Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


02.02.2018  12:36 

“Gənclərimiz cəbhəyə yollanmağa hazır idilər”





A+  A-

Gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 fevral Gənclər günü ilə bağlı Modern.az saytının suallarını cavablandırıb:
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- İntiqam müəllim, hər il Azərbaycanda 2 fevral Gənclər günü kimi qeyd olunur. Azərbaycan gəncləri ictimai-siyasi sferada nə dərəcədə fəaldır?

- 2017-ci ildə də gənclər siyasəti sahəsində uğurlarımız davam etdi. Gəncliyimizin hərtərəfli inkişafına şərait yaratmaq, onların ictimai fəallığı və beynəlxalq əməkdaşlığı, sosial rifahının yaxşılaşdırılması və gənclər arasında yaradıcılıq potensialının aşkar edilməsi və reallaşmasına imkanların yaradılması bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas hədəflərindəndir. Artıq bu, ənənə halını alıb.

21 ildir ki, Gənclər günü ərəfəsində gənclərin əhatəsində olaraq həm özümüzə, həm də ictimaiyyətə hesabat veririk. Bu illər ərzində müstəqil dövlətin yeni nəsli formalaşıb. Bu gün gənclərimiz 300-dən artıq ictimai birlikdə toplaşaraq, öz potensillarını reallaşdırır. O cümlədən çox geniş tələbə-gənclər təşkilatları şəbəkəmiz formalaşıb.

Azərbaycan gəncləri beynəlxalq platformalarda, ictimai sahələrdə ölkəmizi layiqincə təmsil edirlər. İstər ictimai, istər elm-təhsil, istərsə də mədəniyyət sahələrində gənclərimizi aktiv görə bilirik.

Təkcə 2017-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 300-ə yaxın Azərbaycan gənci müxtəlif beynəlxalq tədbirə qatılmaq şansı əldə edib. Elmi konfranslar, dəyirmi masalar, festivallar, müsabiqələr və s.
Eyni zamanda, təkcə nazirlik tərəfindən 140-dan artıq tədbir həyata keçirilib. Nazirliyi xüsusilə ona görə vurğuladım ki, regionlarda keçirilən tədbirləri nəzərə alsaq, bu daha böyük rəqəmi əhatə edir.
Bildiyiniz kimi, Azərbaycanda gənclərlə bağlı kifayət qədər normativ hüquqi baza formalaşıb. Artıq 2002-ci ildən “Gənclər siyasəti haqqında” Qanun var. Vaxtaşırı dövrün tələbinə uyğun olaraq bu qanuna əlavə və düzəlişlər edilir. Azərbaycan gənclərinin inkişaf strategiyası qəbul edilib. 15 sentyabr 2017-ci il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə sayca üçüncü olan sahəvi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Burada da görüləcək işlərlə bağlı konkret olaraq həm Gənclər və İdman Nazirliyi, həm də digər aidiyyəti dövlət qurumları qarşısında vəzifələr qoyulub.

- Bir az da gənclər siyasəti barədə danışaq. Bildiyiniz kimi, gənclər proqramı var. Bu proqramın qarşıda duran hədəfləri hansılardır?

- Yeni dövlət proqramında daha əvvəlki dövlət proqramlarında olan bəndlərlə yanaşı, yeni istiqamətlər də ayrıca fəsillərdə öz əksini tapıb. Gənclərlə bağlı dövlət proqramının layihəsi dəfələrlə gənclərin iştirakı ilə müzakirəyə çıxarılıb. Çalışmışıq ki, onların ideyaları, fikirləri də bu proqramda öz əksini tapsın.

Əsas hədəflər - gənclərimizin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərinin elmə həvəsləndirməsi, yaradıcı gənclərin potensialını nümayiş etdirməsinə şəraitin yaradılması, gənclərin ölkənin ictimai həyatında fəal iştirakının təmin edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.

- Artıq Avropa dövlətləri bir çox məsələlərlə bağlı ölkəmizlə hesablaşmaq məcburiyyətindədir. Cənubi Qafqaz regionunda ölkəmiz bir çox sahələrdə Gürcüstan və Ermənistanı xeyli geridə qoyub. Maraqlıdır, bugünkü Azərbaycan gəncləri region dövlətlərinin gəncləri arasında beynəlxalq arenalarda təmsilçilik baxımından necə inkişaf edib?

- Azərbaycan gənclər təşkilatları 30-dan artıq beynəlxalq gənclər qurumunda təmsil olunublar. Bir neçə beynəlxalq platformanın təşəbbüskarları məhz bizim gənclər və gənclər təşkilatları olub. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, GUAM Gənclər Forumu, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və s.
Bu baxımdan mən düşünürəm ki, biz nəinki region ölkələrindən, dünyanın bir neçə ölkələrindən öndəyik. Təsadüfi deyil ki, 2014-cü ilin oktyabr ayında Azərbaycanda Gənclər siyasəti üzrə Birinci Qlobal Forum keçirildi. Forumun təşkilatçıları BMT, YUNESKO, Avropa Şurası və Azərbaycan Hökuməti idi. Forumda 165 ölkənin nümayəndələri iştirak edirdi və bir neçə gün ərzində dünya gənclər siyasətinə dair fikir mübadiləsi aparıldı, Bakı Öhdəlikləri (Baku Commitment to Youth Policies) sənədi qəbul olundu. Bu cür mötəbər tədbirin Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsinə təsir edən amillər: birincisi ölkəmizin dinamik inkişafı və mövcud ictimai-siyasi stabillik, ikincisi gənclər siyasəti sahəsində kifayət qədər nailiyyətlərimizin olmasıdır.

- Ölkəmizin təmsil olunduğu region münaqişə ocağı kimi tanınır. 20 ildən çoxdur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb. 2014-cü ilin avqust hadisələri və 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan gənclərinin qətiyyətli addımına şahidlik etdik. Deməli, gənclərimiz təkcə idmanda, elmdə, təhsildə deyil, eləcə də orduda aktivlik nümayiş etdirir. Bunu necə dəyərləndirirsiz?

- Daha əvvəl qeyd etdiyim kimi, gənclərimizin vətənpərvərlik tərbiyəsi bizim əsas hədəflərimizdəndir. Bu sahədə bizim iki yanaşmamız var. Birincisi odur ki, hər bir gənc tarixini, mədəni irsini bilməli, onun qürur hissini keçirməli, milli-mənəvi dəyərlərinə sahib çıxmalı, ikinci məsələ isə hərbi vətənpərvərlik tərbiyəsidir. Bunların hər ikisi bir-birinə bağlı məqamlardır. Çünki öz milli kökünə bağlı olmayan, tarixindən bixəbər olan insanın yüksək səviyyədə hərbi xidmət keçməsi şübhə altındadır.
2016-cı ilin aprel hadisələri göstərdi ki, gənclərimizin vətənpərvərlik ruhu yüksək səviyyədədir. Gənclərimiz könüllü olaraq cəbhəyə yollanmağa hazır idilər. Düşmən tərəfin isə problemi cəbhədən qaçanların qarşısını almaq idi. Bu onu göstərdi ki, Azərbaycan gəncliyi kifayət qədər vətənpərvər və fəal olmaqla yanaşı, milləti naminə fədakarlığı dərk etməyi bacarandır. İnanıram ki, gənclər siyasətimizin bu işdə öz payı var.

- Hər halda, 21 ildir ki, gənclərlə bu yolu keçirsiniz...

- Gənclər siyasəti ulu öndər Heydər Əliyevin ideya və arzuları əsasında formalaşmış siyasətdir. Bu arzular ondan ibarətdir ki, müstəqil dövlət olaraq ilk addımlarımızı atırıq. Bu zaman yeni nəsil tərbiyə edilməli və formalaşmalıdır. Bu nəsil vətənpərvər olmalı, milli-mənəvi dəyərlərə sahib çıxmalı dünyaya inteqrasiya etməyi bacarmalı və biliklərə yiyələnməlidir. Geri dönüb baxanda görürük ki, ulu öndərin arzuları gerçəkləşib. Bu gün Azərbaycan gəncliyi dünyanın ən mötəbər siyasi, iqtisadi mərkəzlərində ən mötəbər kürsülərdə ölkəmizi layiqincə təmsil edir və Azərbaycanın sözünü dünya ictimaiyyətinə çatdırırlar.

- Bir məqam da var ki, onu mütləq qeyd etməliyik. Təəssüf ki, Azərbaycan gəncləri arasında müxtəlif dini ekstrimizmə meylli olanlar da var. Xüsusilə, təhlükəli terror təşkilatları gənclərimizi müxtəlif yollarla sıralarına cəlb edir. Bu sahədə aidiyyatı qurumlar çox işlər görür. Gənclər və İdman Nazirliyi bu cür gənclərə qarşı hansı mübarizə yolunu seçib?

- Bu gün biz qlobal dünyanın bir parçasıyıq. Bu zaman müsbət mənada dünyaya inteqrasiya etdikdə mənfi məqamlar da ortaya çıxır. Sizin toxunduğunuz məsələ çox ciddi məsələdir. Təəssüf ki, bu gün dünyanı dini ekstrimizm bürüyüb. Halbuki, biz tarixən Ermənistan tərəfindən milli ekstrimizlə qarşılaşmışıq. Həmişə bundan əziyyət çəkmişik. İndi isə bəzi gənclərimiz dini radikalizmə qoşularaq Suriyaya, İraqa gedirlər, ya da Azərbaycan ərazisində hansısa sektalara qoşulurlar. Bu cür məsələlər diqqət mərkəzindədir və mübarizə aparılır. Azərbaycanın müvafiq orqanları məsələni nəzarətdə saxlayır, onları zərərsizləşdirirlər. Bizim vəzifəmiz isə ondan ibarətdir ki, apardığımız siyasətlə profilaktik tədbirlər görək.
Məsələn, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün bu gün dövlətimiz çox gözəl şərait yaradıb. Digər sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də müasir standartlara cavab verən infrastruktur inşa edilib.
80-dən artıq Olimpiya idman kompleksi, digər idman obyekləri, gənclər evləri və mərkəzləri yaradılıb. Bu, bir şəbəkəyə çevirilib. Əsas məsələ odur ki, gənclər bir yerə toplaşsınlar, fikir mübadiləsi aparsınlar, asudə vaxtlarını səmərəli keçirsinlər, idmanla məşğul olsunlar. Çalışırıq ki, gənclərimiz enerjilərini səmərəli istiqamətlərə sərf etsinlər. Pis fikirlərə, pis niyyətlərə, radikalizmə yer qalmasın.

Digər tərəfdən din cəmiyyətin ayrılmaz hissəsidir. Azərbaycanda dini sərbəstlik hökm sürür. Hər kəs istədiyi dini sərbəst icra edə bilir. Sadəcə, burada ifratın qarşısı alınmalıdır. Dini savadı olmayan insanların kütlə arasına girərək neqativ təbliğat aparması, yaxud da ifrat şəkildə İslam dinini təqdim etməsi yolverilməzdir. Həmçinin, bu sahədə profilaktik işlər görülür. Aidiyyatı qurumlar ciddi mübarizə aparır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hər il iş planımız olur. Bölgələrdə, ali təhsil müəssisələrində daima gənclər arasında maarifləndirici, təbliğat xarakterli işlər həyata keçiririk.

Xəbər 2722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +