Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


08.02.2018  11:07 

Rüşvət üstündə tutulan Tural Abdullayev keçmişini sildirməyə çalışır – VİDEO





A+  A-

Tanınmış marketoloq Tural Abdullayev azadlığa çıxıb.
XəzərNews.az bildirir ki, Minval.İnfo-nun əldə etdiyi məlumata görə, ötən ilin may ayında “Araz” supermarketlər şəbəkəsinin rəhbərliyini hədələyib, onlardan rüşvət alarkən həbs edilən marketoloq Tural Abdullayev 4 ay həbs müddətindən sonra azadlığa çıxıb.

Maraqlıdır ki, Tural Abdullayevə “Hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət işi açılmışdı. Bu qanunda deyilir, “182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

“Araz” supermarketlər şəbəkəsi “Veysəloğlu” şirkətinə məxsusdur. Həmin dönəmdə də sözügedən şirkət Tural Abdullayevdən şikayət etmiş və rüşvət aldığı anın videosunu çəkmişdilər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən “Veysəloğlu” şirkətinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.

Həbsdən çıxan Tural Abdullayev özünün rüşvət aldığı anın videosunu müxtəlif sosial şəbəkələrdən sildirməyə çalışır. O, “YouTube” video paylaşım şəbəkəsində olan kadrları sildirmək üçün hesab sahiblərinə müraciət edir, bəzilərini isə şikayət etdirərək, hesabı bağlatdırmağa çalışır.

Bu formada özünün rüşvət keçmişini sildirməyə çalışan Tural Abdullayev deyəsən yenidən bu biznesə qayıtmaq istəyir.

Tural Abdullayev kimdir?

T.Abdullayev bu günə qədər 10-dan çox tanınmış şirkətdə çalışıb. Amma onu hər kəslə tanış edən, reklam edib, tanıdan ilk olaraq telekanallar olub. Telekanallar Tural Abdullayevi marketoloq, ekspert kimi təqdim ediblər. Ötən 1 il ərzində T.Abdullayev azı 15 dəfə marketoloq kimi rəy verib, verilişlərin qonağı olub.

Özünü hər zaman xidmət və pərakəndə sektoru üzrə ekspert, marketoloq kimi tanıdan Tural Abdullayev əvvəlcə “Tərəzi” layihəsi ilə səs-küy salmışdı. Müxtəlif marketlərə müştəri kimi daxil olub, onlara “Xidmət”, “Keyfiyyət”, “Rahatlıq”, “Təmizlik”, “Kampaniyalar” və “Çeşid” üzrə qiymət verirdi. Bu videolar onun ən səs salan layihəsi idi. Bir neçə videodan sonra bu layihəni dəyişməli olub. Eyni adla çəkdiyi videolarda artıq marketlərə getmədən, eyni ərzaqları alıb, çəkisini, dadını və qiymətini müqayisə etməyə başlamışdı.



T.Abdullayev supermarketinq.net saytının da sahibidir. Sayta göz gəzdirdikdə yetərincə məqalə, araşdırma və reklamlar görmək olur. Müxtəlif market və şirkətlərin bannerləri saytda görünür. Bu da təbii ki, ödənişsiz deyil. Həbsi zamanı sübut kimi təqdim edilən videoda T.Abdullayevin pul aldığı görünür. Onun yaxınları bu görüntüdə T.Abdullayevin rüşvət yox, reklam üçün ödəniş aldığını və onun şərləndiyini deyirlər.

Supermarketinq.net saytında marketlər haqqında məqalələrə də göz gəzdirdik. Yazıları oxuyub, müqayisələri incələdik. T.Abdullayevin ən çox tənqid etdiyi, hətta təhqir etdiyi deyilən “Araz” market haqqında saytda müsbət yazılar gördük. Hətta bu yazılar daha çox reklam xarakterlidir. Amma nədənsə eyni marketlə bağlı yazdığı tənqidi məqalələr silinib.

VİDEO

Xəbər 2845 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +