“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.09.2017  15:37 

Müasir İslam və xurafat hiyləsi





A+  A-

“Müasir İslam”, “İslam və modernizm” kimi anlayışlar bu gün İslam dünyasında tez-tez gündəmə gələn və müzakirə olunan mövzulardandır. İslam dini keçmişdə və gələcəkdə ən müasir həyat tərzini, ən mükəmməl əxlaqi və sosial modeli insanlara təqdim etmişdir. Ancaq bəzi insanların yanlış anladığı və ya təhrif edilmiş “müasir İslam” dedikdə nəyin nəzərdə tutulduğunu dəqiqləşdirək.
Hər şeydən əvvəl, müasir İslam, İslam dininin mahiyyətindən uzaqlaşdırılaraq dövrün mentalitetinə, həyat tərzinə, əxlaq və düşüncə anlayışına uyğunlaşdırılması demək deyildir. Müasir İslam, İslamın əzəmətini və üstünlüyünü lazımınca dərk etməmiş, məzlum libasına bürünən bəzi insanların İslamı sosializm, kommunizm, materializm, darvinizm kimi batil ideologiyalarla şərh etməsi də deyil. Müasir İslam pis əxlaq anlayışını, müxtəlif azğın cərəyanları (homoseksuallıq kimi) müasirlik hesab edərək bu azğınlıqları İslama əlavə etmək də deyil.
Müasir İslam xurafat və mövhumatlardan uzaq, yalnız Qurana əsaslanan, hər dövrün, hər cəmiyyətin ümumi düşüncə səviyyəsindən qat-qat çox müasirlik anlayışına sahibdir. Bu, insanlar Quranı ən doğru şəkildə anlayaraq saf və səmimi şəkildə yaşadıqları zaman ortaya çıxacaq ən mükəmməl sistemdir. Demokratiyanın və azadlıqların əsas mənbəyidir.
Müasir İslam Peyğəmbərimizin (səv) və səhabələrinin yaşadığı İslamdır. Bu müqəddəs insanların yaşadıqları dövr fikir azadlığının, demokratiyanın, ədalətin, insan hüquqlarının ən mükəmməl şəkildə həyata keçirildiyi, sevginin, mərhəmətin, dürüstlük və səmimiyyətin tam hakim olduğu, İslamın əsl mənada ən rahat, asan və zövqlü şəkildə yaşandığı dövrdür. Allahın Rəsulu (səv) əgər bu dövrdə yaşasa idi, şübhəsiz ki, dövrümüzün ən müasir insanı, müasir dindarlığın ən gözəl nümunəsi olacaqdı.

İnsanların ən müasiri olmaq maddi anlayış deyil. Müasirlik - əxlaq, ağıl, mədəniyyət, düşüncə, şüur, diqqət, dərinlik, sevgi, davranış, ədəb-ərkan, şəxsiyyət, geyim-keçim, estetika və incəsənət anlayışı kimi hər cəhətdən insanların ən üstün, ən keyfiyyətli, ən çox nümunə götürülən, ən çox sevilən və bəyəniləni olmaq deməkdir.
Təəssüf ki, hazırda İslam dünyasının böyük əksəriyyətinə hakim olan din anlayışının, düşüncə və həyat tərzinin yuxarıda təsvir etdiyimiz modellə heç bir oxşarlığı yoxdur. Hətta İslam dedikdə Qərb dünyasında müasirlik, keyfiyyət, estetika, incəsənət, elm və azadlığa tamamilə qarşı bir sistem başa düşülür.
Bunun tək səbəbi isə hələ də İslam aləminin böyük hissəsində yaşanan dinin, əslində, İslam yox, İslam adına olan xurafatlar, batil inanc və tətbiqlərlə dolu, Qurandan çox uzaq xurafat dini olmasıdır. Keçmiş dövrlərdən qalma qəbilə mədəniyyətinin inanc və qaydaları, adət-ənənələri bu xurafatçı sistemin sosial, mədəni və əxlaqi əsasını müəyyən edir. Quranın bir çox ayəsində "ataların dini" olaraq adlandırılan və şiddətlə qınanan bu batil sistem təəssüf ki, bu gün istər müsəlmanların əksəriyyəti arasında, istərsə də Qərb dünyasında İslam dini kimi tanınır.
Qəbilə mədəniyyətinin ən böyük zərərçəkənləri xurafatın ən güclü təzyiq, qadağa və çətinliklərinə məruz qalan qadınlardır. Qadının zorakılığa məruz qalması, ictimai həyatdan təcrid olunması, ərinin və ya ailəsinin mülkü kimi qəbul edilməsi, zorla ərə verilməsi, təhsil, səyahət və bir çox bənzər hüquq və azadlarının məhdudlaşdırılması, törə cinayətləri və ya daşlanaraq qətlə yetirilməsi kimi Qurana zidd, insanlığa sığmayan vəhşi tətbiqlərin hamısı patriarxal qəbilə quruluşundan qalan azğın təfəkkürün məhsuludur.
İslam dünyasında hər 90 dəqiqədə bir törədilən törə cinayətləri sanki haqlı əməl kimi qəbul edilir və bir çox ölkədə məsuliyyətə səbəb olmur. Törə cinayətlərinin ən geniş yayıldığı, bir növ qanuni sayıldığı bəzi ölkələrdə hər il 1000-dən artıq namus cinayəti ört-basdır edilərək cəzasız qalır.
Xurafatçı İslam anlayışı qadınları baxımsız qoyaraq onların kişilərə bənzəmələrini normal qarşılayır. Peyğəmbərimiz (səv) isə qadınların kişilərə, kişilərin də qadınlara bənzəməsini qəti şəkildə qadağan etmiş, qadınlara həmişə baxımlı olmağı tövsiyə etmişdir. O dövrdə müsəlman qadınlar saçlarını rəngləyir, makiyaj edir, bunun üçün o dövrün imkanları daxilində xına və s. vasitələrdən istifadə edirdilər.
Dövrümüzdə bəzi müsəlmanların müasir sivilizasiyanın imkan və faydalarından, azadlıq, rifah, əmin-amanlıq və xoşbəxtlikdən uzaq qalmalarının, müasirlik, keyfiyyət, elm, incəsənət, estetika, rəssamlıq, musiqi, heykələ qarşı olmalarının, hər cür istismarın hədəfinə çevrilmələrinin, kədər, çətinlik, yoxsulluq və fəlakətlərə məruz qalmalarının yeganə səbəbi Quranı tərk edərək xurafatın əsiri olmalarıdır.
Qərb dünyasının və qlobal güc mərkəzlərinin İslamı öz mədəniyyət və sivilizasiyaları üçün təhdid ünsürü görmələrinin ən böyük səbəbi Qurandan uzaq xurafat sistemidir. İslamofobiya anlayışının ortaya çıxma səbəbi də bu təfəkkürün məhsulu olan radikalizm, primitivlik və vəhşilik qorxusudur.
İslamın əslinə, yəni yalnız Qurana əsaslanan saf və həqiqi dinə qayıtmaq yalnız İslam aləminin yox, bütün dünyanın qurtuluş, xoşbəxtlik və əmin-amanlığının açarı olacaq. Bu, maarifləndirmə ilə mümkündür. Bunun üçün Qurana əsaslanan maarifləndirmənin gücləndirilməsi və sağlam düşüncəli müsəlmanların elmi fəaliyyət göstərmələri əhəmiyyət daşıyır. Radikalizmdən irəli gələn xurafatın, qəzəbin və vəhşiliyin sona çatması üçün tək yol budur.

Adnan Oktar



Xəbər 1480 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +