Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


23.01.2018  11:06 

Benzinin rüsumu 200 dəfə qalxdı - Nə dəyişəcək?





A+  A-

Ötən gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsinin 1 ton üçün 1 manatdan 200 manata qaldırılması insanlar arasında benzinin qiymətinin qalxıb qalxmayacağı ilə bağlı suallar yaradıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı iqtisadçıların fikrini öyrənib.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi: “Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək. Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib.

Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq”.

Digər iqtisadçı Natiq Cəfərli isə bildirib ki, bu qərar "Aİ-95" adlanan premium və super markalı benzinin qiymətinə təsir göstərəcək: “Həmin benzinlərin qiyməti çox yüksəkdir. Keçən ildən bildirildi ki, bu sahədə qiymətlər artacaq. Çünki bu bazarda rəqabət yoxdur. Dövlət iki il bundan öncə premium və super markalı benzin bazarından çəkildiyini elan etdi. Bu sahədə tamamilə bazar qaydalarının işləyəcəyini və xaricdən istənilən şirkətin bu növ benzinləri gətirə biləcəyini bəyan etsə də bazarda başqa oyunçular yaranmadı. SOCAR-ın törəmə şirkətləri bu işlə məşğul oldu. Aksiz vergilərinin artırılması da buna təsir edəcək. Bu artım 5-15 faiz arasında qiymətlərə təsir edə bilər.

Bunun “Aİ-92” markalı benzinə aidiyyatı yoxdur. Çünki həmin benzin yerli istehsaldır. Yerli istehsallı məhsullara aksiz dərəcəsi şamil olunmur”.

Xəbər 1162 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +