Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


22.01.2018  20:31 

“Baku Bus” sakinləri belə aldadır — VİDEO





A+  A-

"Baku Bus" MMC"yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar.
XəzərNews.az "Xəzər TV"-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Səməd Vurğun parkından Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə, sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər.

Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar. Onlar bildirir ki, 175 saylı marşrut xətti ``Baku Bus"a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi mövqe bildirməyib. İstirahət günü olduğundn, məsələnin sabah araşdırılacağı deyilib.

Qeyd edək ki, Tarif Şurasının qərarına görə, şəhərətrafı və qəsəbələrarası gediş haqqı 1 km-dən 15 km-dək 20, 15 km-dən 25 km-dək 25, 25 km-dən 30 km-dək 30 qəpikdir.


Xəbər 2970 dəfə oxunub.





02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +