Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


26.12.2017  19:53 

Mətbuat Şurası bəzi saytlara xəbərdarlıq etdi





A+  A-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, toplantını giriş sözü ilə açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki ilk məsələ Milli Məclisin deputatı Elmira Axundovanın «Kriminal.az» saytına qarşı şikayəti olub. Hər iki tərəfin təmsilçisinin iştirakı ilə keçirilmiş müzakirədə rəyə gəlinib ki, «Kriminal.az» materialın təqdimatında yanlışlığa yol verib. Sayta xəbərdarlıq edilib və gələcəkdə bu kimi məsələlərə həssas yanaşmaq tövsiyə olunub.

İclasda müzakirə edilən növbəti məsələ Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın «Dosye.az» və «Vetenperverler.az» saytlarına qarşı şikayəti olub. Məsələ ilə bağlı çıxarılmış rəydə «Vetenperverler.az»a xəbərdarlıq olunub. «Dosye.az» saytı ilə əlaqədar toplanmış materialların isə Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəy çıxarılıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin «Gundemxeber.az» saytı ilə bağlı müraciətinin müzakirəsi zamanı məlumat verilib ki, sözügedən sayt «Gündəm xəbər» qəzetinin elektron versiyasıdır. Bu qəzet isə vaxtilə Şuranın «qara siyahı»sında olub. MŞ-nin «Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat»ında göstərilib ki, adı «qara siyahı»dan çıxarılmış kütləvi informasiya vasitəsi barədə hər hansı əsaslı şikayət məktubu daxil olarsa, həmin media orqanının adı yenidən «qara siyahı»ya qaytarılır. «Gundemxeber.az» saytı ilə bağlı da götürülmüş ölçü tədbiri budur.

Bakı şəhəri Suraxanı rayonu 278 saylı orta məktəbin direktoru Məlahət Əliyevanın «Anaxeber.com» saytı ilə bağlı şikayəti ilə bağlı çıxarılmış rəy bundan ibarət olub ki, sözügedən sayt qarşı tərəfin mövqeyini əks etdirən mətni yayımlasın və bu yolla mübahisə qapanmış sayılsın. Rəydə həmçinin «Anaxeber.com»un balans prinsipini pozduğu əksini tapıb və bu barədə saytın rəhbərinə müvafiq tövsiyələr verilib.

İclasda müzakirə edilən növbəti məsələ Bakı şəhər Yasamal rayon 158 saylı orta məktəbin müəllimi Gülüstan Ağayeva və Nizami rayon 214 saylı orta məktəbin direktoru Esmira Ağayevanın «Amerikapress.com» saytına qarşı şikayətləri olub. Komissiya üzvləri müəyyənləşdiriblər ki, bu saytın müxtəlif təqdimatlarında yalnız peşə prinsipləri deyil, eyni zamanda Azərbaycan dilinin qaydaları da ciddi şəkildə pozulmaqdadır. Bütün bunlar, o cümlədən konkret məsələ üzrə «Amerikapress.com»un qarşı tərəfin mövqeyinə etinasız yanaşması nəzərə alınaraq sayta xəbərdarlıq edilib.

İclasda vətəndaşlar Natiq Cabbarovun, Həsənqulu Həşimovun və Zaur Tağıyevin «Təzadlar» qəzetinə qarşı şikayəti də müzakirə olunub. Cavabdeh tərəfin təmsilçisi narazılıq doğurmuş materialın həqiqətə söykəndiyini əsaslandıran faktlar təqdim edib. Əvvəlcədən məlumat verilməsinə baxmayaraq şikayətçi tərəf iclasda iştirak etməyib. Buna görə də şikayət əsassız sayılıb.

Sabirabad rayonunun Nizami kəndinin sakini Vilayət Cəbrayılovun «Reallıq.info» saytı ilə bağlı şikayətinin müzakirəsinin yekununda rəyə gəlinib ki, sözügedən saytla əlaqədar materialların hüquq-mühafizə orqanlarına göndərilməsinə ehtiyac var. Şikayətçi iddia edir ki, sayt hazırda məhkəmə hökmü ilə həbsdə olan şəxsə müəyyən təmənna müqabilində jurnalist vəsiqəsi verib və həmin şəxsin azadlığa çıxmasına çalışır. Bu kimi məsələlər hüquq normaları çərçivəsində araşdırılmalı və hüquqi ölçü tədbiri götürülməlidir.

Xəbər 1256 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına


BÜTÜN XƏBƏRLƏR +