İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.10.2017  10:22 

Erməni qadınlarnı abort məcburiyyətində qoyan oliqarx





A+  A-

Erməni qadınlara vəd verib, onları abort məcburiyyətində qoyan oliqarx - Levon Ayrapetyan haqda bilmədiklərimiz
Erməni separatçıların baş sponsoru, “pul kisəsi”, “qara kassası” Levon Ayrapetyan 18 oktyabr 2017-ci il tarixində Rusiyada vəfat edib. Ölüm faktı uzaq Mordoviyadakı xüsusi rejimli 12 saylı əmək-islah düşərgəsində qeydə alınıb.

12 mart 1949-cu ildə Qarabağın əfsanəvi Vəng kəndində anadan olmuş bu çoxbilmiş erməni özünü 13-cü əsr Alban hökmdarı Həsən Cəlalın varisi sanırdı.

Məncə də o, sadə adam deyildi. Bioqrafiyasına elə gözucu baxmaq bəsdir. 12 martda doğulub, 12 saylı əmək-islah düşərgəsində dünyasını dəyişib. Numeroloji qanunların qəti hökmü... Neynək, görünür, əsasmış bu qəliz bioqrafiyada.

Yaxşı, kimdir belə axı bu Levon Ayrapetyan? Niyə... niyə Vladimir Putin bu qədər qəzəblənib Ayrapetyana qarşı? Hansı səbəbə?

Nəzərə alın - o, Moskvadakı məşhur “Prezident hotel”in baş səhmdarlarından biri idi. Səsini bir pillə aşağı endirib deyirmiş öz işçilərinə - “Nə qədər mən sağam, bu hotelə bircə Azərbaycan vətəndaşının ayağı dəyməyəcək”.

Həə, gəlin aşağıda bu düyünlü sualların cavablarını birgə axtaraq.

***

Ayrapetyanın kim olduğunu dəqiq bilmək istəyirsinizsə Rusiya mətbuatını izləyin. Görün, orda bu “cənab 420" barədə nə yazılıb: ”2016-cı ilin aprel döyüşləri zamanı Ayrapetyan Qarabağdakı bütün hotel-motellərini döndərir qaçqın düşərgələrinə. Vəng kəndindəki “Eklektika”, “Sovin kar” hotellərində yüzlərlə qaçqını müvəqqəti sığınacaqla təmin edir. “Prezident hotel”in 13-cü mərtəbəsindəki iqamətgahından elan edir: “Artsax məğlubedilməzdir. Ermənistan, Qarabağın müstəqilliyini tanımalıdır hökmən. İndi məqamdır. Sabah gec olacaq artıq”.

Dediklərim dünyadakı “Ayrapetyan aysbeqi”nin ancaq üzdə görünən zahiri tərəfidir. Ayrapetyan, gərək biləsiz, Qarabağda başqa, daha əhəmiyyətli tədbirləri, həngamələri ilə də məşhurdur. Misal üçün, 2008-də o, Dağlıq Qarabağada “Böyük Artsax toyu” şousunu təşkil edib. 687 gənc ailə cütlüyünü yığıb Xankəndi stadionuna. Çıxış nitqində görün bir nə söyləyib: “Artsağın gələcək əhalisi tezliklə 300 min həddini aşmasa heç, biz batdıq. Bu gün artıq biz kəndlərimizdə torpaq şumlamağa kişi tapmırıq. Dünya erməni diasporu indi bu bəladan bizi qurtaracaq. Qərar belədir. Ailə cütlükləri götürülür diasporun himayəsinə. Siftə 2000 dollar nağd pul, bir baş sağmal inək verilir ixtiyarlarına. Ailədəki ilk körpəyə görə 2000 dollar, ikinci uşağa görə 3000 dollar veriləcək valideynlərə. Üçüncü uşaqda məbləğ 5 min dollar, dördüncüdə 10 min, beşinci-yeddincidə 50-100 min dollara qədər yüksələcək. Qarabağdakı demoqrafik ”soyqırımı"nı biz bax bu yolla arxada qoymaq istəyirik".

İnanmırsız dediklərimə? CNN-in saytına girib orda bu tədbirin canlı yayınına bu gün də baxa bilərsiz. Videoçəkilişlər əladır. Videokameralar önündə özünü dəqiqəbaşı gözə soxan Ayrapetyan da həmçinin.

16 oktyabr 2008-ci ildə, Xankəndində keçirilən bu kütləvi toy məclisinin nəticələri artıq öz müsbət nəticələrini verməkdədir. Vəng kəndində misal üçün əlavə ilk siniflərə ehtiyac yaranıb.

Layihəyə görə, Dağlıq Qarabağdakı hər yeni ailə cütlüyü bir erməni milyoneri tərəfindən maliyyələşdirilməliydi. O, bir növ belə deyək kirvəsi olmalıydı bu təzə ailə üzvlərinin. Layihədə nə desən əvvəlcədən nəzərə alınmışdı-300 dollarlıq cib xərci, nişan üzüklərinə qədər. Uşaqları xaç suyuna katolikos 2-ci Qaragin salmalı, “kirvə-ana” isə məşhur şou-biznes ulduzu Alla Puqaçova olmalıymış. Siyahıdakı 678 rəqəmini xahiş edirəm unutmayasız. Bu, tədbirə qatılmış erməni milyonerlərinin dəqiq sayıdır.

Həmin bax, bu 678 erməni milyonerini bir yerə yığan, təlimatlandıran, idarə edən şəxs isə bircə nəfər idi - Vəng kənd müəlliminin oğlu Levon Ayrapetyan.

***

Lakin...

Lakin bütün bu xeyirxah addımlar indi-Levon Ayrapetyanın qəfil həbsindən və daha sonra ölümündən sonra havada qalıb. Çox uşaqlı ailələr başlarını lap itiriblər - "kim indi bizə dördüncü, beşinci uşağa görə 10, 50 min, 100 min dollar pul ödəyən?"

Hamilə erməni axçikləri artıq abort barədə düşünməyə başlayıblar. Kimə lazımdı ey ac-yalavac Qarabağda bir çətən yetim-yesir saxlamaq? Bunun ayaqqabısı var, məktəb çantası var. Kim alacaq bunları, hə? Qarabağ prezidenti Bako Saakyan? Ay-hay...

Bəziləri, misal üçün, “Salam, İrəvan!” qurumunun sədri Anait Baxşiyan bunda hətta siyasi sifariş axtarıb: “Rusiya rəsmiləri son zamanlar Azərbaycan tərəfə çox baxırlar. Ayrapetyanın həbsi də sifarişlidir. O, artıq ruslara mane olurdu”.

Düzü, mən də bax bu “sifarişli həbs” versiyasının tərəfdarıyam. Ayrapetyan, məncə, təkcə elə öz mafioz hərəkətlərinə görə məhbəs küncünə atılmayıb. Ortada siyasi məzmunlu səbəblər də var. Biri, elə Qarabağ məsələsi. Levon Ayrapetyan, bəli, Qarabağın gözəgörünməz əsl sahibi idi. Rusiyanı daim anti-Azərbaycan, antitürk hərəkətlərinə təhrik edirdi. Sergey Lavrovun Smolensk meydanındakı ofisindən ayağını kəsmirdi.

Onu düz vaxtında yığışdırdılar. Sonra, sahibi olduğu “Prezident hotel”də “Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda konfrans keçirildi. A. Duqin, A. Proxanov kimi ağır çəkili imzaların iştirakı ilə yadda qalan bu siyasi tədbirdə Rusiya ilk dəfə öz yeni, Azərbaycan yönlü siyasətini elan etdi.

Sonra... Sonra hotelin sahibi Levon Ayrapetyan uzaq Mordoviyada, 12 saylı əmək-islah koloniyasında dünyasını dəyişdi.

***

DOSYE: LEVON AYRAPETYAN. 1949-cu ilin 12 martında Qarabağın Vəng kəndində, əfsanəvi Qandzasar məbədinin düz ətəklərində dünyaya göz açıb. Atası kənd müəllimiydi Vəngdə. Levon hələ beşikdəykən ailə Qarabağdan köçür Şimali Qafqaza. Oradan Moskvaya. Atasının məzarı Moskvanın məşhur Vaqankova məzarlığındadır. Levon da orda, atasının yanındaca torpağa tapşırılıb.

HƏBS SƏHNƏSİ: Mətbuatda Ayrapetyanın həbsi haqdakı bütün məlumatları xahiş edirəm ciddiyə almayın. O, mətbuatda deyildiyi kimi, Nitsadan, Monakodan gəlməyib Moskvaya. Qarabağda olub o vaxt. Azərbaycanlı qanından hələ də doymayan “komandos” kod isimli general Ter-Tadevosyanla tut arağı vururmuş doğma kəndində. Telefondakı tanış səs, Levonu aldadıb. Deyib, gəl Moskvaya. Domadedovaya enincə başına qara çuval keçirilib.

SİLAH TƏDARÜKÇÜSÜ. DİASPORA TƏŞKİLATÇISI: Levonun dünyada tanınmağı Qarabağ münaqişəsi ilə birbaşa əlaqədardır. Əvvəlcə o, jurnalist idi paytaxt mətbuatı səhifələrində. Ağzına gələni Azərbaycan barəsində yazırdı. Eşidəndə bəs “General Motors” kimi bir nəhəngin baş səhmdarı Kirk Kerkoryan ermənidir, özü də daşnak, Levonun əvvəlki səbrindən əsər-əlamət belə qalmır. O, cumur ey Amerikaya. Erməni əsilli ABŞ milyonerlərinin yığır bir araya. Nəticədə xeyli varlanır birdən-birə. “General Motors” şirkətinin diler şəbəkəsini Rusiyada qurub, keçir başına. Rusiya siyasi elitası üzvlərinə müftə “CM” avtomobilləri paylayıb xeyli dost-tanış qazanır özünə.

QUMARBAZ:
Lakin iştah diş altındadır, necə deyərlər. ABŞ-a növbəti səfəri zamanı Ayrapetyanı qəfil şeytan düz yolundan ayırır. O, Las-Veqasa gələrək burda möhkəmcə qumara qurşanır. Az qala alt tumanlarını belə qumarda uduzur. Uduzduğu öz pulu olmur. Diaspora pulları olur. O vaxt kimsə pıçıldayır Ayrapetyanın tüklü qulaqlarına - "neft işinə qarış Rusiyada. Uduzmasan".

“BAŞNEFT” FIRILDAĞI: “Allah Ermənistana Azərbaycan kimi neft-qaz yataqları hədiyyə etməyib. Əvəzində xüsusi istedad geni verib biz ermənilərə”. Ayrapetyanın bu yaddaqalan qanadlı ifadəsinə çaşıb aldanmayasız haa. İstintaq bütün bunların əksini göstərir indi. Ayrapetyan, sən demə, böyük miqyaslı neft-qaz fırıldaqları ilə məşğul imiş Rusiyada. Tələsinə gör bir kim düşüb-sabiq Başqırdıstan lideri Murtuza Rəhimov. Oğlu, Ural Rəhimov. Cinayət işi qovluqlarında deyilir: “Ural Rəhimovov, atasının xidməti vəzifəsindən sui istifadə edərək Başqırdıstanın ”Başneft", “Ufa neftayırma fabriki” kimi bir çox hüquqi ünvanları qara qəpiyə özəlləşdirib özü üçün. Bu işdə Levon Ayrapetyan ilə sıx əməkdaşlıq edib. 7, 5 milyard dollarlıq bu sövdələşmə rəsmi sənədlərdə 2, 5 milyard dollar göstərilib. Kəsir, talana-qarətə məruz qalıb. İndi Vyanada yaşayan Ural Rəhmənovun şəxsi hesablarındadır. Ayrapetyan L. Ermənistan, İsveçrə, Avstriya banklarının köməyi ilə 5, 5 milyard dollarlıq pulu Rusiyadan birtəhər çıxarıb".

MÜQƏSSİR İZMESTYEV: Ayrapetyanın həbsi məhz bu şəxsin istintaqa verdiyi ifadələr nəticəsində mümkün olub. “Sabiq Başqırdıstan senatoruyam. ”Başneft" şirkətini Ayrapetyanla birgə keçi qiymətinə özəlləşdirdik. Ortada 5 milyarddan çox pul qaldı. O vaxt məni qəfil həbsə atdılar. Sonra bildim bunu Ayrapetyan özü təşkil edib ki, pullara yiyələnsin. Anam Ayrapetyanın qapısını döyəndə o, valideynlərimdən əlavə 700 min dollar pul aldı ki, guya məni qazamatdan çıxaracaq. İt də getdi, ip də".

PUTİNİN İNTİQAMI: Bütün bunları bilincə Rusiya prezidenti Vladimir Putin əsəbləşir möhkəm. Minir cin atına. “Başneft”in indiki sahibi “AFK-Sistema”nı məcbur edir öz səhmlərini dövlətə qaytarsın. Səhmlərin 50 faizi keçir federal qurumlara. 25 faizi Başqırdıstana. 16 may 2016-cı ildə Putininin xüsusi əmri ilə “Başneft” strateji dövlət müəssisələri siyahısından çıxarılır. 10 gün sonra, Medvedyevin xüsusi əmri ilə özəlləşməyə təqdim edilir. 6 oktyabr 2016-cı ildə İqor Seçinin “Rostneft” şirkəti “Başneft” səhmlərini hərracdan alır.

Sövdələşmə, Rusiya İqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi ilə müşayiət olunaraq böyük səs-küy yaradır Moskva dairələrində. Deyirlər bəs bütün bunlar əvvəldən-axıradək Putinin tam nəzarəti altında həyata keçirilib.

Levon Ayrapetyanın həbsinə göstərişi isə Rusiyada təkcə bir nəfər imzalaya bilərdi - Vladimir Putin. Deyilənə görə oxşar bir başqa əməliyyatı Putin indi “LUKoil”a qarşı həyata keçirməyə hazırlaşır.

SON ZƏNG: Ayrapetyan arzuolunmaz şahid idi bütün bu maliyyə fırıldaqlarında. O, mütləq aradan götürülməli idi.

İDDİA: Şuşanı işğal etmiş general Ter-Tadevosyan bütün bunlara özgə rəng verməyə çalışaraq dəridən-qabıqdan çıxır. Ayrapetyanın Bakının sifarişi ilə qazamata atıldığını iddia edir.

Bu həbsdən sonra Rusiya-Azərbaycan münasibətlərinin bir başqa pilləyə qalxmasını indi heç kim dana bilməz.

Gözləyək. A. Ulikayevin həbsi də, məncə, Levonsuz ötüşməyib. Torbada pişik var. Torbada bir sirr var. Levon Ayrapetyanın sirri.

Həmid Herisçi

Xəbər 1490 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +