“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


19.10.2017  12:16 

Bitcoin nədir? - Təhlükə, risk və böyük pullar...





A+  A-

Son günlər həm dünyada, həm də Azərbaycanda kriptovalyuta ilə bağlı müzakirələr aktivləşməkdədir. Hələlik dünyanın yeganə bu tipli valyutası olan bitcoinin başqa ölkələrdə də alternativinin yaradılması gündəmə gəlib. Hətta Azərbaycanda bu işin artıq başlandığı bildirilir.
Bugünlərdə isə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bitcoini sərt tənqid edib, onun qumardan da pis olduğunu bildirib.”Bitcoinin qiymətində dalğalanmalara baxın. Kiçik sərmayəçilərin pul yatırdığı alətlər belə olmamalıdır. Bitcoin qumardan betərdir”.

Bəs bitcoin, ümumilikdə isə kriptovalyuta nə deməkdir? Bu haqda tam məlumatlıyıqmı?

İqtisadçı ekspert Samir Əliyev “Qafqazinfo”ya açıqlamasında bitcoin elektron ödəniş şəbəkəsinin dövlətlərin iqtisadiyyatında nə kimi rol oynadığından danışıb. Ekspert bildirib ki, bitcoinlərə dünyada birmənalı münasibət yoxdur: “Bu kriptovalyuta ya da elektron valyuta demək deyil. 10 ilə yaxındır ki, bu valyuta yaranıb. 2008-2009-cu illərdə qlobal maliyyə böhranı olanda valyutaya maraq artdı. O xüsusi kompyuter proqramı əsasında yaradılır. Məhdud həcmdə bitcoin buraxılır. Bu sistem valyuta bazarında indekslərin dəyişməsi fonunda investorların diqqətini cəlb etdi. Qiyməti də xeyli bahalaşdı”.

Onun sözlərinə görə, bəzi ölkələr bitcoinlərin tətbiqi ilə bağlı araşdırmalara başlayıb: “Bəzi ölkələr isə onun tətbiqinə qadağa qoyur. İri şirkətlər getdikcə bitcoindən istifadəni genişləndirməyə çalışır. Bununla bağlı birmənalı yanaşma yoxdur.

Bitcoindən istifadənin müsbət və mənfi tərəfləri də var. Əslində, bu onunla bağlıdır ki, bitcoin son vaxtlar getdikcə dəyərə minir. Valyuta liberalizminin ən yekdil həddi hesab olunur. Hökumətlər öz valyutalarını istədiyi kimi idarə edir.

Bitcoinlər hər hansı hökumət siyasətinin qurbanı olmurlar.

Amma onun təbii ki, mənfi tərəfləri də var. Çünki bitcoinlərin məzənnələri çox qeyri-sabitdir. Birdən-birə kəskin bahalaşa və ya ucuzlaşa bilər. Bu isə ölkənin həm maliyyə, həm də biznes sistemi üçün təhlükəlidir. Eyni zamanda onun arxasında heç kim durmur. Bilirsiniz ki, manatın arxasında Mərkəzi Bank durur. Amma bitcoində məsuliyyət daşıyan tərəf yoxdur. Ona görə də daha çox risk xarakteri daşıyır. Bir sıra ölkələr də bundan narahatdır.

Və onu ölkənin ticarət obyektinə buraxmağı istəmirlər. Ancaq bəzi şirkətlər öz mallarını bitcoinlə satmağa icazə veriblər. Düşünürəm ki, bu ölkəmiz də üçün də həddən artıq riskli valyutadır və qumara bənzəyir”.

Ekspert əlavə edib ki, klassik nəzəriyyəyə əsasən, istənilən valyutanın arxasında istehsal dayanır: “Bitcoin digər valyutalar üzərində kursunu müəyyənləşdirən valyuta kimi bazarda çıxış edir. O dollara, yaxud avroya alternativ ola bilməz. Çünki bu valyutaların arxasında dövlətin gücü durur. Bu elektron ödəniş vasitəsi edilir.

İqtisadiyyat üçün də çox təhlükəlidir. Bitcoinin payı dünyada cüzidir. Sabah payı artsa , bu narahatlıq yarada bilər. Məsələn, manatın devalvasiyalardan sonra bazarda “oynaması”nın iqtisadiyyata necə təsir göstərdiyini gördünüz. İndi təsəvvür edin ki, bitcoində vəziyyət necə ola bilər. O daha çox pul yox, əmtəə kimi bazarda çıxış edir”.

Xəbər 1293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +