nəzərdə tutulduğunu bildirib.

Bolqarıstanda intensiv qar ölkənin şimal bölgələrinə mənfi təsir edib. Dobriç, Silistra və Rusçuk şəhərləri və ətraf bölgələrdə nəqliyyatda problemlər yaşanıb. Rusçuk şəhərində məktəblərdə tətil elan edilib. Müəyyən müddətə 8000 nəfər işıqsız qalıb. Mütəxəssislər qarın yaxın günlərdə yağmağa davam edəcəyini, temperaturun mənfi 15 dərəcəyə düşəcəyini açıqlayıb.

İtaliyada qar və soyuq hava səbəbindən bəzi şəhərlərdə məktəblərdə tətil elan edilib. Latsionun şimalındakı Toskana bölgəsində qar və güclü külək səbəbiylə "sarı həyəcan" elan edilib. Paytaxt Romada qar təxminən 4 santimetrə çatıb. Roma Bələdiyyəsi qar və şiddətli don təhlükəsi səbəbiylə bütün məktəblərin tətilə bağlandığını, eyni zamanda tarixi park və abidələrin da hava vəziyyəti yaxşılaşana qədər istifadəyə bağlanıldığını bildirib. 2012-ci ildən sonra ilk dəfə qar görən Romada dəmir yolu nəqliyyatından istifadə ciddi şəkildə azalıb.İtaliyanın şimal-şərqində küləyin sürəti saatda 130 kilometrə çatıb. Turində isə güclü qar səbəbiylə keçirilməsi nəzərdə tutulan Yuventus-Atalanta matçı təxirə salınıb.

Macarıstanın paytaxtı Budapeştdə gündüz temperatur mənfi 6 dərəcəyə düşüb ki, bu ölkə daxilində ən soyuq göstəricidir. Belə ki, bu günə qədərki ən aşağı gündüz temperaturu 26 fevral 1986-cı ildə qeydə alınmışdı: mənfi 5 dərəcə. Macarıstanda yaxın günlərdə hava temperaturunun mənfi 20 dərəcəyə düşəcəyi də gözlənilir.

Xorvatiyada dünəndən təsirli olmağa başlayan soyuq hava önümüzdəki günlərdə də davam edəcək. Paytaxt Zaqrebdə havanın temperaturu mənfi 6 dərəcəyə düşüb.Ölkənin qərbindəki Zavizan dağında temperatur mənfi 40 dərəcəyə bərabər olub. Delniçe şəhərində qarın hündürlüyü 182 santimetrə çatıb ki, bu da plkə daxilində yeni rekorddur. Şaxtalı hava şəraitinin davam edəcəyi bildirilir.

Bosniya və Herseqovinanın paytaxtı Saraybosna şəhərindətemperatur mənfi 11 dərəcəyə düşüb. Paytaxtın yaxınlığındakı Bjelaniska dağında qarın hündürlüyü 188 santimetrə çatıb.

Yunanıstanın Tessaliya bölgəsində yerləşən Kalambaka rayonunda güclü fırtına və qar səbəbindən fövqəladə vəziyyət elan olunub. Kalambaka və Trikala rayonlarında çayların daşdığı, enerji kəmərlərinin və nəqliyyat infrastrukturunun zərər gördüyü bildirilir.

Xəbər 1080 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +