Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.01.2018  23:28 

Bir dilçi ki “eşşəkarısı” sözünü düz yaza bilmir…





A+  A-

Dilçilik institutunun əməkdaşı M.Əsgərov jurnalistləri və şairləri niyə təhqir edir?
Müzakirəyə təqdim edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin tənqid olunması Dilçilik institutunun bəzi əməkdaşlarını xeyli narazı salıb və onlar ictimaiyyətə qarşı hücuma keçiblər. İnstitutun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri Mayıl Əsgərov iki gün əvvəl saytların birində getmiş məqaləsində layihəyə münasibət bildirən müxtəlif peşə sahiblərini top atəşinə tutub. O, “Dilçilərə hücum edən dillilərə məsləhət” məqaləsində “internet məkanında yayımlanan cəfəng yazılar”ın müəlliflərini “eşşək arısı” və “it arısı” cinsinə mənsub cır arılar adlandırıb. Təbii ki, belə təhqiramiz, qeyri-etik yanaşma, təkcə tənqidə dözümsüzlüyün nəticəsi deyil, həm də özünə alim deyən, elmi müəssisədə şöbə müdiri vəzifəsini tutan şəxsin səviyyəsinin göstəricisidir. Təbii ki, bu davranışı Dilçilik institutunda elmi-mədəni səviyyənin əyani göstərici kimi də qiymətləndirmək olar.

Mayıl müəllimin hələ də sovet dövründə çıxan “Kommunist” qəzetinin ölçüləri ilə düşündüyü hiss olunur. Buna baxmayaraq o, özünü alimi-biəməl kimi göstərməyə çalışır və layihə haqda söz deyən qələm adamlarını, ədəbiyyatçıları, iqtisadçıları, tarixçiləri, arxeoloqları, etnoqrafları, kibernetikləri, riyaziyyatçıları, hətta, dilçiləri belə təkəbbürlə tənqid və təhqir edir. Onalrın hamısını öz işlərini bilməməkdə ittiham edib aşağılayır. M.Əsgərov söz adamlarına və şairlərə daha çox təhqir payı ayırır və onları qınayaraq deyir ki, ey şair, “qolu kəsik, qıçı qırıq sətirlər qurmağı, onların hər birində olan hecaları saymağı, sətirlərin ora-burasına qafiyə “dürtüşdürməyi” sənə öyrədən dilçidir”. Yəni siz heç nə bilmirsiz, heç şeir yazmağı da bacarmırsız, amma dil haqqında fikir yürüdürsünüz. Qəribə məntiqdir, elə deyilmi? Biz milli varlığımız olan ana dili ilə bağlı fikirlərimizi deməli deyilk ki, birdən M.Əsgərov kimilərinin incə qəlbinə dəyə bilər?! Axı şairin, söz adamının bir missiyası da ana dilini basqılardan qorumaqdır.

Əlbəttə, ola bilər ki, bir şair 20 il Nəsimi adına Dilçilik İnstitutunda baş girləyən, adı heç bir dəftərdə olmayan hansısa “professor”un nə işlə məşğul olduğunu bilməsin. Tam mümkündür ki, şair qardaş o “alimin” öz əsərində niyə “non grata” əvəzinə “Non Grande”, “biheyviorizm” əvəzinə “behaviorizm” yazmağının fərqinə varmasın. Ola bilər ki, şair həmin “professor”un rus dilindən tərcümə edib köçürdüyü nəzəri-sxolastik yazılarından da baş açmasın (çünki onlar heç kimə lazım deyil), amma axı şair dili yaxşı bilir, bu dildə ədəbi nümunələr yaradır. Və ona görə də ana dilinə yersiz müdaxilələri görəndə onun müdafiəsinə qalxır. İndi bu, o deməkdirmi ki, kimsə bu ictimai addımına görə onları aşağılayıb təhqir etsin?

Əldə etdiyimiz məlumata görə, Mayıl Əsgərov elmi ictimaiyyətin tanımadığı və heç nə ilə fərqlənməyən bir əməkdaşdır. Dilimiz üçün faydalı işlər görənlər siyahısında onun adı yoxdur. Sən demə, özünün təqdim etməsinə baxmayaraq, adam heç professor da deyilmiş, çünki nə AAK-ın, nə də AMEA-nın siyahısında belə bir ada rast gəlmədik. Məlum oldu ki, bu adı ona vaxtilə dərs dediyi Avrasiya universitetində həvəsləndirmək üçün veriblər. Belə ad alanlara isə özəl universitetlərdə “barmaq professoru” deyirlər. Bununla işimiz yoxdur, heç həqiqi alim üçün professor adı da göstərici deyil. Özünü elm adamı, professor kimi təqdim edənlər üçün əsas göstərici bilikdir, dərinlikdir və mədəni səviyyədir. Təəssüf ki, M.Əsgərov adı çəkilən yazısında bunların heç birisini nümayiş etdirə bilmir.

P.S. Yazı səviyyəsindən M.Əsgərovun dil bilgisinin də zəif olduğu duyulur, çünki söz və ifadələrin bir çoxunu yanlış yazır, adi üslub səhvlərinə yol verir. Məsələn, o, təhqir dolu yazısında sevə-sevə işlətdiyi “eşşək arısı” və “it arısı” sözlərini bu cür – ayrı yazır. Halbuki həm 2004-cü il, həm də 2013-cü ilin orfoqrafiya lüğətlərində bu sözlər “eşşəkarısı”, “itarısı” şəklində, yəni bitişik yazılıb. Ona görə də belə bir dilçi “alimin” verdiyi məsləhətlər onun özündən başqa heç kimə lazım deyil.

Emil Cəfərli

Xəbər 2497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +