Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri
“Diaspor təşkilatlarına vergi, gömrük güzəşti baş ağrı ola bilər”


18.01.2018  09:58 

ABŞ-ın terror xəbərdarlığından sonra Azərbaycan nə etməlidir?





A+  A-

Elxan Şahinoğlu: “Vaşinqton siyahısına Azərbaycanın adını salmaqla yanlışlığa yol verib”; Əhəd Məmmədli: “Bunu terror təhlükəsi xəbərdarlığı kimi yox, siyasi bir xəbərdarlıq kimi qiymətləndirmək lazımdır”
Ötən həftə ABŞ Dövlət Departamentinin amerikalı turistlər üçün riskli ölkələr sırasında Azərbaycanın da adını qeyd etməsi ətrafında gedən müzakirələr durmadan artır. Bu uyarıcı mesajların təsadüf olmadığı vurğulanmaqla yanaşı, bu istiqamətdə ölkəmizin təhlükəsiz və hüquq-mühafizə orqanlarının ayıq-sayıq olmasının vacibliyi qeyd olunur.

Azərbaycanın dünyanın təhlükəsiz ölkələr sırasında olduğu göz önündədir, amma bundan arxayınlaşmamaqdan da söz açılır. Xüsusilə, ölkəmizin təhlükəli bir regionda yerləşdiyi önə çəkilir, qonşu ölkələrimizin hər birinin daxillərində təhlükəli proseslərin getdiyi bildirilir.

İŞİD terror təşkilatının getdikcə tarixə gömüldüyü və terror təşkilatının tərkibində vuruşan terrorçuların ya öz ölkələrinə, ya da müxtəlif yerlərə səpələndikləri qeyd olunur. Bu baxımdan onların Cənubi Qafqaz və Azərbaycana da üz tutacaqları ehtimalları az görünmür.



XəzərNews.az musavat.com-a istinadən məlumat verir ki, Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Azərbaycanın adını çəkməklə yanıldığını düşünür: “Azərbaycanda sabitlik hökm sürür. Vaşinqton terror təhdidi olan ölkələrin siyahısına Azərbaycanın adını salmaqla yanlışlığa yol verib. Necə olur ki, Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda terror təhlükəsi ilə üzləşib? Azərbaycanda bu günə qədər ABŞ vətəndaşlarına qarşı terror hadisəsi baş verməyib, kimisə girov götürməyiblər. Görünür, Amerikada hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların Azərbaycana gəlməsi risklidir. Ona qalsa Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs Ermənistanın adı niyə siyahıda yoxdur? Buna baxmayaraq, Amerikanın niyə belə qərar verdiyini öyrənmək lazımdır. Doğrudur, ABŞ kəşfiyyat sirlərini Azərbaycanın müvafiq orqanları ilə bölüşməyə həvəs göstərməyəcək. Ancaq Vaşinqton Azərbaycanı strateji tərəfdaş adlandırırsa, bizi gələcək hansısa təhlükədən xəbərdar etməlidir. Ancaq mənə elə gəlir ki, Azərbaycanla bağlı qərar ciddi araşdırmalara əsaslanmır. Azərbaycanın ətrafında vəziyyət stabil deyil. Qonşularımız olan Rusiya və İranda daima terror olayları baş verir. Demək, biz daima təhlükəsizliyimizin artırılması haqqında düşünməli və müvafiq tədbirlər görməliyik. Birincisi, dinimiz adına ləkə olan bəzi radikal qruplar peyda ola bilər ki, pis əməllərini həyata keçirmək istəyə bilərlər. Belələri dəfələrlə nəsə plan qurub, günahsız insanlara hücum hazırlayıblar. Ancaq görülən tədbirlər nəticəsində planlarını reallaşdıra bilməyiblər. Üstəgəl, Ermənistan kimi düşmənimiz var ki, Azərbaycanda terrorda maraqlıdır. Təsadüfi deyil ki, ASALA terror təşkilatının yenidən aktiv fəaliyyətə başlaması haqqında xəbərlər var. Elə buna görə də ABŞ kimi ölkələr Azərbaycanı hansısa siyahıya daxil etməməli, təhlükəsizliyin artırılması naminə əməkdaşlığa üstünlük verməlidir. Bu, strateji tərəfdaşlığın ruhuna da uyğundur”.



Politoloq Əhəd Məmmədli isə ABŞ-ın xəbərdarlığını səmimi saymır: “Arxayınlaşmaq olmaz. ABŞ-ın xəbərdarlığını səmimi saymıram. Əgər həqiqətən Azərbaycana hansısa təhlükə varsa, bunu qeyri-rəsmi kanallarla bildirmək olardı. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş sabit dövlətidir. Son zamanlar qeyri-neft sektorunun, əsasən də turizmin inkişafı göz önündədir. Lakin buna rəğmən Gürcüstan, Ermənistanın deyil, məhz Azərbaycanın bu siyahıya salınması heç də ABŞ-ın xoş məramından xəbər vermir. Məncə, bunlar hamısı son dönəmlərdə Azərbaycanın qardaş Türkiyə ilə sıx əməkdaşlıq və yaxınlığına görədir. Təsadüfi deyil ki, ABŞ-ın vətəndaşlarına hansı ölkələrə getməmək haqqında xəbərdarlıq siyahısında Azərbaycanla bərabər Türkiyə də yer alıb. Bunu həm də Azərbaycana Amerikanın xəbərdarlığı kimi qiymətləndirmək olar, lakin bunu terror təhlükəsi xəbərdarlığı kimi yox, siyasi bir xəbərdarlıq kimi qiymətləndirmək lazımdır. ABŞ bununla Azərbaycana göstərir ki, Türkiyə ilə yaxınlıqdan narahatdır. Amerikalılar anlamırlar ki, Türkiyə Azərbaycan üçün nə Rusiya, nə də İran deyil, bu ölkələrdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla Türkiyə həmişə bir yerdə olacaq. Çünki iki qardaş dövlətdirlər. Azərbaycan mövcud şəraitdə hərbisini, kəşfiyyatını və digər güc strukturlarını gücləndirməli, peşəkarlaşdırmalıdır. Türkiyə ilə siyasi-hərbi ittifaq qurmalıdır. Azərbaycan balaca, işğala məruz qalan ölkədir. Buna görə müdafiəsi və təhlükəsizliyi üçün qardaş Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi artıq zərurət, şərtdir. Separatçılıq və dini fundamentalizmin qarşısı yuvasında alınmalıdır. Separatçılıq və məzhəb ayrı-seçkiliyini yayanlar ciddi nəzarətə götürülməli, cəzalandırılmalı, başqa dövlətlərin dini xadimlərini təbliğ edənlər barədə ciddi şəkildə ölçülər götürülməlidir. Dünyəvilik, sekulyarlıq adı altında digər insanların dini inanclarını təhqir edənlərə də həmçinin ən azı xəbərdarlıq edilməlidir. Və bütün bunlarla iş ilk öncə sosial şəbəkələr, mediadan başlanlmalıdır”.

Xəbər 1569 dəfə oxunub.




12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +