Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


30.01.2018  09:36 

Rabitə sektorunda İXTİSARLAR - Peşəkarların yerinə qeyri-peşəkarlar gətirilir?





A+  A-

Peşəkarların yerinə qeyri-peşəkarlar götürüldüyü iddiası da var
Rabitə sektorunda çoxlu sayda insanın işdən çıxarılması barədə məlumat vermişdik. XəzərNews.az bildirir ki, bu barədə Musavat.com-a məlumat verən mənbə rabitə sektorunda yalnız mühəndis heyəti, vəzifəli şəxslər deyil, texniki işçilər və sıravi fəhlələrin də müxtəlif adlar altında işdən çıxarılmasına başlandığını qeyd etmişdi.



Bu günlərdə aldığımız məlumatda isə “Aztelekom”dan sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyində də ixtisarlar başlandığı qeyd olunur. Mənbəmizin dediyinə görə, əslində işdən çıxarılanların hamısı illərini rabitəyə verənlərdir: “Hər rayonda onlarla adam işdən çıxarırlar. Onların yerinə 50 nəfər işçi götürülür. Hamısı da kimlərinsə tanışı və qeyri-ixtisas sahibləridir. Bu baxımdan, ölkədə rabitə sahəsi çökməyə doğru gedir. Ona görə də internet zəifdir və son illər inkişaf yoxdur, qiymətlər isə artırılıb”.

Rabitə sektoruna yaxından bələd olan mənbəmiz onu da qeyd etdi ki, BTRİB-in əvvəlki rəhbəri Beytulla Hüseynov korrupsioner olsa da, işi yaxşı bilirdi: “Rabitəçilərə də dəyər verir, onları işdən çıxarmırdı ki, iş axsamasın. Ancaq indiki rəhbər elə deyil. İxtisarlar çox absurd formada aparılır. Məsələn, ”Aztelekom"da gecə növbədə olan işçiləri işdən çıxarıblar. Halbuki bu adamlar gecə ATS-də oturub, cihazlarda temperatur rejiminə nəzarət edirlər. Temperatur təyin olunandan yuxarı olarsa yanğın baş verə bilər. Eləcə də bu işçilər abonentlərin şikayətlərinə də cavab verirdilər. İndi həmin işçilərin işdən çıxarılması nəticəsində bütün bu işlər havada qalıb. “Aztelekom”da işdən çıxarılanlar arasında sistemə çox yaxşı bələd olan, bacarıqlı mütəxəssis, texniki direktor Zahir Vəliyev də var. BTRİB-də isə güclü mütəxəssislər olan Rəsul Qurbanovu, Məzahir Vəliyevi səbəbsiz yerə işdən çıxarıb, yerinə rabitədən anlayışı olmayan şəxsləri götürüblər".



“Report”un yazdığına görə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Bakı Telefon Rabitəsi MMC-nin tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir. İşçilərin təxminən yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır. Onlara hər telefon qovşağında 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN hələ ki fakta münasibət bildirməyib.

Onu da qeyd edək ki, son aylarda yerli telefon stansiyalarında qəza və nasazlıqlarla bağlı müraciətlərə baxılması işində ciddi ləngimələr yaranıb. Bir telefon xəttindəki nasazlığı 3-4 günə aradan qaldırmaq mümkün olmur. ATS-lərə bununla bağlı fikir bildirdikdə isə müraciətlərin çox, işçilərin az olduğu iddia edilir. Bu vəziyyətdə olan işçilərin də ixtisar edilməsi problemi daha da dərinləşdirəcək.

Xəbər 2552 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +