“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


05.10.2017  09:16 

Jurnalist Səlim Müslümova müraciət etdi: Bu aydan o aya borcla yaşayıram





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun mətbuatda gedən əmək haqqı ilə bağlı müsahibəsi sosial şəbəkədə böyük rezonans yaratdı.Geniş müzakirəyə səbəb olan bu müsahibə bir çoxunun,daha doğrusu az maaş alanların (içi mən qarışıq) yaralı yerindən xəbər verdi.
O,məlum müsahibədə Səlim müəllim qeyd edir ki,ölkədə orta aylıq əmək haqqı 522 manatdır. Tutaq ki, ailə beş nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman o ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq.

Müsahibədən götürdüyüm bu hissənin ikinci hissəsində ünvanlı sosial yardımla bağlı bir olmuşu xatırladandan sonra mətləbə keçməyi özümə borc bilirəm.Onu da ərz edim ki,indi nəql edəcəyim hadisəni bir mən bilirəm,bir də Allahım.

Haradasa 3-4 ay bundan qabaq uşaq pulu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etdim.Orada öyrənmək istəyirdim ki,uşaq pulu almaq üçün hansı sənədləri toplamalıyam.Bu sualları həmən idarənin bir xanım əməkdaşına ünvanlayırdım.Elə bu zaman otaqda olan şöbə müduri (adını dəqiq bilmirəm) üstümə hücuma keçdi.İmkanı olsaydı məni otaqda basıb döyəcəydi.Mən ona məmurun vətəndaşa belə münasibət göstərməsini xatırladıb, jurnalist olduğumu da bildirəndən sonra həmin şöbə müduri "yaxşı edirəm" deyib öz "qanacaq"ını nümayiş etdirdi.İmkan vermədi ki,xanımdan verdiyim sualların cavabın alım.Suyum süzülə-süzülə oranı tərk etdim.

Bu məmur özbaşnalığıyla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə şikayət etsəm də məmur barədə tədbir görülmədi.O,məmuru gözə görünməz Allaha tapşırmışam.Özü bilər,Allahı bilər.Keçək mətləbə.

Çox hörmətli Səlim müəllim,mən bilirəm ki,siz bu yazını oxusanız məni çox yaxşı başa düşəcəksiniz.

4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifisiniz,iqtisad elmləri doktoru, professorsunuz.Olduqca işlqlı bir ziyalısınız.Sizin bir ziyalı kimi kitaba,qələmə,jurnalistə,yazıçıya olan münasibətinizin də yaxşı olduğunu mətbuatdan oxumuşam.

Mən iqtisadiyyat ixtisası üzrə təhsil alsam da, ədəbiyyata və jurnalistikaya olan sevgimə görə iqtisadiyyatla məşğul olmadım.Həyatımı jurnalistikaya bağladım.

On ildir Aztv-də,radioda çalışıram.Televiziya və radio təcrübəmə,magistr təhsilimə,Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü olmağıma baxmayaraq çalışdığım bu müddət ərzində heç zaman 522 manat maaş almamışam.

Gənc yazıçı kimi,2015-ci ildə "KİTAB" adlı kitabım işıq üzü görüb.2016-cı ildə də Azərbaycan Yazıçılar Birliyinin xətti ilə bir illik prezident təqaüdünə layiq görülmüşəm.

Aldığım az maaşa güvənib bankdan kredit götürüb özümə toy elədim.(Yoxsa başqa cür də alınmrdı.) Manatın devalivasiyası və dolların manata nisbətən bahalaşmasından sonra götürdüyüm kredit mənə elə toy tutdu ki,bu toydan sonra çalınan nağaranı heç günü bu gün də unuda bilmirəm.

On il ərzində Azərbaycan radiosunda folklor və etnoqrafiyayla bağlı xeyli tətqiqat aparmışam,aşıq yaradıcılığını araşdırmışam,şifahi xalq ədəbiyyatıyla bağlı yüzlərlə radio-veriliş hazırlamışam.

Xalqımızın zəngin milli mənəvi nemətlərini qoruyub bir radio-jurnalist kimi öz peşə borcumu yerinə yetirmişəm.Amma bu on il ərzində heç zaman dediyiniz kimi 522 manat maaş almamışam.Sözün düzü,maaş kimi on il ərzində üst-üstə 522 manat da görməmişəm.

Bu aydan o aya borcla yaşayıram.Həzrət Abbasa and olsun, aldığım maaşla 5 gündən artıq yaşamaq mümkün deyil.Bəs 30-31 gündən ibarət olan ayı nə ilə keçinim?

Belə çıxır mən aldığım maaşla toya getməyim,bir ayaqqabıyla bütün ili keçirdim,palto geyinməyim, meyvə,ət almayım.Həftəyə də bir çörək alsam,bəs edər.Aldığım maaşla rahat avtobusa,metroya minə bilirəm.Azyaşlı körpənin ehtiyacları o qədərdir ki,birini ödəyəndə beşi qalır.

İllərdir çəkdiyim əziyyətin bəhrəsi heç 522 manat civarında deyil.And olsun Allahın tək adına mən əziyyətimlə o 522 manatı qazanmaq istəyirəm,o maaşı ala bilmirəm.

Çox hörmətli Səlim müəllim,bu müqəddəs Məhərərmlik ayına and içirəm yaşamaq çox çətindir.Əvvəllər çətin olduğunu bu qədər hiss etmirdim.Böyüyəndən sonra anladım ki,doğurdan da həyat çətin və olduqca qəddardır.

Hərdən fikirləşirəm ki,normal insanlar kimi 522 manat maaş alıb,ailəmə yaxşı bazarlıq etmək,dost-tanışın toyuna getmək,heç olmasa iki ildən bir özümə ayaqqabı,palto almaq istəyirəm.Amma vallah çatdıra bilmirəm.

Bu yazımı oxusanız sözün düzü çox sevinərəm, həttda çörək tapan yetim kimi ürəkdən sevinərəm.

Uca Tanrı sizi qorusun,çox hörmətli Səlim müəllim.

Savalan Talıblı

Xəbər 3434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +