“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.09.2017  09:06 

Avbbasovun dostu vəzifədən niyə getdi?





A+  A-

Dağıstan prezidenti Ramazan Abdulatipov gözlənilmədən vəzifəsindən istefa verib. Rusiya siyasətində tanınmış simalardan olan R.Abdulatipovun istefaya gedəcəyi ilə bağlı xəbərlər dərhal KİV-lərin baş xəbəri olub. “Bu, hər kəs üçün gözlənilməz oldu, heç kim bunu bilmirdi. Abdulatipov axıra qədər burada işləməyi planlaşdırırdı. O, istefası haqqında ərizəni bu gün yazıb” deyə xəbərlərdə bildirilirdi.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, günün ikinci yarısında “Danişir Moskva ” radiosu Abdulatipovun özünün mövqeyini öyrənib. “Mən istefa haqqında ərizə verəcəyəm. Ehtimal ki, bu gün. Sonra nə? Əgər sağ və sağlam olacağamsa, harasa qayıdacağam. Məndə bu planda çox böyük maraqlar palitrası var” deyə, R.Abdulatipov bildirib.

İstefanın əsas səbəbi kimi o, yaşını göstərib: “İstefanın səbəbi yaşdır, artıq 71-ə çatmışam. Mən düşünürəm ki, səbəb budur, çünki bütün qalan məsələlər üzrə respublika inkişafdadır, o, vaxtilə yaşadığı ağır böhrandan çıxarılıb”.

O deyib ki, yerinə bir neçə namizəd də göstərib. “Mən kiminsə adını çəkdim, onlar isə kimisə axtarır. Qərarı prezident qəbul edir. Mənim yeganə arzum budur ki, Dağıstanı etibarlı əllərə versinlər” deyə, Abdulatipov bildirib.

Rusiya KİV-ləri Kremlin Abtulatipova yenə iş təklif edəcəklərini xəbər verib, artıq sabiq hesab oluna biləcək prezident isə elmi fəaliyyətlə məşğul olmaq istədiyini deyib.

Abdulatipovun son bir həftədə istefaya gedən 4-cü region rəhbəri olduğunu nəzərə alsaq, onun qəfil vəzifədən çəkilməsi suallar doğurur. Onun səhhəti ilə bağlı problemlər olduğu yeni xəbər deyil. Son illər Abdulatipov müalicə üçün Naftalana gəlirdi. Onun ciddi xəstəliyi olduğuna dair indiyədək hər hansı məlumat yayılmayıb.

4 il əvvəl-2013-cü ilin sentyabr ayının 9-da Dağıstan Xalq Məclisində keçirilən səsvermə zamanı R.Abdulatipov 88 millət vəkilindən 86-nın səsini qazanaraq prezidenti seçilmişdi. Abdulatipovun o dövrdə Dağıstan rəhbəri postuna namizədliyi də indiki istefası qədər gözlənilməz olmuşdu. O zaman artıq fəal siyasətdən çəkinmiş kimi görünən Abdulatipov Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun yaradığı “Milyarderlər İttifaqı”nda təmsil olunurdu. Dağıstanda həm siyasi vəziyyət və iqtisadi çətinliklərin fonunda Abdulatipov doğrudan da yaxşı namizəd kimi görünürdü. İddia olunurdu ki, Abdulatipov özü 4 il Rusiya rəhbərliyinə çıxış axtarsa da, buna Abbas Abbasov və onun adamları sayəsində nail olub. Kreml də onun namizədliyini uyğun bilərək dəstəkləyib.

A.Abbasov Abdulatipov prezident təyin ediləndən sonra Dağıstanda geniş biznes şəbəkəsi qurdu. Abbas Abbasovun oğlu da hazırda Dərbənddə çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir. Rusiya mətbuatında bu mübhəm dostluqla bağlı müxtəlif rəylər vardı. Dağıstan rəhbəri Abbas Abbasovla dostluq münasibətlərinə görə hətta açıq tənqid olunurdu. Məsələn, “Dostunuzu göstərin, kim olduğunuzu deyim” başlıqlı müəllif yazısından sitat: “Dağıstan rəhbərinin dostları sırasında Abbas Abbasov kimi intriqaçı, təxribatçı və burnunu hər yerə soxan bir şəxs varsa, onda onu hansı aqibət gözləyəcəyi bəri başdan bəlli olur. Abbas Abbasov ölkəsi Azərbaycanda da sevilmir. Bu şəxsdən uzaq durmaq lazımdır. Əgər Abdulatipov yaxın vaxtlarda Abbasovla dostluğuna son qoymasa, onun ”papağı" yerə düşəcək". Yazı bir neçə il əvvəl yazılsa da, bu gün xüsusi diqqət çəkir.

Dağıstan prezidentinin A.Abbasovla Azərbaycan hakimiyyətini barışdırması üçün bir neçə dəfə cəhd etdiyi deyilirdi. Amma bu təklifi Azərbaycan hakimiyyəti qəbul etməyib. Yalnız bir dəfə R. Abdulatipov Abbas Abbasovun Beynəlxalq Bank işinə görə həbs edilən qardaşı Nadir Abbasovun azadlığa buraxılması üçün xahişi nəzərə alınıb.

A.Abbasovun ən yaxın adamlarından biri, son illər isə açıq şəkildə “krişası” olan Abdulatipovun vəzifədən getməsi sabiq vitse-primyer üçün ciddi zərbədir. Bakıya buraxılmayan A.Abbasov Xəzərin o biri tayında biznesini inkişaf etdirir və Azərbaycan həsrətini ovudurdu. Şübhə yoxdur ki, Abdulatipovdan sonra Abbas Abbasov da Dağıstanda sıxışdırılacaq...

Xəbər 965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +