“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


25.12.2017  12:43 

6 qat Dünya çempionu: “Erməni idmançısına qalib gəlmək ikiqat məsuliyyətdir”





A+  A-

Muradov Cumarin Etibar oğlu. 1989-cu il sentyabr ayının 25-də Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində 106 saylı orta məktəbə təhsil alıb və 17 yaşından məşqçi kimi fəaliyyət göstərir.
Əvvəllər karate ilə məşğul olub. 2006-cı ildən isə professional döyüşməyə qərar verib, kontakt karate əlbəyaxa döyüşə yaxın olduğu üçün karyerasını bu döyüş üzrə davam etdirməyə başlayıb.

Hazırda “Uğur” İdman Klubuna rəhbərlik edir.

Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edən Qaydasız döyüş üzrə (MMA) 6 qat dünya çempionu, kimboks üzrə Dünya ikincisi Cumarin Muradov Azadinform-un suallarını cavablandırıb:

- Qaydasız döyüş idman növünə maraq sizdə haradan yaranıb? Ailədə sizdən başqa bu işlə məşğul olan var?

- Atam idmançı olub. İdmana da 50% öz istəyim olubsa, 50%-də atamdan görüb-götürdüklərim məni bu yolda addım atmağa sövq edib.

- İlk qələbənizi necə xatırlayırsınız?

- İlk çempionluğum Fransada oldu. Fransada keçirilən Dünya çempionatının qalibi oldum. Sonra İran, Gürcüstan, Türkiyə, Rusiya və başqa ölkələrdə keçirilən yarışlarda qələbələr qazandım. Rusiyada Əlbəyaxa Döyüş növləri Olimpia oyunlarına daxil edilməsə də 5 ildən bir olimpiada keçirilir. 2011-ci ildə həmin yarışlara qatıldım və 1-ci yerə layiq görüldüm. Olimpiada zamanı full kontakt karate növündə 2-ci oldum. Full kontakt bir az yüngül növ olduğu üçün çətinlik çəkirəm. Çünki, mən kontak növünə öyrəşmişəm. Olimpiada zamanı mən Azərbaycana 1 kubok və 1 medalla qayıtdım.

- Sizi daha çox 2011-ci ildən sonra tanımağa başladıq, hansı ki, erməni idmançısını məğlub etmişdiniz...

- Bəli, 2011-ci ildə Macarıstanda final döyüşündə erməni idmançısına qalib gəlmişəm. Çətin döyüş idi, lakin qalib gələcək əzmim və iradəm var idi. Vətənə qalibiyyətlə dönmək hər idmançının arzusudur. Amma erməni idmançısına qalib gəlmək ikiqat məsuliyyətdir. O zaman mətbuat da mənim bu qələbəmi yaxşı işıqlandırdı (gülür).

- Daha çox hansı beynəlxalq yarışın qalibi olmaq istəyərdiniz?

- Əlbəyaxa döyüş növündə əldə etmədiyim uğur yoxdur. Altı qat Dünya çempionuyam. Bizim idman növü qeyri - olimpiya idman növü olsa da, (zədə ağır olur) burada ən böyük və güclü yarış Dünya çempionatıdır. Bu yarış növü üzrə sonuncu Dünya çempionatı İstanbulda keçirildi. Bu yarışa Azərbaycandan 20 nəfər qatıldı. 14 nəfər “Şaolin” döyüş sənətindən, 6 nəfər isə Əlbəyaxa Döyüş nümayəndəliyi adından iştirak edib. Əlbəyaxa Döyüş nümayəndəliyinin rəhbəri Səməd İbrahimov, “Uğur” İdman Klubunun rəhbəri olaraq mən və 4 tələbəmiz yarışa qatıldı. Yarışda çox gözəl nəticə əldə etdik, 5 qızıl medal. Burada mən MMA (qaydasız döyüş) vuruşmağımla yanaşı, kimboks üzrə də döyüşdüm. Kimboks üzrə Dünya ikincisi oldum.

- Dəfələrlə Dünya çempionu olmusunuz, ehtiyat etdiyiniz döyüşçü olubmu?

- Təvazökarlıq olmasın, çəkimdə özümə rəqib idmançı düşünmürəm. İdman zalında çox əziyyət çəkirəm, formada qalmağa çalışıram. Hər hansı bir idmançıdan geri qalacağımı düşünmürəm. Buna baxmayaraq, bu sahədə öyrənəcəyim hələ çox şeyin olduğu qənaətindəyəm. Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov bizə məşqlərdə çox böyük dəstək olur. Məşqçi olsam da bu gün Azad Əsgərovdan öyrənəcəyimiz çox şey var və öyrənməyə də davam edirik.

- Bakıda qaydasız döyüş üzrə yarışlar təşkil edilirmi?

- Bu yaxınlarda qraplinq üzrə Azad Əsgərov böyük yarış təşkil etdi. Hardasa yarışlar 4 gün davam etdi. Telekanallar vasitəsilə yarışlar canlı yayımlandı. Deyərdim ki, Azərbaycanda ilk dəfə idi ki, bu yarış üzrə yüksək səviyyədə çempionat keçirilib. Yarışlara yüksək səviyyəli qonaqlar qatılmışdı. İstərdim ki, Azərbaycanda MMA üzrə də yüksək səviyyəli yarışlar keçirilsin. Məhz bu şəkildə təşkil olunsun. Azad Əsgərov təşkilatçılığı çox gözəl elədi.

- Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda daha güclü yarışların keçirilməsi üçün çalışırıq. İnşallah gələcək üçün keçilirən yarışlarda daha gözəl, professional şəkildə çıxış edəcəyik. Əsas məqsədimiz Azərbaycanın şanlı bayrağını ucaltmaqdır. Daim fikrimiz, istəyimiz bundan ibarətdir.








Samir Soltanov
Azadinform.az


Xəbər 3614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +