İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


19.01.2018  10:56 

“Kimsə övladımın yekəbaşlıq etdiyini deyə bilməz” - Baş nazirin müavini





A+  A-

“Bu gün Azərbaycanda kifayət qədər yüksək savadı olan imkansız ailələrin övladları da var. Əgər mən onun müdiriyəmsə, vəzifəm və qeyrətim varsa, o zaman həmin gəncin imkanına deyil, savadına baxmalıyam”.
XəzərNews.az xəbər verir ki, bunu ölkə.az-a müsahibəsində baş nazirin müavini Abid Şərifov deyib. O, bildirib ki, əgər bu gün biz halallıqdan danışırıqsa və hansısa vəzifəli işə götürdüyü 10 nəfərdən 5-i öz qohumudursa, heç olmasa digər 5-ni də savadı, qanacağı və bacarığı olan adamları götürməlidir: “Bunu edəndə isə kadr hazırlığı mümkün olur. Kadr hazırlığından da çətin sahə yoxdur. Bəlkə də ən ağır sahədir. Çünki bu gün həyatımıza daxil olan internet, sosial şəbəkələr, xarici kinolar və sairə cavanların elmə, kitaba olan meylini azaldıb. Kütləvi informasiya vasitələri bunun qarşısını almaq üçün güclü təbliğat aparmalıdır.

Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə etmək lazımdır. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var. Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

Xəbər 1959 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +