İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


19.10.2017  17:54 

İntim xidmət adıyla gəncləri aldadan qadın... - ŞOK TƏFƏRRÜAT





A+  A-

Bakıda quldurluqda təqsirləndirilən İsmayıl Beydullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
XəzərNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə Azərsel-ə göndərilmiş anten sorğuya cavab gəldiyi elan edilib.

Məhkəmədə həmin sorğunun cavabı səsləndirilib. Daha sonra vəkil Şahin Rəfiyev vəsatət verərək, əlavə şahid qismində Gültəkin Əsgərovanın məhkəmədə ifadə verməsini istəyib. Hakim bildirib ki, həmin qadın barəsində iş ayrıca icraatda araşdırılır.

Prosesdə digər vəkillər də vəsatətlə çıxış edib. Həmin vəsatətlərə növbəti iclasda baxılacağı deyilib. Növbəti proses oktyabrın 23-də davam edəcək.

İttihama görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İstintaq dövründə Arifə Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə Feysbuk və Odnoklassnik-də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng vuraraq tora düşən gəncləri müəyyən olunmuş kafeyə dəvət ediblər.

Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub.

Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb, döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü”, "Leyla” adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.

Qeyd edək ki, Gültəkin Əsgərovanın işi ayrıca icraatda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılır.

Xəbər 1362 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +