Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


28.11.2017  11:15 

Bakıya gələn yadplanetlilər Azərbaycan hakimiyyətinə müraciət ünvanlayıb





A+  A-

Kanadanın sabiq müdafiə naziri bu günlərdə dünyada səs-küy yaradacaq bir açıqlama verib. Paul Hellyer adlı eks nazir vaxtilə Kanadaya 4 yadplanetlinin gəldiyini, amma onların hamısını öldürdüklərini deyib. Onun sözlərinə görə, bunu ört-basdır etmək üçün Kanada trilyonlarla dollar vəsait xərcləyib.
1963-1967-ci illərdə müdafiə naziri olan Hellyer hadisənin 1960-cı ildə baş verdiyini bildirib: "İllər əvvəl Yer planetinə gəldilər. Dünyanın gedişatını bizə dedilər və yardım təklif etdilər. Buna baxmayaraq, biz onları təhdid kimi gördük. Əvvəlcə atəş açdıq, daha sonra dindirmək fikrinə düşdük. Onlar Andromeda və Saturn planetlərindən gəlmişdilər”.

Sovet mətbuatı UNO-ları necə tanıyırdı?


Adəti üzrə bu cür açıqlama verən şəxslərlə bağlı cəmiyyətdə heç zaman birmənalı fikir olmur. Onların ya psixi pozğunluğu olduğu iddia edilir, ya da diqqət çəkmək üçün sərsəmlədikləri. Amma elm dünyasına məlum olan bəzi həqiqətlər var. Yəni bu günə qədər yadplanetlilərlə bağlı çoxlu sayda məlumatlar həm yerli, həm xarici mediada yer alıb.

O məlumatlardan biri də sovet dövrü mətbuatında yer almışdı. Həmin məlumata görə, yadplanetlilərin boyu 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları olduqca iri idi və diqqətləri uzaqdan özünə cəlb edir. Yerə düşən diskin içərisindəki varlıqların göz bəbəyi yox idi, amma bu, onların ümumiyyətlə gözlərinin olmadığı demək deyil. Əksinə gözləri xeyli böyük idi. Bədənlərinin digər orqanları da fərqli görünürdü. Məsələn, əlləri dizə qədər uzanırdı, üstəlik, barmaqlarının adi insan barmağından daha çox caynağa oxşadığı bildirilirdi. Elə bu caynağı xatırladan barmaqları ilə yadplanetlilərdən biri onu müayinə etmək istəyən həkimin üz-gözünü və sinəsini cırmaqlamışdı. Hadisə ilə bağlı yayılan məlumatda o da bildirilirdi ki, onları bir müddət yeraltı bazada saxladıqdan sonra kosmik gəminin qırıntıları ilə birlikdə Amerikaya aparıblar.

O zaman dərc olunan "Sovetskaya kultura” qəzeti bu barədə yazırdı ki, yadplanetlilər gümüşü kombinzon və tunc rəngli uzunboğaz çəkmə geyinibmiş. Qəzet hətta onlardan birinin digərləri kimi iki yox, üç gözünün olduğunu bildirirdi. Mətbuatın hadisə ilə bağlı məlumatında o da qeyd olunurdu ki, UNO-larda səfər edən qeyri-adi məxluqlar parkda bir qədər gəzib ətrafı seyr edib.

Əlbəttə, bütün bunlar nə qədər inanılmaz olsa da, uzun müddət müzakirələrin predmetinə çevrildi.

UNO yoxdur, rəqib ölkələrin silahları var - Daha bir iddia

Ufoloq Fuad Qasımov sağlığında deyirdi ki, Azərbaycanda belə şəxslər var və il ərzində UNO-lar öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizinin öz gözləri ilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, "uçan boşqab” la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa cürət etməyiblər.

Çində "uçan boşqab”ı yaratmış "Harbin Smart Special Aerocraft Co Ltd” şirkəti nümayəndələrinin dediyinə görə, aparatdan aerofotoçəkilişlər aparmaq, geoloji kəşfiyyat və qəza zamanı işıqlandırma üçün istifadə etmək olar. Şirkət diskin hazırlanmasına 12 il vaxt və 28 milyon yuan, təxminin dörd milyon dollardan çox vəsait sərf etmişdi. «Uçan boşqab»ın hazırlanması barədə xəbər yayılan kimi buna bənzər aparatların ABŞ-da hazırlanaraq səmaya buraxıldığı barədə fikirlər yerini möhkəmlətməyə başladı. Bir halda ki, çinli alimlər məsafədən idarə olunan «uçan boşqab» yaratdıqlarını və buna cəmi 4 milyon dollar sərf etdiklərini açıqlayırdılar, onda amerikalı alimlərin bundan illər öncə belə aparatı hazırlamadıqlarına kim zəmanət verə bilərdi? Səmasında «uçan boşqablara»ın tez-tez göründüyü İranda da məsələyə məhz bu prizmadan yanaşdılar. İranın Təhlükəsizlik Nazirliyi ABŞ-ın pilotsuz kəşfiyyat təyyarələrinin ölkə səmasında uçaraq bu ölkənin hərbi-strateji əhəmiyyətli obyektləri haqqında informasiya topladığını bildirdi.

Bakıya gələn UNO-lar

Fikirlərə görə, UNO-lar Yer sivilizasiyasının inkisaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya və digər nüvə dövlətlərinin hərbi obyektlerinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar. Bu da ufoloqların fikridir. Onların sözlərinə görə, Yerin gələcək taleyindən narahatlıq keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası genişləndikcə - müharibələr, təbii fəlakətlər, ekoloyi böhran dərinləşdikcə UNO-ların da narahatlıqları artır-bu da ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv edəcəyindən qorxurlar. "Bu qalaktikanın nümayəndələri Yeri müxtəlif təhlükələrdən qorumaq üçün gəlirlər. Hətta bir neçə dəfə onların bizim dünyanın insanlarına müraciəti olub. Onlar telepatik əlaqə qabiliyyətinə malikdirlər. Humanoidlərin həm də işıq sürətindən 20 milyard dəfə böyük sürətlə yayılan qravitasiya və torsion dalğalardan istifadə edərək Yerlə əlaqəyə girdikləri də ehtimal edilir. Bu üsullardan uzaq məsafələrdən əlaqəyə girdikləri zaman istifadə edirlər. Yaxın məsafələrdə və ya öz aralarında telepatiya ilə çatdırır və fikirlərimizi oxuyurlar. Yəqin onlar Yerə müraciətlərində də məhz bu vasitələrdən istifadə edirlər. Onların Yerə müraciətlərindən biri İsa peyğəmbərin vaxtına təsadüf edib. Çernobılda baş vermiş partlayıs nəticəsində minlərlə insan tələf oldu. Partlayiş zamanı orda radiasiyanın fonu 3000 rentgen olub. Uçan boşqablar gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə endiriblər. UNO-ların 2003-cü ildə Xəzər dənizində amerikanlarla görüşü olmalı idi. Görüş təyin edilsə də, naməlum səbəblərdən baş tutmadı. Məlumatlara görə, Amerika 120-dən çox uçan boşqab ələ keçirib.

12 iyun 1999-cu il. Səhər saat 5 radələrində Xəzər üzərində UNO peyda olur. Dəqiq konturlara malik olan UNO işığın bir neçə qatının fokusunda özünü büruzə verirmiş. Ufoloq Fuad Qasımov həmin vaxt bəyan etmişdi ki, Azərbaycanda bəzi ərazilər UNO-lar üçün "xoşa gəlimli”dir. Bu ərazilər Abşeronda -Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. Bundan başqa, UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır. Bu da ufoloqların dilindən tez-tez səslənən açıqlamalar idi.

12 iyun 1999-cu il. Səhər saat 5 radələrində Xəzər üzərində UNO peyda olur. Dəqiq konturlara malik olan UNO işığın bir neçə qatının fokusunda özünü büruzə verirmiş. Ufoloq Fuad Qasımov həmin vaxt bəyan etmişdi ki, Azərbaycanda bəzi ərazilər UNO-lar üçün "xoşa gəlimli”dir. Bu ərazilər Abşeronda -Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. Bundan başqa, UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır. Bu da ufoloqların dilindən tez-tez səslənən açıqlamalar idi.

1999-cu ilin iyun ayı. Ufoloq F.Qasımov sensasion məlumat yayır: "UNO Bakı buxtasında qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir”. F.Qasımovun açıqlamasına görə, bu hadisə UNO-ların Xəzərin akvatoriyasında müşahidə bazalarının olmasından xəbər verir: ”Unikal hadisə Xəzəryanı ölkələrin hakimiyyət strukturlarında ajiotaja səbəb olub". Ufoloq Rusiya tərəfinin Azərbaycan rəhbərliyinə ünvanladığı müraciətin mətnindən bir neçə abzası dilə gətirir: "Sizin aşkar etdiyininz naməlum uçan obyekt bir ölkənin mülkiyyəti hesab oluna bilməz. Belə ki, Aşğabad konvensiyasına əsasən, Xəzəryanı ölkələrə yalız suyun təki məxsusdur. UNO isə suyun təkindən kənardadır, ona görə də obyektdən bütün sahilyanı ölkələr birgə istifadə etməlidirlər”. F.Qasımov deyir ki, Rusiya Azərbaycandan bir neçə dəfə UNO-nu almağa cəhd göstərib: "Bu məqsədlə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər ediblər. Səfərlərin gedişində UNO-la bağlı yüksək səviyyədə danışıqlar aparılıb. Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan ”Ruslan" təyyarəsi göndərilib. Qırıcılar UNO ilə dəyişdirilmək üçün nəzərdə tutulubmuş". Ufoloq onu da deyir ki, 1999-cu il avqustun 16-da Bakıda 8-9 bal gücündə zəlzələlərin baş verəcəyi ilə bağlı şayiələr və onların nəticəsi olaraq 2002-ci il noyabrın 25-də baş verən zəlzələni də Rusiya təşkil edib. 1999-cu ilin avqustunda AzTV-nin əməkdaşı İsmayıllıda səmada hərəkət edən UNO-nu videolentə almağa müvəffəq olur.

(musavat.com)

Xəbər 4575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +