İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.12.2017  16:08 

Ermənistan səfirinin qaranlıq fəaliyyəti - Kiyevdən geri çağrıla bilər





A+  A-

Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyanın adı ətrafında son zamanlar qaranlıq söz-söhbətlər gəzir.
XəzərNews.az-ın novosti.az-a istinadən məlumatına görə, "Aykakan Jamanak” qəzeti Manukyanın başı üzərində qara buludların topladığını yazıb. Qəzetin məlumatına görə, Ukrayna və Ermənistan XİN-də Manukyanın işi bəyənilmir, daha doğrusu onun fəaliyyəti ilə əlaqədar narazılıq yaranıb.

"Mənbələrimiz qeyd edir ki, Andranik Manukyan Ermənistan XİN-i üçün əsl başağrısına çevrilib. Ermənistan-Ukrayna münasibətlərini, Ukraynada baş verən daxili inkişafı, Ukrayna və bizim strateji müttəfiqimiz və bizim Aİ ilə əsas tərəfdaşımız – Rusiya ilə münasibətləri nəzərə alsaq, Ermənistanın Ukraynadakı səfiri yüksək hazırlıqlı, peşəkar olmalı, həssas və ciddi işi aparmağı bacarmalıdır. Amma Andranik Manukyanın bacarıqları tələblərə uyğun gəlmir, bundan başqa, o, yalnız şəxsi biznesi üçün mühüm və böyük iş aparır”, - deyə nəşr yazır.

Erməni KİV-də yayılan məlumatlara görə, səfirdən narazılığa səbəblərdən biri onun cari ilin aprel ayında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ilə görüşü olub.

Əslində isə bu hadisənin tarixçəsinin kökləri ermənilərin Ukraynanın XİN rəhbəri Pavel Klimkinin ötən aylarda GUAM və əsasən də Azərbaycanın ərazi bütövlüyünə dair etdiyi bir neçə bəyanatlara görə yaranan qəzəbinə gedib çıxır. Halbuki, ukraynalı nazir yeni heç bir şey deməyib. O, sadəcə Ermənistanın Azərbaycana qarşı təcavüz aktı həyata keçirdiyi faktını təsdiqləyib. Kiyev heç əvvəllər də Yerevanın Qarabağ üzrə heç bir mövqeyini dəstəkləməyib. Buna baxmayaraq, erməni ekspertlər Yerevandan Kiyev ilə təcili əlaqə yaratmağı tələb edib.

Belə görünür ki, Manukyandan gözləntilər çox yüksək olub. Erməni məntiqinə görə, diplomat Klimkina təzyiq üçün vasitələrdən istifadə etməli, Ukraynanın DİN rəhbəri milliyətcə erməni olan Arsen Avakovu da bu işə cəlb edərək Klimkini susmağa məcbur etməli idi. Amma diplomat müsahibələrindən birində Ermənistanın Ukraynadakı səfirliyinin bu qəbildən olan bəyanatlardan narahat olduğunu şərh etmək istəməyib. Bundan sonra erməni mətbuatında Manukyana qarşı çıxışlara start verilib...

Bu fonda Ukraynada fəaliyyət göstərən bir sıra regional erməni icmalarının rəhbərləri Manukyanı müdafiə məqsədilə çıxışlar edib. Baş verənlərdə Azərbaycanın əlini axtaranlar da olub:

"Son günlərdə Ukrayna erməniləri təəccüb və qəzəblə bəzi erməni KİV-də məqsədyönlü şəkildə, Ermənistan respublikasının Ukraynadakı səfirliyinin və şəxsən səfir Andranik Manukyanın işinə istiqamətlənmiş yanlış informasiyanın yayılmasını müşahidə edir. Biz tam məsuliyyətlə bəyan edirik ki, bu qəbildən olan informasiya həqiqətə uyğun deyil və bu "əməliyyatın” əsl sifarişçisi barədə çoxsaylı suallar meydana çıxarır. Ermənistanın Ukraynadakı səfirliyinin Ukraynanın erməni diasporu ilə səmərəli formatda həyata keçirilən müştərək işini məhv etmək kimə lazımdır? Bir cavab var – erməni xalqının düşmənlərinə. Səfir Andranik Manukyanın diskretisasiyası cəhdinin Ukraynadakı Azərbaycan təxribat makinasının növbəti uğursuzluqları ilə sinxronlaşdırılması da ədalətli narazılıq yaradır. Öz növbəmizdə biz bu utandırıcı faktdan qəzəblənir, Ermənistanın səlahiyyətli orqanlarını Ukrayna erməniləri və Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyana dair Azərbaycan təxribatının postulatlarını təkrar edən bəzi erməni KİV-nin şübhəli fəaliyyətini araşdırmağa çağırırıq”, - deyə bəyanatda deyilir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da bu məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, erməni diasporuna, Ermənistan səfirliyinə, eləcə də Ermənistan dövlətinə radikal siyasət yürüdən erməni kilsəsi rəhbərlik edir:



"Çox güman ki, Ukraynada regional erməni icmalarının sədrlərinin imzaya dair bəyənatı da elə Manukyanın özü tərəfindən yazılıb. Məqsəd "canını qurtarmaq üçün” bu ölkədə çoxsaylı erməni diasporunu istifadə etməkdir. Belə fəal diaspora ilə Ermənistanın Ukraynadakı səfirliyinin fəaliyyətinə ehtiyac qalmır. Diplomatik nümayəndəlik əsasən sənədlərin verilməsi və rəsmi görüşlərdə iştirak etməklə məşğuldur. Ümumilikdə bu, istənilən dövlətə aiddir. Diasporun güclü olduğu yerdə təbliğat da güclüdür. Səfirliyin imkanları isə məhduddur”.

Xəbər 1180 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +