Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


08.01.2018  13:48 

Binəqədidə növbəti məmur özbaşnalığı - Şikayət





A+  A-

Şikayətçi iddia edir ki, Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsi ilə əlbir olaraq vətəndaşa məxsus torpaq sahəsini mənimsəməyə çalışır.
“İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”. Yadınızdadırsa, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı səsləndirmiş, məmurları, xüsusilə də icra başçılarını sərt tənqid etmiş və onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırmışdır.



Son aylar Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə bir neçə dəfə hakimiyyət komandasındakı problemlərə toxunaraq ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb və sərt cəza tədbirlərinin görüləcəyini deyib. Təəssüflər olsun ki, Prezident seçkiləri ərəfəsində, özü də dövlət başçısının öz vəzifələrindən sui-istifadə edənləri sərt cəzalandırdığı bir vaxtda idarəçilik sistemində özünü “əvəzolunmaz” hesab edən bəzi icra başçıları deyilənlərdən nəticə çıxarmaq əvəzinə, getdikcə daha çox qanunsuz hərəkətlərə, sui-istifadə hallarına yol verirlər.



“Biz hakimiyyət üçün çox vacibik” məntiqi ilə düşünən xeyli arxayınlaşmış və harınlamış məmur təbəqəsi islaholunmaz həddə korlanıblar. Bəziləri isə o dərəcədə “şişib” ki, gözləri ayaqlarının altını görmür, dövlət başçısının da xəbərdarlıqlardan nəticə çıxarmırlar. Bu siyahıda Binəqədinin icra başçısı Xaləddin İsgəndərov da var. Xalq arasında “evsökən” icra başçısı kimi tanınan Xaləddin İsgəndərovun Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda, tikinti icazələrini hansı şərtlərlə verdiyi barədə mətbuatda hər gün onlarla materiallar dərc olunur. Redaksiyaya icra başçıları ilə bağlı ünvanlanmış şikayət məktublarının əksər hissəsi məhz paytaxtın Binəqədi rayonunda tüğyan edən qanun pozuntuları ilə bağlıdır. Növbəti şikayət məktubunda öz əksini tapmış faktlar Binəqədi icra başçısının və onun havadarlarının artıq vətəndaş İsmayılova İlhamə Filman qızının son güman yeri kimi baxdığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qarşı çıxdığını sübut edir.
Məktubun qısa məzmununu oxuculara təqdim edirik:


“Yazaraq bildirmək istəyirəm ki, iddiaçı qismində mən Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək uzun illərdir ailəmlə birgə yaşadığım Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanında yerləşən 800 kv.m torpaq sahəsinə istifadə hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişəm. İşə baxan Binəqədi rayon məhkəməsinin hakimi K.Əsədov 24 iyul 2015-ci il tarixli 2(001)-9161/2015 saylı qətnaməsinə ilə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Bakı şəhər Ərazi idarəsinə göndərilmişdir. Lakin həmin qurum qətnamədən apelyasiya şikayəti vermişdir. Binəqədi rayon məhkəməsi isə 07 noyabr 2017-ci il tarixli 2(001)-9161/2015 saylı Qərardadı il apelyasiya şikayətini geri qaytarmışdır. Binəqədi rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli 2(001)-9161/2015 saylı Qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməlidir. Amma Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti və Binəqədi Rayon İcra Hakimiyyəti bu günə kimi hüquqlarımı pozmaqla məşğul olur, uzun illərdir yaşadığım və sahibi olduğum torpaq sahəsinə dair çıxarış almağına mane olur”.
Redaksiyaya müraciət edən İ.İsmayılova istifadəsində və sahibliyində olduğu torpaq sahəsini hasara alaraq orada abadlaşdırma işləri apardığını, müxtəlif növ ağaclar əkdiyini, hətta torpaq sahəsindən istifadəyə görə M.Ə.Rəsulzadə Bələdiyyəsinə vaxtı-vaxtında torpaq vergisi ödədiyini bildirir. Bütün bu faktlar “2015-ci il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi”, “2013-cü il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi” ilə də öz təsdiqini tapmışdır. Həmçinin iddiaçıya M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən şəxsi hesab vərəqəsinə əsasən xüsusi kod ayrılmışdır. Buradan da bəlli olur ki, qeyd olunan həmin torpaq sahəsi artıq uzun müddətdir iddiaçının sahibliyində və istifadəsində olmuşdur. İddiaçı isə hər il həmin torpaq sahəsindən istifadəyə görə M.Ə.Rəsulzadə Bələdiyyəsinə 499.20 manat məbləğində vəsait də ödəmişdir. Bu faktlar vergilərin və ödənişlərin qəbulu üçün qəbzlə də öz təsdiqini tapır. Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözügedən torpaq sahəsinə onun daimi istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edən şikayətçinin işinə baxan Binəqədi rayon məhkəməsinin hakimi K.Əsədov 24 iyul 2015-ci il tarixli 2(001)-9161/2015 saylı Qətnaməsi ilə iddia tələbini təmin etmişdir. Bundan sonra iddiaçı 22.12.2015-ci il tarixdə rəsmi qaydada ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsini ilkin hüquqi qeydiyyata almaqla daimi istifadə hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Lakin Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi 09.01.2016-cı il tarixli 163022300929 saylı cavab məktubu ilə bildirmişdir ki, qeyd olunan torpaq sahəsi bələdiyyə ərazisinə aid deyil, Binəqədi rayon İcra Hakimiyyətinin balansındadır. Axı necə ola bilər ki, sözügedən ərazinin əhatəsindəki bütün qonşu torpaq sahələri bələdiyyəyə, yalnız şikayətçinin sahib olduğu sahə Binəqədi rayonu İcra Hakimiyyətinə məxsus olsun? Bəs görəsən, vətəndaşın 20 ildən çoxdur ki, istifadə etdiyi bu torpaq sahəsinə Çıxarış əldə etməsinə hər cəhdlə mane olmağa çalışan Binəqədi rayonu İcra Hakimiyyətinin və Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin məqsədi nədir? Həmin ərazini qanunsuz yolla yenidən başqa şəxsə satmaq? Bəs o zaman illər əvvəl hərrac yolu ilə bu torpaq sahəsini almış, bu günə kimi həmin ərazidən istifadə edən, orada abadlıq işləri aparan və istifadəyə görə bələdiyyəyə haqq ödəyən vətəndaşın aqibəti necə olacaq?



Mühüm bir məqamı qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Deməli, maraqlı şəxs - Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti vermək üçün müddət də ötürülmüşdür. Bundan əlavə, Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəf qismində çıxış edə bilməz, çünki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Ona görə də hesab edirik ki, Binəqədi rayon məhkəməsi bu günə kimi ədalətli, qanuni və obyektiv qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya məhkəməsinin şikayətə baxıb məhkəmənin qərarını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ümid edək ki, apelyasiya məhkəməsi işə ədalətli baxaraq, bu dəfə də haqlı tərəfin – vətəndaşın xeyrinə qərar çıxaracaqdır.

Vətəndaş süründürməçiliyi ilə məşğul olan, onların hüquqlarını pozan, nə məhkəmənin hökmünə, nə də dövlət başçısının göstərişlərinə əməl etməyən, bir sözlə “Burda mənəm, Bağdadda Kor xəlifə” deyib ortada at oynadan Binəqədi rayonunun icra başçısı və bu qanunsuz əməlləri həyata keçirməkdə ona dəstək verən Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin rəhbərliyi bu dəfə öz niyyətinə nail olmayacaqlar.

P.S. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin fikrini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.





XəzərNews.az


Xəbər 4047 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +