Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


09.01.2018  09:57 

İranda yeni qanun: Azərbaycanlıları gözləyən təhlükə





A+  A-

18 milyon farsın dili dövlət dili kimi qəbul edildiyi halda, 35 milyon soydaşımızın dili heç təhsil dili kimi də qəbul edilmir.
XəzərNews.az bildirir ki, bu sözləri axar.az-a politoloq Qabil Hüseynli İranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisinin qadağan edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, İran Konstitusiyasında azsaylı xalqların milli dilində məktəblərin açılması, televiziya verilişlərinin təşkil edilməsi, mili ədəbiyyatın çapı kimi müddəalar yer alsa da, bunlara əməl edilmir:

"Bu qərardan sonra milli azlıqlar üzərində, xüsusən də ölkənin ən çoxsaylı etnik qrupu olan azərbaycanlılara və onların dilinə qarşı repressiyaları daha da artacaq. Bu gün İran cəbhəsində milli dillərin, ayrı-ayrı etnosların milli mədəniyyətinin inkişafı üçün heç bir multikultural şərait yoxdur. Bunun əsas səbəbi İrandakı əzazil rejimdir. Bu rejim milli dil və milli mədəniyyət anlayışını qəbul etmir. Sadəcə olaraq, islam ümmətçiliyinə əsaslanaraq hamının müsəlman olduğunu, hər bir xalqın dilinin müsəlman dili və mədəniyyətlərinin də müsəlman mədəniyyəti olduğunu iddia edirlər”.

Politoloq bildirib ki, İrandakı azərbaycanlıların ad və ya soyadının fars dilinə uyğun olması vacibdir:

"İnsanlara ərəb adlarının qoyulmasına da icazə verirlər. İranda hər hansı bir soydaşımızın özünə məxsus şəxsi əmlakına da fars yönümlü adlar qoyması tələb olunur. Milli azlıqların hüquqlarını heçə sayırlar. Bu səbəbdən də orada milli azlıqların nə məktəbi, nə də televiziyası var. Bir sözlə, bütün sahələrdə milli özünəməxsusluq, millətə aid olan mənəvi cəhətlər ciddi surətdə təqib edilir, diskriminasiya altına alınır, boğulur. Beləliklə də bu onların milli mənsubiyyət hissinin yox olmasına gətirib çıxarır”.

Qeyd edək ki, İranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qadağan edilib.

Xəbər 1177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +