“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


27.02.2018  09:46 

Deputatla sabiq müstəntiq arasında QALMAQAL - Kim haqlıdır+VİDEO





A+  A-

Deputat Hacı Salayev qonşusu, keçmiş müstəntiq Nazım Bağırovu məhkəməyə verərək, "şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurduğuna görə” 15 min manat cərimələnməsini tələb edir. Deputatın iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılır. Bu gün növbəti məhkəmə prosesi baş tutub.
XəzərNews.az bildirir ki, H.Salayev öz qonşusunu "AzPolitika.info” saytının 04.11.2017-ci il tarixli buraxılışında yayımlanmış "Müstəntiqlə deputatın məhkəmədə bitən qonşuluğu – Kim haqlıdır” sərlövhəli reportaja görə məhkəməyə verib. Həmin reportaj keçmiş müstəntiq N.Bağırovun sayta müraciəti əsasında Bakının Şağan qəsəbəsində hazırlanıb. Keçmiş prokurorluq əməkdaşı bildirib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R.Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib. Lakin o, öz evini satmaq istəməyəndə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.

"1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da, imkanım olmadığından o zaman birmərtəbəli ev tikdim. Bu ilin yayında İcra Hakimiyyətindən müvafiq sənədləri alaraq, evin 2-ci mərtəbəsini tikməyə başladım. Elə bu zaman da deputat Hacı Salayevin müdaxiləsi ilə qarşılaşdım. Belə ki, 2008-ci ildə Şağan qəsəbəsinə köçən Hacı Salayev həyətinin ərazisini genişləndirməyə başladı. Bu məqsədlə də qonşuların ərazilərini almağa xeyli pul xərclədi. Hətta bir qonşunun həyətini almaq üçün ona 2 mərtəbəli ev tikib verdi. Bu yolla təxminən 1 hektara yaxın ərazini öz həyətinə birləşdirdi” – N.Bağırov bildirib. Onun sözlərinə görə, deputat onun da həyətini almaq üçün çoxsaylı təkliflər verib. Ancaq o, qəbul etməyib: "2010-cu ildən keçən 7 il ərzində Hacı Salayev dəfələrlə bu istiqamətdə təkliflər verdi. Hətta konkret məbləğlər də təklif etdi. Lakin mən imtina etdim”.



Şikayətçi daha sonra qeyd etmişdi ki, yay aylarında (2017) evinin 2-ci mərtəbəsini tikməyə başlayıb. Ancaq Hacı Salayev buna imkan verməyib: "Hacı Salayev Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mənim evimin tikintisi zamanı guya təhlükəsizlik qaydalarına əməl etmədiyimi, onun evinə də təhlükə yaratdığımı iddia edib. Və evin tikintisinin dayandırılması barədə qərar çıxarılmasını istəyib. Hakim Tərlan Əkbərov əlində heç bir ekspertiza rəyi, İcra Hakimiyyətinin mövqeyi olmadan iddianı təmin edib və tikintinin dayandırılması barədə qərardad çıxarıb. Həm də mənim iştirakım olmadan”.

Keçmiş müstəntiq məhkəmənin qərarının tamamilə qanunsuz olduğunu bildirmiş, deputatı özbaşınalıqda, qanunla qadağan olunmasına baxmayaraq, biznes fəaliyyəti göstərməkdə ittiiham etmişdi: "Necə olur ki, bəzi deputatlar maaşlarının gündəlik ehtiyaclarını ödəməyə yetmədiyini bildirdiyi halda, deputat H.Salayevin Şağan qəsəbəsində 1 hektara qədər torpaq sahəsi, Şüvəlan qəsəbəsində 4 hektar və Zirə qəsəbəsində 60 hektar torpaq sahəsi var? Belə böyük pullara malik olması da onun bizneslə məşğul olduğunu göstərir”.

Qonşusunun bu ittihamlarına saytın əməkdaşı H.Salayevin də mövqeyini öyrənmişdi. O, bildirmişdi ki, bizneslə deputatlıqdan əvvəl məşğul olub, qonşusu N.Bağırov isə öz evini əvvəl 150 min manata ona satmağa razılaşsa da, daha sonra 150 min dollar tələb etməyə başlayıb. Buna görə də sövdə baş tutmayıb. H.Salayev həmçinin israr etmişdi ki, N.Bağırov evinin 2-ci mərtəbəsini tikinti normalarına zidd olaraq inşa etmək istəyir.

Sözügedən yazıda sayt tərəflərin mövqeyini heç bir şərh vermədən təqdim etsə də, deputat saytı da məhkəməyə verib, ona böhtan atıldığını iddia edərək, üzrxahlıq və təkzib tələb edib. Halbuki, reportajda deputatın mövqeyi daha geniş formada təqdim olunub.
Qeyd edək ki, N.Bağırov da öz növbəsində deputata qarşı Yasamal Rayon Məhkəməsində qarşılıqlı iddia qaldırıb. İddia ərizəsi icraata qəbul olunub və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Onu da qeyd edək ki, bugünkü iclasda hakim A.Əliyev tərəflərə barışıq təklif edib. N.Bağırov barışığa hazır olduğunu bildirsə də, qarşı tərəfin vəkili Muxtar Mustafayev deputatın adından barışıqdan imtina edib. Hakim, martın 12-nə təyin etdiyi növbəti iclasda qərarını elan edəcəyini bildirib.


Xəbər 2201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +