İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.10.2017  10:33 

Azərbaycanda ən populyar 3 peşə hansıdır?





A+  A-

Əhməd Qəşəmoğlu: “Gənclərimiz daha çox maddi cəhətdən təmin edə biləcək ixtisaslara can atır”
Vaxtında düzgün peşə seçmək hər bir insanın həyatında önəmli məsələdir. Çünki seçilən peşə insanın gələcəyini müəyyənləşdirir, onun sonrakı iqtisadi-sosial durumuna, bir sözlə, bütün həyatına təsir edir. Unutmaq olmaz ki, hazırda dünyada vəziyyət olduqca sürətlə dəyişir və bu da peşələrə öz təsirini göstərir. Bu səbəbdən peşə seçərkən bugünkü əmək bazarında həmin peşəyə nə qədər tələbat olduğunu da nəzərə almaq lazımdır.

Maraqlıdır, bəs hazırda dünyada və ölkəmizdə ən populyar və perspektivli peşələr hansıdır?

Məlum olduğu kimi, dünyada peşələr iki istiqamətə ayrılır - çox qazandıran və tələb olunan peşələr. İnsanlar çalışır ki, daha az stressli, təhlükəsiz, şəraitlə təmin olunan, rahat və çox pul qazandıran peşələri seçsinlər. Bu baxımdan, məlum olub ki, dünyada, eləcə də ABŞ-da ən çox qazandıran və tələb olunan peşə sığorta agentidir. Bundan sonra mühəndis-proqramçı peşəsi gəlir. Mütəxəssislərin araşdırmalarına görə, 8 ildən sonra bu peşəyə maraq daha 30 faiz artacaq. Dünya ölkələri arasında 3-4-cü ən populyar peşə kimi hüquqşünaslıq peşəsi qeyd edilir. Xarici ölkələrdə bu peşə həm populyar, həm də çox qazanc gətirən peşə hesab olunur. Siyahıda gələn digər peşələrə diqqət edəndə məlum olur ki, Avropa və digər inkişaf etmiş ölkələrdə insanlar dövlət məmuru olmaqdansa, daha çox sərbəst, gəlir gətirən peşəyə üstünlük verir.

Azərbaycanda isə əksinə, daha çox dövlət qulluğunda çalışmağa üstünlük verirlər. Bununla belə, araşdırmalar onu göstərib ki, son illərdə ölkəmizdə ən çox tələb olunan və populyarlaşan peşə proqramçılıq və iqtisadi sahələrdir. Həmçinin həkim və hüquqşünaslıq peşəsi də populyar və perspektivli peşə hesab olunur, baxmayaraq ki, hüquqşünaslar işlə təmin olunmaq üçün müəyyən problemlərlə üzləşir. Maraqlıdır ki, populyar olan peşələr siyahısında şou-biznes sənəti də var. Ekspertlər qeyd edir ki, yaxın gələcəkdə hər 5 gəncdən biri bu sənətə gəlməyə çalışacaq.

Jurnalist və müəllim peşəsinə isə maraq getdikcə azalmağa başlayıb. Halbuki 90-cı illərdə jurnalist peşəsi həddən artıq çox populyar peşə hesab edilirdi.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, son vaxtlar cəmiyyətimizdə peşənin mahiyyətindən daha çox onun gələcəkdə necə gəlir gətirməsi nəzərə alınır: “Biri var insanların peşəyə görə göstərdiyi maraq, biri də var ki, ortada başqa motivlər olsun. Bu hesabla Azərbaycanda çalışırlar ki, daha çox iqtisadiyyatla, beynəlxalq əlaqələrlə bağlı peşələri seçsinlər. Buna misal olaraq bu il yüksək bal toplayan abituriyentlərin böyük əksəriyyətinin İqtisad Universitetinə sənəd verməklərini qeyd edə bilərik. Bu onu bir daha göstərdi ki, daha çox bal toplayanlar çalışır ki, bu universitetə qəbul olunsunlar.

Azərbaycan üçün isə bu gün vacib peşə ixtisasları var. Lakin qeyd etdiyim kimi, gənclərimiz onları daha çox gələcəkdə maddi cəhətdən təmin edə biləcək ixtisaslara can atırlar. Bu heç də yaxşı hal deyil. Çünki ölkədə elə bir vəziyyət yaranmalıdır ki, gənclər daha çox ölkənin taleyi üçün vacib olan sahələrə maraq göstərsin. Təəssüf ki, hazırda bütün dünyada, o cümlədən də Azərbaycanda maddi dəyərlər daha çox öncül rol oynayır və insanların həyatına, davranışına təsir edir. Beləliklə, nəticə olaraq bildirim ki, hazırda ölkəmizdə iqtisadi sahələr daha çox populyardır".

Sosioloq bir zamanlar ölkədə məşhur olan jurnalist peşəsinə marağın azalmasının səbəblərindən də söz açıb: “Jurnalist peşəsinə maraq müəyyən qədər qalmaqdadır. Çünki hazırda jurnalistlərə də dövlətin diqqəti, qayğısı görünür, onlara ev verilir, qrantlar ayrılır və sairə. Bu da müəyyən qədər jurnalist peşəsinin reytinqini saxlayır. Bu məsələlər olmasa, jurnalist peşəsinin reytinqi daha da düşər. Çünki bir vaxtlar jurnalistlər daha çox romantik xəyallarla yaşayırdılar və düşünürdülər ki, gələcəkdə daha çox şey əldə edə bilərlər. Vətənpərvər gənclərimizin də bir çoxu jurnalistikaya ona görə gedirdilər ki, ölkəyə fayda verə bilsinlər. Lakin görəndə ki, qələmlə, qəzetlə o qədər də ciddi iş görmək mümkün deyil, böyük romantika və vətənpərvərliklə yaşayan gənclərin özünün bu sahəyə marağı bir qədər soyudu. Əsas kontingent də onlar idi və onların da sayı azaldı. Yerdə qalanlar üçün isə fərqi yoxdur, onlar jurnalistikada və ya başqa sahədə də ola bilərlər, təki peşə maddi cəhətdən onlara köməklik etsin”.

Xəbər 1421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +