“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


24.10.2017  09:24 

“Kişilər yay tətilindən cinsi xəstəliklə qayıdır”





A+  A-

“Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib. Z.Fərəcov payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib: “Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir”.

Z.Fərəcov deyib ki, zöhrəvi xəstəliklərə görə daha çox kişilər müraciət edirlər. Onun sözlərinə görə, ümumilikdə zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlinir. Cinsi yolla keçən xəstəliklər əsasən reproduktiv yaş dövründə olan – 50 yaşadək olan kişilərdə müşahidə olunur.

Baş mütəxəssis qeyd edib ki, ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artım müşahidə edilir. Z.Fərəcov əlavə edib ki, bu xəstəliklər insanlarda ikincili sonsuzluq yaradır: “Bunlar genefonda zərbə vuran xəstəliklərdir. Bu xəstəliklərə çox ciddi yanaşılmalıdır. Xəstəliklərə yoluxanlara düzgün diaqnoz qoyulduqda və müalicə vaxtında aparıldıqda yaxşı nəticə əldə etmək mümkündür”.

Z.Fərəcovun sözlərinə görə, zöhrəvi xəstəliklərə yoluxan kişilərin əskəriyyəti çox zaman müalicəyə laqeyd yanaşırlar. Onlar həkimlərə xəstəliyin kəskin mərhələsində müraciət edirlər: “Belə xəstəliklərə daha çox öz orqanizmlərinə qeyri-ciddi yanaşan adamlar yoluxurlar. Onlar çox zaman bu infeksiyalarla gəzirlər, fikirləşirlər ki, bu, öz-özünə keçər. Lakin sonda xəstəlik xroniki hal alır və müxtəlif fəsadlar verir. Bu, bəlkə də əhalinin xəstəliklə bağlı məlumatsız olmasından da irəli gəlir”.

Xəbər 1272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +