“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


18.10.2017  09:28 

Piyada keçidi, yoxsa ölüm zolağı?..





A+  A-

2017-ci ilin 9 ayı ərzində respublikada 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 554 nəfər həlak olub, 1260 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan paytaxt Bakının payına düşən 450 yol qəzasında 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayında 165 % azalma olub. Nəticədə 17 ölüm, 295 xəsarət faktı azalıb.

Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinə gəlincə isə, V.Əsədov qeyd edib ki, ümumiyyətlə, son illər həm hadisələrin, eyni zamanda ölüm və xəsarət hallarının sayında azalma müşahidə olunur: "Elə təkcə onu demək kifayətdir ki, 2013-cü illə müqayisədə ötən il paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən 150 ölüm, 309 xəsarət faktının azaldığı qeydə alınıb. Bu çox müsbət tendensiyadır və bizi çox sevindirir. Bütün bunlar yol polisinin məqsədyönlü tədbirlər görməsi, müasir texnologiyaların tətbiqi və ictimaiyyət arasında düzgün təbliğat aparılması nəticəsində əldə olunub".

Son 5 ildə Bakıda baş vermiş yol qəzalarının statistik təhlili:


Onun sözlərinə görə, bu ilin 9 ayında Bakıda yol-nəqliyyat hadisələrinin 95-i (ümumi hadisələrin 21,1% -i) sürət həddinin aşılması səbəbindən baş verib. Nəticədə 52 nəfər (37,4 %) ölüb, 53 nəfər (13%) yaralanıb.

Qarşı zolağa çıxmaqla ötmə, manevretmə qaydalarının pozulması səbəbindən 212 yol qəzası baş verib. Nəticədə 51 nəfər ölüb, 207 nəfər yaralanıb.

Yol ayrıclarının keçmə qaydalarının pozulması səbəbindən baş vermiş 33 hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Lakin yol polisini daha ciddi narahat edən məqam piyadaların vurulması ilə bağlı baş verən hadisələrin sayının artmasıdır: "Belə ki, bu il piyadavurmalar artaraq ümumi hadisələrin 67%-ni təşkil edib. Halbuki, əvvəlki illərdə bu göstərici təxminən 50-55 % arasında dəyişirdi. Bu il baş vermiş 302 belə yol qəzası nəticəsində 100 nəfər ölüb, 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada vurmaları ötən ilin 9 ayı ilə müqayisə edəndə 17 hadisə, 8 ölüm faktı artıb, lakin 15 xəsarət faktı azalıb.

Baş verən piyadavurma hadisələrinin və bu zaman ölənlərin sayının artması bütün yol polisi əməkdaşlarını, ümumilikdə Daxili İşlər Nazirliyini ciddi narahat edir, həmçinin, təcili və təxirəsalmaz tədbirlərin görülməsini zəruri edir. Belə hadisələrin baş verməsinə səbəb isə əsasən, sürücü səhlənkarlığı və piyadaların diqqətsizliyidir. Bakıda 80-ə yaxın yeraltı və yerüstü piyada keçidinin piyadaların istifadəsinə verilməsinə baxmayaraq, hadisələr əsasən məhz həmin keçidlərin ətrafında baş verir. Piyada mədəniyyətinin zəif olması, onların yol hərəkəti qaydalarına əməl etməməsi bizi ciddi şəkildə düşündürür. Belə ki, 9 ay ərzində yol hərəkətinə qaydalarına əməl etməyən 83 minə yaxın piyada aşkar edilib və inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər".

Xəbər 1365 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +