Sabah yağış yağacaq, şimşək çaxacaq
Pakistan Ermənistanın təxribatını pislədi
Azərbaycan ordusunun generalı şəhid oldu
İybilmə və dadbilmə nə vaxt itir?
Onlar da Azərbaycana dəstək oldu
102 məktəb binası istifadəyə veriləcək
Rəhim Qazıyev saxlanıldı
Hava şəraiti il bağlı xəbərdarlıq
Məmmədyarov Lavrovla telefonla danışdı
Prezident Təhlükəsizlik Şurasının iclasını çağırdı


05.10.2017  17:42 

Pərvinin “Porche”si cərimə meydançasına aparıldı





A+  A-

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, "99 EP 333" dövlət qeydiyyat nişanlı, "Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.

YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. "Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.

P. Abıyeva avtomobilinə həbs qoyulması ilə bağlı xəbərə münasibət bildirib.

Publika.az-a açıqlama verən sənətçi maşınına həbs qoyulmadığımı bildirib: “Avtomobilimə həbs qoyulmayıb. Cərimələr də protokol şəklində telefonuma gəlir. Yalan söhbətdir. Özlərindən gündə bir şey çıxarmasınlar. Müsahibə vermirəm deyə, indi də maşına keçiblər”.

Qeyd edək ki, yayılan məlumatda onun “Porche” markalı avtomobilinin hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanıldığı, avtomobilin evakutor vasitəsilə cərimə meydançasına yerləşdirildiyi xəbəri yayılıb.

Xəbər 744 dəfə oxunub.




14.07.2020  11:25 

Onlar da Azərbaycana dəstək oldu

14.07.2020  10:26 

Dondar Quşçu atəşə tutuldu

13.07.2020  18:16 

Rəhim Qazıyev saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +