İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


14.12.2017  19:45 

Azərbaycan Rauf Hüseynovu beynəlxalq axtarışa verdi





A+  A-

Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycanda hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Bu barədə XəzərNews.az-a Baş Prokrurluqdan məlumat verilib.

Cinayət işi üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə 4 may 2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş Bakı şəhər sakini Hüseynov Rauf Faiq oğlunun barəsində hər hansı araşdırma və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda, guya hüquq-mühafizə orqanları tərəfindən təqib olunması, barəsində Nəsimi rayon Polis İdarəsi və struktur qurumlarında araşdırma materialı və cinayət işinin mövcudluğu, həyat yoldaşı Seyidova Amaliya Rafiq qızı ilə birlikdə polis idarəsinə çağırılmaları, şübhəli şəxs qismində istintaqa cəlb olunaraq ona qarşı ittiham irəli sürülməsi barədə məzmununa yalan məlumatlar daxil edilib.

Blank, möhür əksləri və imzaları saxtalaşdırılmış 24 oktyabr 2015-ci il və 9 mart 2017-ci il tarixli hüquq verən rəsmi sənədlərin texniki qurğular vasitəsilə qanunsuz hazırlayıb, məskunlaşdığı xarici ölkənin yerli miqrasiya orqanlarına təqdim etməsinə əsaslı şübhələr yarandığından R.Hüseynov Cinayət Məcəlləsinin 320.1 (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə təqsirləndinrilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində “İnterpol” xətti ilə beynəlxalq axtarış elan edilib.

Hazırda cinayət işi üzrə R.Hüseynovun tutulması, eləcə də təqib olunmalarına, təzyiqlərə məruz qalmalarına dair qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

Xəbər 1050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +