“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


06.10.2017  09:57 

“Bu məni qadın kimi hiss etməyə vadar etdi” - Samir Bağırov





A+  A-

Müğənni Samir Bağırov uzun zamandan sonra media qarşısına çıxıb.
XəzərNews.az xəbər verir ki, o, “PrimeTime.Az”ın “Tet-a-Tet” rubrikasının qonağı olub.

Milyonların qəlbinə yol tapan Bağırov, bu gün depressiyadan çıxmağın ünvanını heç axtarmır da... Bəlkə də Samir illərdir yaşadığı depressiyanı belə bugünkü şou-biznesdən, onun çıxmaq məcburiyyətinə qalacağı bayağı verilişlərdən, adı ilə reyting toplayacağı hər şeydən və hər kəsdən daha üstün tutur. Samiri qurduğu dünyadan qopardıb, keçmişə qaytarmağa çalışdıq. Söhbətimizə də elə lap əvvəldən başladıq...

- Samir Bağırov kimdir?

- Bu insanı anlatmaqla bitməz... Kimdir sualını eşidincə lap körpəliyim yadıma düşdü. Biz ailədə iki uşağıq, mən və bacım. Anam əslən ukraynalı, atam da bakılıdır. Anamla atam çoxdan, təxminən 30 il öncə ayrılıblar. Anam atamdan ayrıldıqdan sonra Amerikaya köçdü və hazırda orada yaşayır. Atam da ikinci dəfə başqa bir xanımla ailə qurub Bakıda yaşayır. Hollandiyaya köçən bacım orada ailə həyatı qurub və iki böyük qızı var. Mən də bildiyiniz kimi, Amerikaya köçmək şansı ilə hələ də Bakıda yaşayıram.

- Ailə üzvlərinizlə münasibət necədir? Görüşürsünüzmü?

- Atamla tez-tez görüşsəm də, bacımı və anamı 6 ildir görmürəm... Bir neçə il öncə Amerikaya, anamın yanına getdim, amma orada qala bilmədim. Orada yaşamaq və vətəndaşlıq almaq şansım var idi. Ancaq başa düşdüm ki, Azərbaycansız yaşaya bilmərəm. Anam indi də yalvarır ki, gəl yanıma, burada birgə yaşayaq. Amma mən getmirəm. Çünki Bakıdan uzaq düşmək mənə çətin görünür. Anam mənə çox düşkündür. Tez-tez telefonla danışırıq. O, mənim hər şeyimdir. Bir-birimizdən ayrı yaşasaq da anam mənə maddi və mənəvi dəstək olur.

- Qohumlarınızın sizə münasibəti necədir?

- Bizim nəslimizdə ana və ata tərəfdən oğlan uşağı olmayıb. Hamısının qız övladı doğulub. Bir oğlan mən doğulmuşam . Amma məni də uşaqlıqdan hər kəs qıza oxşadırdı. Bu da məni özümü qadın kimi hiss etməyə vadar etdi...

- Bildiyim qədəri ilə çox çətin həyatınız olub.

- Əlbəttə, çətinliklərim çox olub. Amma mən bu çətinliklərin öhdəsindən gəlmişəm. Ən azı gəlməyə çalışmışam. Mən öz sənətimə və səsimə hər zaman güvənmişəm.

- O zaman niyə səhnədən, güvəndiyiniz sənətinizdən uzaq düşmüsüz?

- Həyatda böyük yalnışlarım çox olub. Amma artıq yaşın yarısına gəlmişəm. Bundan sonra özümü axırıncı yola qoyub gündəmə gəlmək istəmirəm. Axı, mən çox güclü musiqiçilərdən dərs almışam. Bir xatirəmi sizinlə paylaşmaq istərdim. Bizim çox dəyərli sənətkarımız Eldar Mansurovun uzun illər öncə mənim haqqımda söylədiyi bir söz vardı: "Azərbaycan estradasını bir "şkaf" düşünsək , onun 5 rəfı olsa ,ən üstlərdə Samir Bağırov durardı". Bu sözü heç vaxt dilimə gətirməmişdim, amma baxıram mənim haqqımda çox danışırlar. Arada ünvanıma deyilən belə sözləri də xatırlasınlar...

Xəbər 1363 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +