Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


05.10.2017  09:07 

Dövlət qurumlarının fəaliyyəti dəyişir - Strateji xəritə





A+  A-

"Strateji yol xəritələrinin icra vəziyyətinin monitorinqi və qiymətləndirilməsi birmənalı olaraq müsbət haldır. Burada diqqət çəkən əsas məqamlardan biri odur ki, bu qiymətləndirmə müstəqil və obyektiv şəkildə aparılıb. Hətta kənar ekspertlər tərəfindən də təklif edilən demək olar ki, bütün məsələlər son hesabatlarda nəzərə alınıb və ictimaiyyətə təqdim olunub. Bu məsələ bir tərəfdən 2017-ci ilin birinci yarısında strateji yol xəritələri çərçivəsində həyata keçirilən fəaliyyətlərin monitorinqinin aparılması, onların nəticələrini qiymətləndirməyin mümkün olması, digər tərəfdən, dövlət qurumlarının məsuliyyətinin artırılması baxımından vacibdir. Çünki hesabatın obyektiv olması dövlət qurumlarının növbəti dövrdə öz fəaliyyətlərini plana uyğun quracaqlarına dair məsuliyyətini artıracaq. Hər bir dövlət qurumu çalışacaq ki, illik hesabatda öz mövqeyini daha da yaxşılaşdırsın. Bu da təbii ki, onların fəaliyyətinə təsir edəcək".
XəzərNews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov Strateji yol xəritələrinin 2017-ci ilin 6 ayı üzrə icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üzrə ümumiləşdirilmiş nəticələri dəyərləndirərkən bildirib.

Onun fikrincə, qiymətləndirmənin müstəqilliyini qiymətləndirmək üçün hesabatdakı rənglərə diqqət yetirmək kifayət edir: "Hesabatlarda bir deyil, bir neçə rəngdən istifadə olunub. Bu isə ondan xəbər verir ki, monitorinq və qiymətləndirmə obyektiv həyata keçirilib. Eyni zamanda qiymətləndirmə faizləri də obyektivliyin göstəricilərindən biridir. Belə ki, icra faizləri strateji yol xəritələri üzrə fərqlidir. Hesabatlardan həm də görmək olar ki, yol xəritələri üzrə fəaliyyətlərin təxminən yarısına başlanılmayıb, yarısı isə icra olunub. Bu da nəticə etibarilə strateji yol xəritələrinin icrası ilə bağlı aydın təsəvvürün yaranmasına imkan verir".

Ekspert qeyd edib ki, aralıq hesabatın tərtib edilməsində metodoloji baxımdan müəyyən çətinliklər var: "Yekun hesabatlar ilin sonunda açıqlanacaq. İctimaiyyətə təqdim olunanlar isə hələlik aralıq hesabatlardır. Məsələn, hansısa yol xəritəsində 2017-ci il üçün müəyyən fəaliyyət nəzərdə tutulub və dövlət qurumu bildirir ki, həmin fəaliyyəti ilin ikinci yarısında həyata keçirəcək. İl isə başa çatmayıb. Buna rəğmən, həmin fəaliyyət hesabatda 2017-ci ilin birinci yarımilində həyata keçirilməyən kimi qiymətləndirilib. Bu çətinliklərin olmasına baxmayaraq, hesab edirəm ki, bütövlükdə hesabat real vəziyyəti əks etdirir. Çünki bütün hallarda ilin ikinci yarısında bəzi fəaliyyətlərin keçirilməsinə ehtiyac var".

İqtisadçının sözlərinə görə, hesabatların təhlili göstərir ki, burada dövlət qurumları arasında kommunikasiya və əlaqənin, daha çevik fəaliyyətin həyata keçirilməsinə ehtiyac var: "Çünki eyni strateji yol xəritələrinin icrasına bir neçə dövlət qurumu məsul olur. Onların nə qədər səmərəli icra olunması həmin dövlət qurumları arasında əlaqədən, eləcə də sistemli fəaliyyətindən birbaşa asılıdır. Fikrimcə, dövlət qurumları arasında normal əlaqə və sistemli kommunikasiya qurulsa, daha səmərəli nəticələr əldə oluna bilər. Bundan əlavə, əksər strateji yol xəritələrində diqqəti çəkən digər məqam büdcədənkənar vəsaitlərə çıxış imkanlarının məhdud olmasıdır. Çünki strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərin heç də hamısını büdcə vəsaiti hesabına həyata keçirmək mümkün deyil. Bu baxımdan büdcədən kənar, özəl, eləcə də beynəlxalq maliyyə qurumlarının vəsaitlərinin cəlb edilməsinə ehtiyac var. Monitorinq göstərir ki, bu istiqamətdə hələlik ciddi nəticələr əldə edilməyib. Dövlət qurumları yenə də büdcə vəsaitlərindən istifadəyə üstünlük verir, yaxud da alternativlərdən çox az istifadə edirlər. Bu baxımdan hesabatlar həm də tövsiyələri təqdim edir. Düşünürəm ki, tövsiyələrin təqdim edilməsi də dövlət qurumlarının fəaliyyətində dəyişikliklərin edilməsi baxımından əhəmiyyətlidir".

Ən yüksək icra göstəricilərinin "Milli iqtisadiyyat perspektivi" üzrə əldə olunmasına gəlincə, V.Bayramov bunu müsbət qiymətləndirib: "Düzdür, yarımillik qiymətləndirmə strateji yol xəritəsinin heç də tam olaraq icrasını göstərmir. "Milli iqtisadiyyat perspektivi" isə əsas strateji yol xəritəsi hesab edilir. Burada vəziyyət digər yol xəritələrinin icrası ilə müqayisədə daha ürəkaçandır. Çünki fəaliyyətlərin 32 faizi icra olunub, 59 faizinə isə başlanılıb. Bu o deməkdir ki, bu il üçün nəzərdə tutulan fəaliyyətlərin 91 faizinin icrası başlayıb və ya tamamlanıb. Cəmi 9 faizinin icrası başlamayıb. Yəni bütün hədəflər üzrə fəaliyyətlər ya tamamlanıb, ya da başlayıb. Ona görə də "Milli iqtisadiyyat perspektivi" üzrə icra göstəriciləri daha məqbuldur və digər strateji yol xəritələri ilə müqayisədə daha uğurla həyata keçirilib".

Xəbər 1094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +