İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.10.2017  22:08 

Tanınmış hərbi ekspert “Azercell“ə qarşı - “Yaxın günlərdə MƏCBUR olacaqsınız...“





A+  A-

Son vaxtlar "Azercell" abunəçiləri mobil operatora qarşı ciddi fikrlər səsləndirir və bu şirkətin verdiyi xidmətlərdən narazılıqlarını bildirirlər. Bu abunəçilər arasında cəmiyyətdə müəyyən dərəcədə tanınmış şəxslər də var. Belə şəxslərdən biri də tanınmış hərbi eksper Üzeyir Cəfərovdur.
XəzərNews.az bildirir ki, Üzeyir Cəfərov "Azercell Telekom"a qarşı kəskin fikirlər səsləndirib.
"Əziz dostlar! Dəyərli həmkarlar!
Son vaxtlar gündəlik həyatımızda baş verən çoxsaylı hadisələrlə bağlı status və mövqelərimizi yazmağa o qədər də vaxtımız olmasa da, bəzən çox böyük ictimai əhəmiyyət kəsb edən məsələləri müvafiq dövlət və hökumət qurumlarının diqqətinə çatdırmağı vacib sayıram.
Bu günkü günümüzün də xeyli hissəsini son vaxtlar gərilmiş əsəblərimizi bir az da korlayan bir neçə qudurğan, özbaşına qurumlarda vəziyyəti yerində aydınlaşdırmağa həsr etdik. Mobil rabitədə günü-gündən vətəndaşların cibindən yeri gəldi-gəlmədi "mədəni oğurluqla" məşğul olan "Azercell Telekom" MMC-nin Baş ofisində oldum. Rəsmi müraciətimə cavab alan kimi bu qurumu məhkəməyə verəcəyəm. Ona görə ki, son vaxtlar bunlar özlərini deyəsən çox "ağıllı" sayırlar. İstifadə etdiyim mobil telefonun internetə heç bir çıxışı və bağlantısı olmadığı halda bunlar mənim hesabımdan son vaxtlar xeyli pul vəsaitini guya internet istifadəçisi kimi asta-asta və hiss edilmədən çıxırmışlar. Və ötən həftə bu oğurluq faktı aşkarlandıqdan sonra məsələni Baş ofisdə araşdırmağa çalışdım. Cavabları isə "super maraqlı" oldu.
"Siz internetdən istifadə etmisiniz(?!), amma biz dəqiq deyə bilmərik və SİSTEMİN TEXNİKİ İMKANLARI yoxdur ki müəyyən edək ki siz hansı internet xidmətindən istifadə etmisiniz. Ay da bravo, Azercell oğruları..Yaxın günlərdə MƏCBUR olacaqsınız hər şeyi açıqlamağa. Sizi ifşa etmək mənə bir şərəf borcu olacaq.
Əziz dostlar! Siz diqqət etdinizsə, bunlar milyonlarla istifadəçidən bu yolla pul oğurlayır və məsələ araşdırılanda dərhal yaxalarını kənara çəkməyə çalışırlar. Bir sözlə, mənə Baş ofisdən heç bir tutarlı cavab verilmədiyinə görə rəsmi şikayət ərizəsi təqdim etdim və inşallah gələn həftə "Azercell Telekom" MMC-ni maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə verəcəyəm. Qoy bu qudurğan və özbaşına mobil rabitə qurumu öz həyasız və tərbiyyəsiz əməllərindən əl çəksin. Bu Azercell bir müddət bundan öncə də məni Türkiyənin İstanbul şəhərində öz fərsiz rouminq xidməti və oğurluq əməli ilə də pis vəziyyətdə qoymuşdu. O vaxt mən məsələni sona qədər təqib etmədim deyə, deyəsən bunların ağızlarında "şirə qalıb"...
Əziz dostlar! Hörmətli həmkarlar!
Biz nə qədər öz hüquqlarımızın müdafiəsinə səthi və biganə yanaşırıqsa, ətrafımızda bizim ödədiyimiz maliyyə vəsaiti hesabına özlərinə milyonlar qazanan bəzi özəl şirkət və təşkilatlar daha da çox özbaşınalığa və yekəxanalığa yol verirlər. Bu təkcə özəl sahədə deyil, dövlət və hökumət strukturlarında da son vaxtlar vətəndaşların qanunla müdafiə olunan hüquqlarının addımbaşı pozulması ilə müşaiyət olunur.
Sabah isə Sizə Baş Dövlət Yol Polisi İdarəsinin Evakuasiya Xidmətinin özbaşınalığı ilə bağlı maraqlı məlumatları çatdıracağam. Bu gün çox maraqlı faktlarla üzləşmişəm və Sizin üçün də maraqlı olar ki, biləsiniz ki, bizdən qayda-qanunlara əməl edilməsini tələb edən qurumun özü "barıt çəlləyinin" üstündə vətəndaşların əmlakları və vəsaitləri ilə keyfi istədiyi kimi davranır. Bu da çox çəkməz. Artıq bu xidmətin və qurumun fəaliyyəti ilə bağlı narazılıqlar və şikayətlər həddən çox artıb və vətəndaşlar çox qəzəblidirlər. Bir sözlə, səbrli olaq.
Tanrı Azərbaycanımızı qorusun!"

Xəbər 1136 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +