İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


05.10.2017  15:32 

Şahbaz Quliyevin vəziyyəti daha da ağırlaşıb





A+  A-

3 ildən çoxdur ki, erməni girovluğunda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev gün keçdikcə bizdən bir addım uzaqlaşır. Həmvətənlərimiz bizdən uzaqlaşdıqca vətən torpağına daha da yaxınlaşırlar... Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ayda bir dəfə onlara baş çəkməsi də nəyisə dəyişmir.
Şahbaz Quliyev ailəsinə ünvanlandığı sonuncu məktubunda vəsiyyətini də edib.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a girovun qardaşı İlham Quliyev danışıb.
“Məktubunda yazıb ki, xəstədir. Ermənilər guya onu müalicə edirlər. Qardaşım yemək yeyə bilmir. 1 aydır Yerevandadır. Deyir “yesəm də ağrıyıram, yeməsəm də”. Onu müalicə edən pakistanlı həkim vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Amma mən bunlara inanmıram”.

İ.Quliyev fikrini belə əsaslandırıb:

“Vəziyyəti yaxşı olsaydı, onu xəstəxanda saxlamazdılar. Bilirəm ki, vəziyyəti yaxşı deyil. Bu dəfə sadəcə məktub göndərib, videomüraciət də yoxdur ki, heç olmasa üzünü görək”.

Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə sonuncu dəfə sentyabrda baş çəkilib:

“Sadəcə olaraq saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız ailəsinə və əlaqədar təşkilatlara çatdırılır. Bu, ictimaiyyətə açıqlanmır”.

İ.Hüseynovanın “Dağlıq Qarabağda saxlanılan şəxslərə xəstəxanada baş çəkilib yoxsa Şuşa həbsxanasında” sualına cavabı belə olub:

“Saxlanma yerindən asılı olmayaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi onlara baş çəkib və mandatına uyğun olaraq da baş çəkməkdə davam edəcək”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər 3264 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +