Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
Messi tarixi qola imza atdı
Ficidə 8,2 bal gücündə zəlzələ olub
Putin Merkellə görüşdü
Azərbaycan nefti yenidən 73 dolları ötdü
28 məntəqəni birləşdirən yol tikiləcək
Kofi Annan öldü
Sabah 33 dərəcə isti olacaq
Qəbiristanlıqda narkotik yetişdirən saxlanılıb
Bu gecə də atəşkəs pozuldu


08.10.2017  14:43 

Qalmaqallı kitabın müəllifi - “Ağıllarına gələni yazırlar”





A+  A-

Xəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Kitabın müəlliflərindən biri Kamran Əsədov dərsliklərdəki rus və Azərbaycan bölməsi üzrə gedən xəritələrə baxsaq, bunun məqsədli deyil, texniki səhv olduğunun şahidi ola biləcəyimizi bildirib.

“Qeyd olunan xəritə Roma imperiyasının qədim dövrünə aiddir və bu dövrdə Romaya tabe olmuş ərazilər göstərilib. Sadəcə olaraq tarixdən anlayışı olmayanlar ancaq Armeniya sözünü eşidərək mətbuatda dərc ediblər ki, kitabda böyük Ermənistan yazılıb. Hamı bundan danışır, yazır. Əlbəttə ki, hər kəsin həssaslıq və narahatlığını başa düşürəm. Ermənistan bizim düşmənimizdir. Amma unutmaq olmaz ki, bu kitabı yazan şəxslər ölkəni, dövləti, milləti heç də onlardan az sevmir”.

Müəllifin sözlərinə görə, o dövrün siyasi analizini apara bilməyənlər nəsə yazmağa çalışırlar:

“Xilafət dövrü xəritələrində Ərməniyyə həm Atropatena və həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi. İndi deyək ki, bu indiki Ermənistandır, gülməlidir...Atropatena ərazisi e.ə 20-ci ildən Romaya tabe olub. Qeyd olunan ərazi də ona görə belə verilib. Bundan başqa 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi döyüşlərdə iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub və VII cildlik Azərbaycan Tarixiinin I cildində, VI sinif Azərbaycan tarixi kitabında da bu vurğulanıb. Yəni X sinif “Ümumi tarix” kitabının 32-ci səhifəsində “Böyük Ermənistan”ın xəritəsi verilməyib, sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının sərhədləri qeyd olunub. Ayrıca Ermənistanın xəritəsi və sərhədləri yoxdur. Xəritənin aşağı hissəsində digər tabe olmuş ərazilər də rəngsiz fonda verilib”.

K. Əsədovun məlumatına görə, xəritə ilə bağlı yaranmış problemin əsas səbəbi Azərbaycan dilində dövrlər üzrə resursların azlıq təşkil etməsidir:

“Təəssüflər olsun ki, tarixdən anlayışı olmayanlar bura ağıllarına gələni yazırlar. Yenə kampaniya başlayıb, hamı erməni axtarışına çıxıb. Mənasız yerə şərh yazmaqdansa tarix kitablarını oxuyun, gorün hələ Armeniya və yaxud sonralar ərəb qaynaqlarında adı çəkilən Ərməniyyənin heç indiki erməniyə dəxli var, yoxsa yox. Millət iş gorür, biz də cəfəngiyyat danışırq. Hamınızı tarix oxumağa dəvət edirəm. Bu xəritə Trayan dövrünün xəritəsidir və hazırda Roma şəhərində sərgilənir.

Həmin xəritə 25 ildir ki, bizim dərsliklərdə istifadə olunur. Amma Armeniya vilayətinin adı silinməklə 4 dildə dərslik nəşr etmək, onu tam ibtidaidən yazmaq, redaktə etmək qısa müddət üçün çox çətindir. Dərsliyi yazıb tenderə qoşulduq. Ona ekspertlər də baxıb və bir ay ictimai müzakirəyə çıxarılıb. Heç bir şəxs o qeydlə bağlı bizə məlumat verməyib ki, bu var. Əlbəttə ki, bu, heç kimə haqq qazandırmaq deyil. Amma biz bu xofla, qorxu ilə heçnə edə bilmərik. Xəritədə erməni dövləti göstərilməyib. Roma imperiyasının xəritəsidir və o xəritə Roma paraqrafında gedib. Əlbəttə ki, Azərbaycan və digər dillərdə olan nəşrlər kimi silinməsi daha məqsədəuyğun olardı, amma bu bizim tarixdən qaçmağımız deməkdir. Heç kim demir ki, Roma İmperiyası dövründə erməni dövləti olub və ya bu xəritə böyük Ermənistan dövlətinin xəritəsidir. Bu, tarixdə e.ə ll b.e.III əsrlərinə aid Roma imperiyasının xəritəsidir, sərhədləridir və onun vilayətləridir”.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

(qafqazinfo.az)

Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.08.2018  13:41 

Messi tarixi qola imza atdı

19.08.2018  10:51 

London derbisində 5 qol

19.08.2018  10:34 

Putin Merkellə görüşdü

18.08.2018  14:56 

Kofi Annan öldü

18.08.2018  13:57 

Sabah 33 dərəcə isti olacaq

18.08.2018  10:54 

Bu gecə də atəşkəs pozuldu

17.08.2018  16:49 

Röya onunla da barışdı


BÜTÜN XƏBƏRLƏR +