“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


20.10.2017  10:26 

Şəmsəddin Hacıyev istintaqa çağırılıb - Özü necə təsdiqlədi?





A+  A-

Sabiq rektor haqda sensasion iddia; Bir neçə gün əvvəl ADUİ ilə bağlı cinayət işinin ona heç bir dəxli olmadığını deyən deputat yenə də ağılları qarışdıracaq ifadələr işlətdi; korrupsiya ilə bağlı iş dövlət rəhbərliyinin nəzarətindədir
Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, YAP-çı deputat Şəmsəddin Hacıyev rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı istintaqa çağırılıb.
XəzərNews.az bildirir ki, bu sensasion xəbəri “Yeni Müsavat”a hüquq-mühafizə orqanlarındakı mənbə verib. İddia olunur ki, Ş.Hacıyev bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.

Bu dəvətin qeyri-rəsmi olduğu deyilir. Məlumdur ki, sabiq rektor deputatdır və toxunulmazlıq statusu var. Sabiq rektorun söhbət əsnasında nə dediyi barədə dəqiq bilgi yoxdur. Qeyd edək ki, bir neçə gün əvvəl Ş.Hacıyev sözügedən cinayət işinin onunla heç bir bağlılığı olmadığnı deyib. “Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualımıza cavab olaraq Ş.Hacıyev belə cavab verib: “Mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”.

İstintaqa çağırıldığı ilə bağlı yeni iddianı Ş.Hacıyevin özü də modern.az-a verdiyi son açıqlamada dolayısı ilə təsdiq edib. O deyib ki, İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. Sabiq rektorun sözlərinə görə, Hesablama Palatası birbaşa bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, Baş Prokurorluğa müraciət edib.

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq şəxsə görə yox, fakta görə cinayət işi qaldırılıb. Yoxlamalar aparılır. Əgər fakt təsdiq edilərsə, konkret şəxslərə qarşı cinayət işi başlamaq, yaxud da cinayət işini rədd etmək haqqında qərar qəbul ediləcək”.

Ş.Hacıyevin cinayət işinin açıldığını təsdiq etməsi ilə bərabər “şəxsə görə yox, fakta görə cinayət işi qaldırılıb” deməsi, hüquqi cəhətdən ziddiyyətli görünür. Çünki faktı yoxlamaq üçün sənədləri araşdırmaq yox, həmin vaxt universitetin rəhbərliyində olan şəxslərin dindirilməsi zərurəti yaranır. Hesablama Palatası yeyinti faktlarını zatən təsdiqləyib, amma onların istintaq aparmaq və kimisə dindirmək və ya həbs qərarı vermək səlahiyyəti olmadığı üçün Baş Prokurorluğun müvafiq idarəsinə müraciət göndərib. Sabiq rektor bu dəfə nədənsə bu cinayət işinin ona heç bir dəxli olmadığını deməyib.

Sabiq rektorun dediyi “fakt təsdiq edilərsə, konkret şəxslərə qarşı cinayət işi başlamaq, yaxud da cinayət işini rədd etmək haqqında qərar qəbul ediləcək” sözləri də diqqətə layiqdir. Necə ola bilər ki, fakt təsdiq edilərsə də cinayət işini rədd etmək haqqında qərar verilə bilər? Bu, əslində prokurorluq orqanlarına qarşı da inamsızlıq yarada biləcək açıqlamadır ki, bunun izahını da yalnız sabiq rektorun özü verə bilər.

Yeri gəlmişkən, bildirilir ki, bu iş dövlət rəhbərliyinin də nəzarətindədir. Üstəlik, artıq bu maxinasiyalarda iştirak etmiş konkret şəxslər də müəyyənləşdirilib.

Yada salaq ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. ADİU-dakı yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +