Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


26.01.2018  17:09 

DİN Bakıda qorxu yaradan səs yazısı ilə bağlı məlumat yaydı





A+  A-

Bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, ictimaiyyətin narahatlığına səbəb olmuş bu məlumatların heç bir əsası yoxdur.

“Qeyd edək ki, ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanmış oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıbmış. Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb.

Bir daha bildiririk ki, qeyd olunan məktəb də daxil olmaqla Bakı şəhərindəki bütün təhsil müəssisələrinin təhlükəsizliyi həm müasir müşahidə kameraları, həm də polisin mühafizə xidməti və digər qurumlar tərəfindən təmin olunur. O da vurğulanmalıdır ki, bugünədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəbdə və digər təhsil müəssisəsində şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılmasına, yaxud satılmasına dair hər hansı fakt qeydə alınmayıb”-deyə DİN bildirib.

DİN vətəndaşları belə uydurma, əsassız xəbərlərə inanmamağa, sosial şəbəkələr üzərindən həmin məlumatları paylaşmamağa, üzləşdikləri istənilən hüquq pozuntuları barədə isə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və ya ərazi polis orqanına müraciət etməyə çağırıb.

Xəbər 1065 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +