“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.12.2017  17:29 

Lənkərandakı bu problem 20 ildir həll olunmur





A+  A-


XəzərNews.az xəbər verir ki, Lənkəran rayonun Vilvan kənd sakini Nuriyev Allahyar Yaşıl oğlu evinin qarşısında ona ayrılan və magistral yola çıxış olan yoldan istifadə edə bilmədiyi üçün Azadinform redaksiyasına müraciət edib.
Kənd sakini bu problemin artıq 20 ildən çoxdur ki, davam etdiyini, lakin hələ də həllini tapmadığını bildirib. Buna səbəb isə qonşuları Məhərrəmova Fəxrəndə Yəhya qızı və Məhərrəmov İqbal Firudin oğlu tərəfindən yolun mənimsənilməsidir.
Şikayətçi Nuriyev deyib ki, 1971-1995-ci illərdə hərbçi vəzifəsində çalışıb, sonra təqaüdə çıxıb. O bildirib ki, 1990-cı illərdə Sovetlər Birliyi dağılandan sonra torpaqları satmağa başladılar. Şikayətçi aldığı torpaq sahəsində özünə ev tiksə də, yola heç bir çıxışı yoxdur. Çünki A. Nuriyevə kəndin ərazisindən keçən kanal ətrafından magistral yola çıxış üçün yol verib, lakin bu yol adıçəkilən qonşu tərəfindən mənimsənilib: “Mənim evimin qarşısında köhnə dəyirman var idi. Həmin dəyirmanın ərazisini alan Məhərrəmovlar ailəsi burada özlərinə ev tikib və yolun qalan hissəsini öz həyətyanı ərazilərinə daxil ediblər. Nəticədə Nuriyev ailəsinin üzvləri gediş-gəliş üçün digər qonşularının onlara ayırdığı əkin sahəsindən istifadə edir. Problemin həll olunması üçün A. Nuriyev məhkəməyə müraciət edib və məhkəmə qərarına əsasən yolun yenidən açılması tələb olunsa da, İ. Məhərrəmovun ölkədə olmadığı üçün məhkəmənin vaxtı uzadılıb.
2016-cı ilin sentyabrında İ. Məhərrəmov hasarı sökməyə razı olsa da bir ay sonra yenidən bərpa edib. Bundan əlavə hasar sökülən müddətdə digər problem də ortaya çıxıb. Belə ki, A. Nuriyev üçün ayrılan yolun üzərindən keçən qaz kəməri maneə yaradıb: “2015-ci ildə qaz xətlərinin yeniləndi. Buna görə də “Azəriqaz” tərəfindən tətbiq edilmiş layihədə dəyişikliklər edilməli idi. Layihə Bakı şəhərinə göndəriləndən 1 ay sonra yol açıldı. Bütün bunlara baxmayaraq, İ. Məhərrəmov yenidən iddia qaldıraraq həmin yolun ona məxsus olduğunu bildirib”.
Nuriyev əlavə edib ki, yol problemi ilə bağlı məsələyə məhkəmədə də baxılıb: “Həm yerli məhkəmə, həm də Apelyasiya Məhkəməsi onun xeyrinə qərar verib. Lakin bütün cəhdlərə baxmayaraq, yol hal-hazırda bağlıdır”.
Şikayətçi bildirir ki, qonşusu tərəfindən yolun mənimsənilməsi ilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət edib. Müsbət cavab alsa da, lazımi addım atılmayıb. O vurğulayıb ki, icra hakiminin sabiq müavini vəzifəsində çalışan İlkin Rəhimov adlı şəxs onlara yolun veriləcəyini desə də, problem öz həllini tapmayıb. Şikayətçi bildirib ki, qonşusu İ. Məhərrəmov mənimsədiyi yol üçün böyük məbləğdə vəsait xərclədiyini deyib və əgər yenə problem yaranarsa, yolu itirməmək üçün əlavə pul xərcləyəcəyini etiraf edib. Şikayətçi bu məsələdə İlkin Rəhimovun qonşusu İ. Məhərrəmova kömək etdiyini bildirir: “Hətta İlkin Rəhimov İqbal Məhərrəmovdan yol üçün pul alıb. Mən yolumun bağlanmasına görə qonşumla problem yaşayanda İlkin Rəhimov İqbala deyib ki, sən narahat olma, mən həll edəcəm. Bizim əvvəllər İqbal ilə yaxşı qonşuluq münasibətlərimiz olub. Yolla bağlı problem yaranandan sonra İqbal İlkin Rəhimovdan ödədiyi pulu tələb edib, İlkin Rəhimov isə pulu qaytarmayıb”. Şikayətçinin sözlərinə görə, İqbal Məhərrəmov da buna görə yolu geri qaytarmayacağını deyib. A. Nuriyev əlavə edib ki, İlkin Rəhimov rüşvət məsələsində adı hallandığı üçün iki dəfə vəzifəsindən məhrum edilib. Hazırda Fəxrəddin Rəhimov adlı şəxs onun vəzifəsini icra edir. Şikayətçi qeyd edib ki, icra başçısının qəbulunda 4 dəfə olub, lazımi göstərişlər verilib, lakin heç biri yerinə yetirilməyib. A. Nuriyev hətta mütəxəssisləri dəvət edərək yolun ölçülməsini istəyib. Nəticədə məlum olub ki, qonşunun mənimsədiyi yol həm də kanalın təmizlənməsi baxımından əhəmiyyətlidir, ona görə də hasardan kənarda qalmalıdır. O vurğulayıb ki, qonşusu köhnə dəyirmanın yerində tikilən evdə yaşamır, uzun müddətdir ki, Rusiyaya köçüb. Bununla belə onun haqqı yoldan istifadə etməyə imkan vermir. A. Nuriyev problemi barədə Azərbaycan prezidenti İlham Əliyev və birinci-vitse prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib və problemin həllini tapması üçün icra hakimiyyətinə yönləndirilib. Lakin icra hakimiyyəti bu sahədə adekvat addım atmayıb.





Xəbər 2879 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +