Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib


21.02.2018  09:17 

Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək





A+  A-

Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.

Qəzet yazır ki, sabiq səhiyyə naziri Əli İnsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyə addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.

Vəkil Əsabəli Mustafayev də bildirib ki, Əli İnsanovun adı əfv sərəncamına salına bilər: “Əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır”.

Xəbər 3330 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +