İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.10.2017  16:09 

Məhərrəmlikdə nədən toy olmur?





A+  A-

Məhərrəm ayının gəlməsinin Azərbaycan üçün xarakterik hadisələrindən biri də toyların dayanmasıdır. Bakı da daxil olmaqla ölkə boyunca Məhərrəmlik səbəbilə toylar, əyləncə məclisləri təxirə salınır. Son illərdə Azərbaycanda toylar israfçılıq simvoluna çevrildiyi üçün bir çoxları dindar olmasalar belə, bu ayın gəlişi ilə toyların dayanmasını səbirsizliklə gözləyir.
Ancaq son zamanlarda Məhərrəm ayında matəm saxlanılmasına qarşı zəif də olsa etiraz edənlər tapılıb. Hətta bəzi bölgələrdə insanların Məhərrəm ayında toy məclisləri keçirdiyi haqda məlumatlar mediaya yer tapır. Bu isə sosial şəbəkələrdə Məhərrəm ayında matəm saxlamaq, İmam Hüseyn (ə) və yaxınlarının şəhadətinə hər il 40 gün yas tutulmasının dinə görə doğru olub-olmadığı ilə bağlı müzakirələrə səbəb olur.

Ondan başlayaq ki, Aşura matəmi, Məhərrəmlik məclisləri dini bir hökm deyil. Yəni Quranda hansısa dini hökm kimi buyrulmayıb. Ancaq İmam Hüseynin (ə) İslam Xilafətinin quruluşunun dəyişdirilməsi, səltənət rejiminin qurulması, iqtidarın müsəlman cəmiyyətinin iradəsi nəzərə alınmadan qiyamçı xəlifə Müaviyə tərəfindən oğluna ötürülməsinə eitrazı nəticəsində Aşura olayları baş verib. Bu hadisənin həm səbəbləri, həm də onun baş verməsi özü İslam qanunlarının tapdanması idi. Üstəlik, bu qanunsuzluğa qarşı çıxan və özünü fəda edən insan bir başqası deyil, İslam Peyğəmbərinin (s) sevimli nəvəsi və ailəsi idi.

Bu səbəbdən də sonrakı tarixdə müsəlmanlar, xüsusən də İmam Əlinin (ə) tərəfdarları bu hadisəni yaşadıb, hər il hüzünlü Kərbəla hadisələrini acı, kədərli təqvim kimi qeyd edib, yeni baş vermiş bir kədərli hadisə kimi yad ediblər. Ancaq eyni zamanda Aşuranın fəlsəfəsi və ona əsaslanan bir fikir cərəyanı, məktəb formalaşıb. İmam Hüseyn (ə) haqsızlığa qarşı mübarizə simvolu, fədakarlıq nümunəsi olaraq qeyd olunub. Bu mənada Aşura hadisələri kədərli qəhrəmanlıq, fədakarlıq, əqidə uğurunda mübarizə simvoluna çevrilib. Cəfəri Məzhəbi və eləcə də çoxlu sayda İslam təriqətləri, ələvi cərəyanlarının mərkəz xəttində məhz İmam Hüseyn (ə) və onun Aşura məktəbi dayanıb.

Ancaq Əhli Beyt sadəcə şiələr üçün müqəddəs dəyər olmayıb. Bir neçə xırda təkfirçi ideologiyalar istisna olmaqla, Əhli Beytə sevgi və ehtiram bütün İslam cərəyanlarında, xüsusən də bütün məzhəblərdə ana xətti təşkil edib. Məzhəb imamlarının Əhli Beyt və Aşura haqda ehtiramla bəhs edən fikirləri var. İmam Hüseyninin (ə) Kərbəla şəhərindəki məzarını həm də xəlifə olan Osmanlı Sultanı təmir etdirib. Bu kimi onlarla, hətta yüzlərlə fakt var. Əhli Beyt Məhəmməd Peyğəmbərin (s.ə.s) ayrılmaz hissəsi, İslamın müqəddəs dəyəridir və məzhəbindən asılı olmayaraq müsəlmanlar bu dəyərə ehtiram göstəriblər.

Məhz bu ehtiram səbəbilə digər məzhəblərdən olan müsəlmanlar hər il Məhərrəm və Səfər aylarında keçirilən matəm və əza məclisləri zamanı İslam müqəddəslərinə, Əhli Beytə ehtiram olaraq toy və şənlikləri təxirə salıblar. Bu həm də Azərbaycan xalqının yüz illərdir formalaşmış birgəyaşayış, tolerantlıq ənənələridir. Min illərdir fərqli din və inancların bir arada yaşadığı Azərbaycanda müxtəlif inancların tərəfdarları qarşılıqlı olaraq bir-birinin dəyərlərinə hörmətlə yanaşıblar.

Bu da Azərbaycan ərazilərində çoxlu sayda din və təriqətlərin mövcud olması və xalqın bu çoxluğun içərisində birgəyaşayış modeli formalaşdırması ilə bağlıdır. Tarixən xaricdən müdaxilə olmadıqca azərbaycanlılar arasında dini-məzhəbi zəmində qarşıdurma və düşmənçilik olmayıb. Bunun ən bariz örnəklərindən biri də Aşura və məhərrəmlik mərasimlərinə münasibətdir.

Ancaq təəssüf ki, son illərdə məhz bu tendensiyaya hücumlar artıb və bu nöqtəni zəiflətmək, birgəyaşayışın əsas sütunlarını laxlatmaq cəhdləri var.

Kənan Rövşənoğlu

Xəbər 3614 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +