Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


01.02.2018  11:38 

Cinsi yolla keçən infeksiyalar – sonsuzluğa aparan yol





A+  A-


Son illərin ən böyük problemlərindən biri hesab olunan sonsuzluq bəşəri bir bəlaya çevrilməkdə, gerçək statistik nəticə də bunu təsdiqləməkdədir: ailələrin dağılmasında – cütlüklərin ayrılmasında başlıca səbəblərdən biri, daha dəqiq ifadə etsək, birincisi məhz sonsuzluq hesab olunur. İndi insanları belə bir sual düşündürür: nədən uşaq sahibi olmaq son dövrlər bu qədər ciddi bir problemə çevrilmişdir? Sualın alt qatında gizlənən məna budur: bütün zamanlarda ailədaxili münasibətlərin möhkəmliyində, həyati xoşbəxtliyin təməl prinsiplərində uşaq sahibi olmaq başlıca amal olub.

Cavablar müxtəlifdir. Mütəxəssislərin böyük qismi sonsuzluğa başlıca səbəb kimi daha çox müasir həyatın mənfi təsirlərini görməkdədirlər. Buraya müxtəlif səpkili informasiya yüklənməsi və bunun nəticəsində yaranan stress, radiasiya – xüsusən də mobil rabitənin bədəndə tarazılığı pozma vərdişləri və s. daxildir. Təbii artıma “embarqo” qoyan digər amillərdən biri isə düzgün olmayan qidalanma hesab olunur. Və etiraf edək ki, bu iki halın hər ikisi özlüyündə sonsuzluq amili üçün olduca ciddi əsaslardan biridir. Bunlardan qaçmaq müəyyən hallarda isə mümküsüz görünür. Təkcə, geni dəyişdirilmiş qidalardan mütəmadi istifadə etmək, radiaktiv şüalanmaya şüurlu olaraq məruz qalmaq, yəni mobil telefon “manyakına” çevrilmək, kompüter və digər elektron qaynaqlarla baş-başa qalmaq kifayətdir ki, bədənin harmoniyası – tarazılığı pozulsun. Oturaq həyatı da buraya əlavə etsək sonsuzluğa aparan yolun xəritəsini qismən də olsa tərtib etmiş olarıq. İndi sual yaranır: nə etməli və necə etməli? Təbii ki, sadaladıqlarımızdan mümkün qədər və həm də daha çox uzaq olmaq vərdişlərinə yiyələnməyə çalışmalıyıq. Xüsusən də qidalanmada “klassik” ənənələrə üstünlük vermək daha vacib görünür. Adicə meyvəni götürək, hər meyvəni fəslə uyğun yemək, yəni “klassik” ənənəni davam etdirmək bir elə də çətin iş olmamalıdır. O zaman nədən bunu etməyək və həyatımızın şirinliyənə zəhər qataq. Qışda pomidor-xiyar yemək daha vacibdir, yoxsa sağlamlığımız? Əslində, bu sualı hər kəs özü-özünə verməli, bəlli cavabı da müsbət mənada əməl etməklə cavablandırmalıdır. Təbii ki, mümkün qədər təbii məsullarla və mövsümi meyvələrlə qidalanmaq, bir sözlə, bədəndə tarazılığı pozan hormonlu qidalardan uzaq olmaq lazımdır. Bunun əksi isə uzun müayinə və müalicəni qacılmaz edir.

Həyat daim öz həqiqətlərini bizlərə diqtə etməkdədir. Lakin bizlər əksər hallarda bunun fərqinə varmaq istəmirik. Nəticəsi isə daha ağrılı olur. Heç kəsə sirr deyil ki, cinsəl həyat həyatımızın təməl yaşam qanunlarından biri, bəlkə də birincisidir. Ona düzgün əməl olunmadıqda, “müasirliyi” yataq otağına qədər sürüklədikdə fəsadları da böyük olur. Cinsi yolla keçən infeksiyalar (CYKİ) bədəni ağuşuna alarkən nəinki nəsil artırmaqdan, heç sağlam həyatdan da söhbət gedə bilməz. Əgər, zamanında düzgün müayinə və müalicə kursu seçilərsə, bunu qismən asanlıqla adlamaq mümkün olar. Burada xüsusi olaraq bir nüansı diqqətdə saxlamaq vacib hesab olunur: sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri cinsi yolla keçən infeksiyalara (CYKİ) görə müayinənin aparılmasıdır. Bunu ötəri hesab etmək yeni qurulan ailənin gələcəyini həm də sual altına qoymaq deməkdir. Çünki cinsi yolla keçən infeksiyalar bir insandan digərinə, əsasən, cinsi yolla keçən xəstəliklərdir.

Bəri başdan qeyd edək ki, cinsi yolla keçən infeksiyaların əksəriyyəti onlara düzgün diaqnoz qoyulduqda, müalicəyə zamanında başlanıldıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdən hesab olunur. Bu xəstəliklərin amansızlığı həm də ondadır ki, onlar əksər hallarda heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. Xəstəlik müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:
- cinsi akt zamanı;
- qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;
- xəstənin qanı ilə təmasda olduqda;
- tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə “kömək” edir.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:
- cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
- çox tez-tez və ağrılı sidik ifrazı;
- cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;
- bədəndə səpgilərin əmələ gəlməsi;
- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
- limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Əgər, hər hansı insan özündə cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə, o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilər. Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar. Bu, gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir.
Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.

Zaur Nuriyev
Resp. Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoveneroloqu



Xəbər 1706 dəfə oxunub.



29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +