AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.12.2017  11:25 

Ramil Quliyev: “Azərbaycandan bunu gözləmirdim“





A+  A-

"Potensialımın böyük olduğunu görürdüm. Bunu reallığa çevirmək üçün çox çalışmalıydım".
XəzərNews.az Apasport.az-a istinadən xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı dünya çempionu qonşu ölkə mətbuatına geniş müsahibə verib. O yenidən vurğulayıb ki, Azərbaycanda qalsaydı, potensialını aça bilməyəcəkdi: "Hazırlıq keçmək üçün yerlər lazımdı. Həmin vaxtlar Azərbaycanda bu çox çətin idi. Çünki toplanış üçün yer tapılmırdı. Ölkə xaricinə də göndərmirdilər. Çox ağır bir durum yaranmışdı. Orda düzgün bir şey edə bilməyəcəyimi düşündüm. Fikirləşdim ki, yaxşı bir yerə getmək, uğur üçün ölkəmi dəyişmək gözəl olar. İlk olaraq da, Türkiyə ağlıma gəldi. Çünki bizlə eyni ölkədi. Türkiyə olmasaydı, başqa yığmanı da düşünə bilərdim. Açığı, təkliflər də vardı. Onları istəsəydim, dərhal düzələcəkdi. Amma ilk olaraq, Türkiyə ilə danışıqlara başladım”.

Quliyev etiraf edib ki, Türkiyə vətəndaşlığını aldıqdan sonra ona kəsilən 3 illik cəza çox ağır keçib. O, “ay-ulduzlu” formada növbəti hədəfini də açıqlayıb: “Dünya çempionatına 3-cü dəfə qatılırdım. Finala vəsiqə qazanırdım, amma mükafat ala bilmirdim. Londonda şansım olduğunu hiss etdim. Bu yolda 10 il idi ki, çalışırdıq və yekunda bəhrəsini gördük. Hazırda ən böyük hədəfim 200 metr məsafədə Avropa rekordu vurmaqdı. Bunun ardından dünya rekordu müəyyənləşdirib, Olimpiya medalına qovuşmaq istəyirəm. Hazırlığımı da bu istiqamətdə qurmuşam”.

Quliyevin sözlərinə görə, öz sözünü demiş Useyn Boltun karyerasını başa vurması, 200 m məsafəyə qaçışda hansısa boşluq yaratmayıb: “Bəli, çox güclü atlet idi. Rəqiblərindən 2-3 qat üstünlüyü ilə diqqət çəkirdi. Amma indi bu məsafəyə qaçışda 15 yaxşı atlet var. Ümumi götürsək, eyni gücdəyik. Bunun üçün də yarışlar həyəcanlı keçir. Çünki kimin qalib olacağı əvvəlcədən bilinmir. Hamı çempionluq istəyində olur ki, bu da çox maraqlıdı”.

Həmyerlimiz 2018-ci ildə Avropa çempionatı və Akdeniz Oyunlarına Bələk Turizm Mərkəzində hazırlaşır. O, müsahibəsində Londonda dünya çempionu olduğu zaman Azərbaycandan aldığı təbrikləri də xatırlayıb: “Azərbaycanlılar da çox sevindilər. Ordan çox təbrik aldım. Uğurumu çox müzakirə etdilər. Açığı, bunu gözləmirdim. Çempionluğumu pis qarşılasaydılar da, fərqi olmayacaqdı. Mən medal sevincimi yenə 2 bayraqla qeyd edəcəyəm. Amma çox gözəl oldu. Məni isti qarşıladılar və buna sevindim”.

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +