İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.10.2017  11:34 

“Ağ şəhərin” zülmünə məruz qalmış sakinlər qan ağlayır





A+  A-

Xətai İH və “Ağ şəhər” rəhbərliyi heç kimin gözünün yaşına baxmadan qeyri-qanuni təzyiq və hədələrlə sakinlərin evlərini uçurmaq istəyir.
Xətai rayonu Turşsu küçəsində “Ərzurum” deyə tanınan məhəllələrdə yaşayan sakinlərə edilən zülm daha da artıb. Sakinləri zorla öz evlərindən çıxara bilməyən Xatai rayon İcra Hakimiyyətinin və “Ağ şəhər” əməkdaşları təzyiqləri daha da artırıblar. Özü də əllərində olan resurslardan qeyri-qanuni şəkildə istifadə etməklə.

Ötən yazılarımızın birində adı çəkilən ərazidə yaşayan sakinlərin müraciətini dərc etmişdik. Müraciətdə deyilirdi ki, artıq 20 ilə yaxındır ki, Babək prospektindəki “Dəniz Mebel” deyilən obyektin arxasında, Turşsu küçəsində, sakinlər arasında “Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər. Lakin Xətai rayon İcra Hakimiyyəti və özünü “Ağ Şəhər” layihəsinin məsul şəxsləri kimi təqdim edən bir neçə nəfər çox az məbləğ ödəyərək bu evləri uçurmaq istəyirlər. Onların təklif etdiyi vəsaitə normal şəraiti olan ev almaq mümkün deyil. Hətta bəzi şəxslərə pul belə verməkdən imtina edirlər. Evlərin sahələrini də düzgün ölçmür, yaşayış sahələri real ölçüdən az göstərilir, ticarət məqsədilə tikilən obyektlərə isə ümumiyyətlə pul ödənilməyəcəyi bildirilir. Axı bu obyektlər həmin ailələrin çörəkpuludur. Bəzi sakinlərin hasarları onların evdə olmadığı vaxtlarda fürsət bilinib sökülüb.

Müraciətdə, həmçinin prezidentə müraciət olunurdu ki, onların hüquqlarını müdafiə etsin. Çünki dövlət başçısı çox açıq şəkildə paytaxtın mərkəzində yerləşən binaların sökülməsi zamanı həmin obyektlərin sakinlərinə kvadratı 1500 azn olmaqla kompensasiya ödənilməsi barədə göstəriş vermişdi. “Ağ şəhər” layihəsinin idarəçiləri və Xətai rayon İcra Hakimiyyətinin məmurları bu müraciətdən sonra sakinləri hədələyərək gəlib təbqdim olunan sənədə qol çəkmələrini tələb edir, onsuz da şikayət və müraciətlərin heç bir effekt verməyəcəyini bildiriblər. Bir gün əvvəl- havaların soyumağa başladığı gündən isə evlərə gələn işıq, su və qaz xətlərini tamam bağlayıblar. Belə soyuq havalarda ailələr işıqsız, qazsız və susuz qalıb. Azərişıq, Azərsu və Azəqazın yetkililəri isə bu problemin yaradılmasına onların rolu olmadığını bildirir və məsuliyyəti “Ağ şəhər” və Xətai rayon İH-nin üzərinə atırlar.

Beləliklə, paytaxtın mərkəzində Xətai rayonu, Turşsu küçəsi, “Ərzurum” məhəlləsinin sakinlərinə edilən zülmlərin miqyası gündən-günə artır, alkin reaksiya verən də yoxdur. Sakinlər evlərini tərk edib Prezident Administrasiyasının qarşısına getməyə də qorxurlar ki, geri qayıdanda evlərini sökülmüş görəcəklər.

Bu barədə dövlət başçısı zati-aliləri İlham Əliyevə, ölkənin birinci-vitse prezidenti Mehriban Əliyevaya, PA Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dəfələrlə məktub yazsaq da, heç bir reaksiya verilməyib. Məktubumuzun birbaşa ünvanına çatdırılmadığından əminik. Ola bilməz ki, dövlət başçımız və digər mötəbər dövlət adamları cənab Prezidentin və Mehriban xanımın adından istifadə edilərək camaata zülm olunduğunu bilsinlər və bu faciəyə diqqət göstərməsinlər. Axı dövlət başçısı Azərbaycanın paytaxtında-mərkəzi məhlələrdə sökülən binaların hər kvadrat metri üçün 1500 azn ödəniləcəyini açıq mətnlə demişdi. Zati-alilərinin bu göstərişini bütün respublika eşitmişdi. Necə ola bilər ki, dövlət başçısı belə bir göstəriş versin, lakin aşağı ranqlı hansısa məmur söküntü üçün ayrılmış pulu mənimsəsin və sonra da birinci-vitse prezident Mehriban Əliyevanın adından danışaraq zati-alilərinin iradəsinə qarşı çıxış etsin. Bu məmurlar belə cəsarəti kimdən və haradan alırlar? Öz ciblərini düşünən həmin “Ağ şəhər” məsulları bu addımları ilə seçiciləri cənab Prezidentdən narazı saldıqlarının fərqində deyillərmi, həm də seçkilərə az müddət qalmış? Onlar “kimin dəyirmanına su tökürlər?” Niyə xalqı öz seçdiyi Prezidentindən narazı salmaq istəyirlər? “Ağ şəhər” məmurlarının təhdidlərindən cana doymuş, hər an evlərinin söküləcəyi qorxusu ilə gecələyən, sabahı açan sakinlər Prezidentdən bu özbaşınalığı dayandırmağı xahiş edirlər. Rəsmi poçtla yolladıqları müraciətlər cavabsız qaldığından mediaya üz tutmağa məcbur qalıblar. Ümid edirlər ki, tezliklə onların müraciətinə müsbət cavab veriləcək. Ancaq mətbautda getmiş məlumatı da dövlət başçısından gizlətsələr, məcbur qalıb Prezident Administrasiyasının qarşısına gedərək şikayətlərini birbaşa zati-alilərinin özünə çatdırmağa çalışacaqlarını bildirirlər.

(qaynarinfo.az)

Xəbər 1317 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +