Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


06.10.2017  11:56 

MTRŞ sədri aparıcıları pislədi - “Savadlı görünmək üçün...”





A+  A-

"Bəzən bizim aparıcılar lüzumsuz yerə xarici dilə aid sözlərdən istifadə edir".
XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda çıxışında qeyd edib.

O bildirib ki, müasir dövrdə baş verən inkişaf ədəbi dil normalarını pozmağa başlayıb:

"Ona görə də dilçi alimlər tərəfindən televiziyalarda monitorinqlər aparmağa başladıq. Etiraf edim ki, monitorinqlərin nəticələri yaxşı deyil. Çünki məişət dili ədəbi dil normalarına qarışdırılıb. Televiziya dili şivələrin, dialektləri yer aldığı məkana çevrilib. Bu orda çalışan jurnalistlərin mədəni inkişaf səviyyəsini göstərir. Biz Azərbaycan dilini ayrı-ayrı bölgələrin yox, Azərbaycan dilinin ədəbi dil normalarına uyğun istifadə etməliyik. İndi biz məişət dilinin əks olunduğu dili görürük. Hesab edirəm ki, televiziya rəhbərləri bununla ciddi məşğul oımalıdır. İkincisi isə, xarici dillərdən keçmə sözlərin sayı artır. Bəzən bizim aparıcılar lüzumsuz yerə xarici dil sözlərindən istifadə edir. Bununla da özlərini daha savadlı göstərmək istəyirlər. Qonşu ölkələrdə təhsil alıb gəlirlər və həmin ölkənin sözlərindən istifadə edirlər. Bizdə əsas problemlərdən biri də vurğu məsələsinə diqqət yetirilməməsidir. Daha çox pozulmalar fonetik normalarda baş verir. Veriliş zamanı diktorlar buna riayət etmirlər. Sürətli danışıq dili qarşısına qoyduğu məqsədə də çata bilmir".

N. Məhərrəmli reklamla bağlı vəziyyətin daha acınacaqlı olduğunu əlavə edib:

"Reklam çəkilişi daha çox xarici ölkələrdə çəkilir. Bura tərcümə hərfi mənada edilir və düzgün qarşılanmır. Təəsüf ki keyfiyyət məsələsində geri qalırıq. Televiziya aparıcıları Azərbaycan dilini səlis bilməlidir və onların üzərində ciddi nəzarət edilməldir. 2012- ci ildə televiziyalarda bədii şuralar yaradıldı, amma onun fəaliyyəti qənaətbəxş olmadı".

Xəbər 973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +