İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.01.2018  09:45 

Fazil Məmmədovun Ukraynadakı mülkləri üzə çıxdı - FOTOLAR





A+  A-

Sabiq vergilər nazirinin Ukraynanın erməni əsilli naziri ilə əlaqələri haqda iddialar var
Sabiq vergilər naziri Fazil Məmmədovun dövlətdən oğurladığı vəsaitlər hesabına yiyələndiyi əmlaklarının siyahıya alınması prosesi davam edir. Onun ölkədən çıxardığı 4 milyard yarımlıq “qara pul” qaçaqçılığına görə təftiş aparılır, mal-mülkü müəyyənləşdirilir.

XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan istisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.



Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər.



Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.



Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Yada salaq ki, Fazil Məmmədov ötən il dekabrın 5-də qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Artıq 1 aydan çoxdur ki, Fazil Məmmədov işsizdir. Rəsmi olaraq onun işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsinin onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi. Fazil Məmmədovu səfir göndərmədilər, əvəzində təftiş edirlər. Bu təftiş prosesi Fazil Məmmədova yaxşı heç nə vəd etmir.

Xəbər 2068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +