İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


02.11.2017  17:05 

Gələn il üçün orta aylıq pensiya məbləği açıqlandı





A+  A-

Əmək pensiyalarının ödənilməsi xərclərinin artım səviyyəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (Fond) ümumi xərclərinin artım səviyyəsini bir qədər üstələyəcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Bildrilib ki, bununla belə, orta aylıq əmək haqqının cari ildə keçən ilə nisbətən gözlənilən 6,2%-lik artımı şəraitində, həmçinin müvafiq qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra gələn ilin əvvəlində qanunvericiliyə müvafiq olaraq aparılacaq indeksləşdirmənin, əvvəlki illərdə olduğu kimi, yalnız pensiyanın sığorta hissəsi üzrə deyil, pensiyanın tam məbləği üzrə aparılması halında pensiya xərclərinin aşağı səviyyəli artımının proqnozlaşdırılması diqqət cəlb edir.

Qeyd olunub ki, 2017-ci ilin I yarısında yeni təyin olunmuş pensiya işlərinin sayında artım müşahidə edilib. Belə ki, Fond tərəfindən təqdim edilmiş 2017-ci ilin I və II rübləri üzrə “Əmək pensiyaları haqqında hesabat”a əsasən, 2017ci ilin I yarısında 39 859 pensiya işi təyin edilib ki, bu da 2016-cı ilin müvafiq illik 62194 say göstəricisinin 64,1%-indən çoxdur və ya 2016-cı il üzrə müvafiq göstəricinin yarısını xeyli üstələyir.

Fond tərəfindən orta pensiya məbləği və pensiyaçıların sayı haqqında tərtib edilmiş məlumatlara əsasən, 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manat olacağı proqnozlaşdırılıb. Bu göstərici 2016-cı il üzrə 192,2 manat icra göstəricisindən 24,3 manat və ya 12,6%, 2017-ci il üzrə gözlənilən 208,9 manat icra göstəricisindən isə 7,6 manat və ya 3,6% çoxdur.

2018-ci ilin sonuna əmək pensiyaçılarının sayının 1304,1 min nəfər olacağı proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin sonuna olan 1315,2 min nəfər say göstəricisindən 11,1 min nəfər, cari ilin sonuna gözlənilən 1311 min nəfər say göstəricisindən 6,9 min nəfər azdır və ya həmin göstəricilərin, müvafiq olaraq, 99,2%-i və 99,5%-i qədərdir.

Gələn il pensiyaçıların sayında az da olsa azalma proqnozlaşdırılıb. Qanun layihəsinə əsasən, pensiyaların ödənilməsi xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM) 4,9%-i qədər olacağı proqnozlaşdırılır.

Pensiyaların maliyyələşdirilməsinə 2018-ci ildə daxili məhsulun 4,9%-i sərf ediləcək. Həmin göstərici 2010-cu ildə 3,9%, 2011-ci ildə 3,9%, 2012-ci ildə 4,3%, 2013-cü ildə 3,7%, 2014-cü ildə 4,6%, 2015-ci ildə 5,1%, 2016-cı ildə isə 5,0% təşkil edib, bu göstəricinin cari ildə 4,8% olacağı gözlənilir. Xüsusi çəki göstəricisinin 2014-cü ildən sonrakı dövrlərdəki artımı ÜDM-in artım tempinin səngiməsi ilə bağlıdır.

Xəbər 974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +