Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


28.12.2017  09:28 

Reklamla bağlı qaydalar sərtləşdi





A+  A-

Baş nazir Artur Rasizadə açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında qərar imzalayıb.
XəzərNews.az xəbər verir ki, qərarda aşağıdakı məsələlər öz həllini tapıb.

1. “Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə”nin forması təsdiq edilsin.

2. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması təsdiq edilsin.

3. “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası” təsdiq edilsin.

4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakdan istifadəyə görə məbləğ:

4.1. reklam yayıcısının həmin reklam daşıyıcı- sında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin;

4.2. açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

5. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilən sənədlərdə və 4-cü hissəsində dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

6. “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 23 aprel tarixli 92 nömrəli qərarı ləğv edilsin.

7. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

7.1. adından “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və” sözləri çıxarılsın;

7.2. 1-ci hissə ləğv edilsin.

Xəbər 1246 dəfə oxunub.




20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +