Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


04.01.2018  16:32 

Bank Respubliknın yalanı — Müştərilər “şirin vəd“lə tora düşürlər





A+  A-

Bank Respublika ötən il sosial şəbəkəyə natamam reklam elanı yerləşdirib. Bankın reklamlarında əks olunan məlumata əsasən, nağd kredit almaq istəyən müştərilər üçün minimum əmək haqqı tələbi ləğv olunub. Aksiyaya qədər bankdan kredit əldə etmək istəyən müştərilər ən az 350 manat rəsmi əmək haqqı aldıqları barədə sənəd təqdim etməli idilər.
XəzərNews.az "Ölkə.Az"a istinadən xəbər verir ki, “Kredit şərtləri daha yüngül oldu!” adı altında başlayan aksiyanın reklamlarında əks olunan məlumatlar ilə bankın müştəri xidmətləri razılaşmır.

Reklamda bildirilir ki, kredit üzrə illik faiz dərəcəsi 2% endirilərək indi 26%-dən başlayır. Həmçinin, 5 000 AZN-dәk nağd kredit zaminsiz verilә bilәr.
2% -lik endirim, yalnız əmək haqqını bankın plastik kartı ilə alan müştərilərə aiddir. Əmək haqqını bankın plastik kartı ilə almayan müştərilərə (qeyri-müştərilər) 2 000 manata qədər 29%, 2 000 manatdan sonra isə 28% illik faiz dərəcəsi tətbiq edilir. Bundan başqa reklamda 5 000 manatadək nağd kredit zaminsiz verilә bilәr məlumatı da ətraflı izah edilməyib.

Müştəri xidmətlərinin verdiyi məlumata görə, 1 000 manatadək alınan kreditlər zaminsiz verilməsi məsələsinə baxıla bilər. Yəni, buna da mütəxəssis qərar verəcək.

Reklamında minimal əmək haqqı tələbini ləğv edən bank, müştərinin nə qədər kredit almasının əmək haqqından asılı olduğunu bildirir.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 18.0.5. maddəsi malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən reklamında natamam reklam verməsinə icazə vermir.
Bundan başqa reklam haqqında qanunun 4.2. maddəsində qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. Xəbərin başlığı çaşqınlıq hissi yaradır. İstehlakçılar bankdan hansısa aksiya çərçivəsində hədiyyə qazanacaqlarını düşünə bilərlər.



Ətraflı məlumat üçün daxil olunan linkdə isə "Yeni İl ərəfəsində Bank Respublikadan nağd kredit alanlara 150 manatadək xüsusi həddiyə kartları təqdim olunacaq . Hədiyyə olunan məbləği həmin müştərilər partnyor şəbəkəsində xərcləyə biləcəklər.

Kredit məbləğindən asılı olaraq, hədiyyə kartları 20, 50, 100 və 150 manat civarında nəzərdə tutulub. Bayram kampaniyasına əsasən, "Kampaniya Dekabrın 18-dən – 15 Yanvar 2018-ci il tarixinədək davam edəcək" məlumatları yerləşdirilib.



Xəbər 1133 dəfə oxunub.



28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +