200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.10.2017  18:43 

Bakıda ağacların məhv edilməsi olayına rəsmi münasibət





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi məsələsinə münasibət bildirib.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Raqub Mirzəyev bildirib ki, həmin ərazidə dövlət əhəmiyyətli obyekt tikildiyi üçün quru ağacların kəsilməsinə, bəzi ağacların isə budanmasına icazə verilib: "Nazirlik hər zaman ağackəsənlərə qarşı sərt tədbirlər görür. Lakin bəzi istisna hallarda Nazirliyin mütəxəssisləri və müvafiq orqanların əməkdaşlarının iştirakı ilə ağacların kəsilməsinə icazə verilir. Şərifzadə küçəsində də dövlət əhəmiyyətli strateji öbyekt tikilir. 5 mərtəbəli binalar sökülür və yerində yeni hündürmərtəbəli evlər tikilir. Nazirliyin də nümayəndələri ərazidə olub. Ora mütəxəssis cəlb olunmaqla, ayrı-ayrı qurumların nümayəndələrinin də iştirakı ilə istisna hal kimi ağacların kəsilməsi və budanması, köçürülməsi məsələsinə baxılıb. Bununla bağlı rəy verilib. Bəzi quru ağacların kəsilməsinə, bəzi ağacların budanmasına icazə verilib”.

Nazirlik rəsmisi qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsinə qarşı həmişə tədbirlər görür: "Bununla bağlı ayrı-ayrı təqsirkar şəxslərə çoxsaylı cərimə və sanksiyalar tətbiq edir. Son dövrlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni qaydalar hazırlanıb, təsdiq olunub və hazırda da həmin qaydalar tətbiq edilir. Həmin qadalara əsasən ağacların və kolların kəsilməsinə görə ciddi ziyan məbləği müəyyənləşdirilib, 1000 manatdan yuxarı cərimələr də tətbiq edilib. Prokurorluq orqanlarına mürtaciət edilib”.

(bakipost.az)

Xəbər 1859 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +