Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.09.2017  10:48 

Vüsal Novruzovdan Kəmaləddin Heydərova “ayı xidməti”





A+  A-

Bakı Baş Gömrük İdarəsi rəisini “toxunulmaz” edən səbəb
AFN-də bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsi və idarənin rəisi Vüsal Novruzovun fəaliyyəti ilə bağlı tənqidi yazı dərc edilib. Yazıda bildirilir ki, adıçəkilən qurumun internet saytının olmaması, rüblük, illik hesabatların bu və digər formada açıqlanmaması bu istiqamətdə qaranlıq fəaliyyətin olmasından xəbər verir. Bir sıra digər qurumların Bakı idarələrinin ayrıca saytının olduğu, yaxud da mərkəzi aparata aid olan saytda həmin idarələrin fəaliyyəti, rəhbərliyi, yerləşmə yeri haqda məlumatlar olan ayrıca bölmənin mövcudluğu vurğulanan məqalədə Bakı Baş Gömrük İdarəsinin saytının, yaxud əsas qurumun saytında ona aid bölmənin niyə olmamasının sual altında olduğu qeyd edilir.


Ölkə başçısının xüsusi nəzarəti altında olan sahibkarlığın birbaşa ünsiyyətdə olduğu iki əsas sahədən (vergilər və gömrük nəzərdə tutulur-red.) birinin iqtisadiyyatın lokomotivi olan paytxat regionunu idarə edən qurumunun hesabatlılıqdan yayınması heç şübhəsiz bu istiqamətdə normal fəaliyyətin olmamasından xəbər verir.
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov gündəmə çox tez-tez Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə münaqişəli şəxs kimi, daha doğrusu, onun yerinə iddialı namizəd kimi gəlir. Lakin bu da onun bu qədər “qaranlıq pərdəsinə” bürünməsi, çox rahatca hesabatlılıqdan, şəffaflıqdan yayınması üçün əsas hesab edilmir. AFN-i məlumatlandıran mənbə də bu fikirləri təsdiqləyir və əslində nə baş verdiyini bizə açıqlayır. Mənbənin sözlərindən aydın olur ki, V.Novruzovun bu dərəcədə özünəəminliyinin səbəbi onun fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən himayə olunmasıdır: “Bu himayə də özbaşına deyil. Kəmaləddin Heydərovun saxladığı KİV-lərin pulu Vüsal Novruzovdan gedir. Hamısına vəsaiti o verir. Bu səbəbdən də o, fövqəladə hallar nazirinin kurasiyasında olan gömrük sahəsində kifayət qədər əl-qol aça, hegemonluq edə, hətta yeri gələndə özünün birbaşa rəhbərinə qarşı çıxa bilir. Aydın Əliyev də buna görə Vüsal Novruzovu vəzifədən ala bilmir. İdarə rəisi Kəmaləddin Heydərovun KİV-lərini maliyyələşdirməklə bərabər, bir çox digər mətbu orqanlara da maliyyə ayıra bilir ki, onun əməllərindən çox yazılmasın. Bu işdə ona nazirin KİV-lərindən birinin rəhbəri kömək edir. Yaxınlarda onların ikisinin birgə hətta ölkə rəhbərliyi əleyhinə olan saytlara külli miqdarda pul ayırmaqları haqda nazirə məlumat verilib və nəticədə həmin KİV-in maliyyəsi azaldılmaqla yanaşı, Vüsal Novruzov da möhkəm danlanıb”.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, adıçəkilən qurum və rəhbərinin əlaqə vasitələri heç yerdə qeyd olunmadığı üçün V.Novruzovdan hər hansı mövqe öyrənmək mümkün olmadı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 1044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +